YENI KITABLAR

27.04.2006
Azərbaycanın Təhsil siyasəti (1998-2005). Bakı. 2005
Kitabda Azərbaycan respublikasının təhsil sahəsindəki dövlət siyasətinin mühüm tərkib hissəsi olan ümumtəhsil məktəb dərslikləri və dərs vəsaitlərinin hazırlanması və nəşri istiqamətində 1998-2005-ci illərdə görülmüş içlər, qəbul edilmiş normativ-hüquqi sənədlər öz əksini tapır.

27.04.2006
Zamanova E. Türk estetikası: Tarixi və müasir inkişafı. Bakı. 2005
Kitaba müəllifin türk estetikasının tarixinə və problemlərinə həsr edilmiş məqalələr daxil edilmişdir. Məqalələrdə türk estetikasının və sənətinin müxtəlif nəzəri-fəlsəfi problemləri işıqlandırılır, türk estetiklərinin və sənətşünaslarının bu problemlər ətrafında fikir mülahizələri şərh edilir.

27.04.2006
Mirzəzadə R. Gender: Cəmiyyət. İnsan hüququ. Siyasət. Bakı. 2003
Monoqrafiyada gender problemlərinin fəlsəfi, tarixi və siyasi-hüquqi istiqamətləri tədqiq olunur. Gender dünyagörüşünün yeni elmi istiqamət kimi mahiyyəti, yaranması, kateqoriyalar sistemi və nəzəri-metodoloji aspekti tədqiqat obyekti olaraq öyrənir.

26.04.2006
Dildə, fikirdə, işdə birlik (İsmayıl bəy Qaspıralı - 1851-1914). Bakı. 2002
Bu topluda Türkiyədə və Azərbaycanda İsmayıl bəy Qaspıralı haqqında nəşr olunmuş materiallar öz əksini tapmışdır. Burada həmçinin İ.Qaspıralının ideyalarının davamçıları olan Cəfər Seyidəhməd Kırımər və Mustafa Əbdülcəmil kırımoğlunun ictimai-siyasi fəaliyyətindən də bəhs olunmuşdur.

26.04.2006
Nizami Zöhrabi. Məkkədən doğan günəş. Bakı. 2006
Kitab Rəsuli-Əkrəmin anadan olandan hicrət edənə qədərki bir dövrü əhatə edir. Kitab yüksək bədii ustalıqla, təmiz və sadə Azərbaycan türkcəsində yazılmış Peyğəmbərimizə (s) layiq bir töhfədir.

26.04.2006
Quliyev A.İ. XII-XVI əsrlərdə Azərbaycanın siyasi-hüquqi fikrində qanun və qanunçuluq problemi. Bakı. 2005
Kitabda qanun və qanunçuluq cəmiyyətin inkişafının erkən və orta əsrlər mərhələlərində Azərbaycanın tərəqqipəvər mütəfəkkirlərinin əqil fəaliyyət sahəsini əks etdirən mühüm sosial hadisələr kimi nəzərdən keçirilir.

26.04.2006
Караев Р.А. Дескриптивные Модели Популяционной Динамики Осетровых Каспийского моря. Баку. 2006
Проблема устойчивого управления рыбными ресурсами Каспия и, в первую очередь, его осетровыми популяциями поднимает широкий круг вопросов, выходящих далеко за рамки традиционной теории управления рыбными запасами. В книге представлены основные положения новой парадигмы, предлагается новая концепция и технология моделирования (условно названная "дескриптивным моделированием"), обеспечивающая реализацию этой парадигмы.

25.04.2006
A.Yunusov. Azərbaycanda İslam. Bakı. 2004
Müəllif tərəfindən çoxillik səyyar araşdırmalar, KİV-lərin monitorinqi və sosioloji sorğu əsasında hazırlanmış monoqrafiyada ilk dəfə olaraq qədim zamanlardan indiki dövrə qədər Azərbaycanda İslamın tarixinə baxılmışdır.

25.04.2006
Османзаде Р.М., Рзазаде Э.М. Компьтерная глобалистика. Баку. 2005
В книге рассматриваются процессы глобализации и компьютеризации. Делается попытка осмыслить их в плане компьтерной глобализации. Не претендуя на полноту и исчерпанность анализа. в работе приводится авторская разработка темы в ее логическом (позновательном) и социальном, главным образом, аспектах.

25.04.2006
Azərbaycan tarixi muzeyi - 2005. Bakı. 2005
Kitabda Azərbaycan tarixinin maraqlı va önəmli anlarını analiz edən elmi məqalələr toplanmışdır. Azərbaycan muzeyinin yubileyinə həsr olunmuş bu buraxılış ixtisasından asılı olmayaraq hər bir Azərbacan vətəndaşı üçün maraqlı vəsaitdir.

20.04.2006
Hacızadə E. Sosiallaşan iqtisadiyyat. Bakı. 2006
Kitabda İqtisadiyyatın sosiallaşmasına açılan sivilizasion vektorun tarixi-fəlsəfi rakusda interpretasiyası, sosiumun davamlı inkişafının iqtisadi və sosial kompozisiya prinsiplərinin araşdırılması elmi-analitik ifadədə öz əksini tapmışdır.

20.04.2006
Məmmədov Q.Ş., Əhmədov İ.H. 1:10000 miqyaslı topoqrafik xəritələrin şərti işarələri. Bakı. 2005
Rusiya Federasiyasının Geodeziya, Aerofotoplanlama və Kartoqrafiya Mərkəzi Elmi Tədqiqat İnstitutunda tərtib edilmiş şərti işarələr əsasında Dövlət Torpaq və xəritəçəkmə komitəsində yenidən işlənib hazırlanmışdır.

18.04.2006
Qəhrəmanzadə A.H. Rəqəmli kommutasiya sistemləri və şəbəkələri. Bakı. 2004
Kitabda müasir telekommunikasiya şəbəkələrində geniş tətbiq olunan rəqəmli kommutasiya sistemləri (RKS), kommutasiya sahələrinin yaranma prinsipi və təsnifatı, rəqəmli kommutasiyada idarəetmə və siqnallaşma, abunəçi interfeysi, proqram taminatı, DMS-100, System-X, S-12 və İSDN-nin quruluşu, şəbəkələrin layihələşdirilməsi, teletrafiki və texniki istismarı geniş şərh olunmuşdur.

18.04.2006
Arif Mir Cəlal oğlu Paşayev: Biblioqrafiya. Bakı. 2004
Biblioqrafik göstərici Azərbaycan Milli Elmlər Akademiyasının Həqiqi üzvü, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin haytı və elmi-pedaqoji fəaliyyətinə həsr olunmuşdur.

14.04.2006
R.Mirzəzadə. Gender: Siyasi-Hüquqi təhlil. Bakı. 2004
Monoqrafiyada gender problemlərinin Azərbaycan reallığında siyasi-hüquqi istiqamətləri tədqiq olunur, qadın hərəkatının xüsusiyyətləri açıqlanır, insan hüquqi və azadlıqları müstəvisində cinslərin sosiumda qarşılıqlı münasibətləri, siyasi proseslərdə yeri və rolu, bərabərliyi aydınlaşdırılır, rəsmi faktlara əsaslanan gender statistikası verilir, ictimai zəmində cinslər nisbəti məsələsi sosioloji sorğuya əsasən təhlil olunur.

14.04.2006
A.N.Əlizadə və b. Riyaziyyat. Texniki ali məktəblər üçün dərslik. II hissə. Bakı. 2006
Dərslik texniki ali məktəblərdə tədris olunan "Ali riyaziyyat" fənninin hazırki proqramına uyğun tərtib edilmişdir. Kitabda birdəyişənli və çox dəyişənli funksiyalar üçün diferensial və inteqral hesabı bölmələri daxildir.

13.04.2006
N.Ə.Səlimova və b. Üzvi maddələr sintezinin nəzəri əsasları. Bakı. 2005
Dərslikdə üzvi və neft-kimya sintezi reaksiyalarının mexanizmləri izah olunub, homoqen və heteroqen katalizin elmi əsasları, sadə və mürəkkəb üzvi reaksiyaların termodinamik hesamlanması üsulları, kinetik tədqiqatları və riyazi izahı verilib.

13.04.2006
Ю.Рустмов. Основы Философии.Баку. 2004
Настоящее издание подготовлено на основе лекций, прочитанных автором в различных университетах нашей страны. Автор тсремился к максимально краткому изложению и анализу всех рассматриваемых тем. Книга предназначена для студентов, аспирантов, преподавателей, научных работников, а также для широкого круга читателей.

13.04.2006
Абульгасан Аббасов. Демократия: наличная и должная. Баку. 2005
Основная авторская мысль направлена против порочной практики фундаменталистской опоры на нечто единичное и частное в организации общества и управлении им, подрывающей основы демократии, а также против абсолютизации одной цивилизации или видения страны под лозунгом глобального лидерства.

11.04.2006
G.Əliyeva. Azərbaycan füzulişünaslığının təşəkkülü. Bakı. 2005
Monoqraiyada füzulişünaslığın təşəkkülünün üç mərhələsi nəzərdən keçirilir: Azərbaycan füzulişünaslığının mənşəyi, təşəkkül ərəfəsi və təşəkkülü. Əsərdə ilk dəfə füzulişünaslığın banisi kimi məhz dahi şair M.Füzuli özü, onun poetik və nəzəri irsi tədqiqat predmetinə çevrilir. Kitab klassik irsimizi, M.Füzuli yaradıcılığını sevənlər və nəzəri-estetik sərvətlərin qədirşünasları üçün nəzərdə tutulub.

11.04.2006
B.Q.Şəkuri, Z.Ə.Nəcəfova. Molibden mikroelementinin bəzi geokimyəvi xüsusiyyətləri,Naxçıvan Muxtar respublikası torpaqlarında onun miqdarı və kənd təsərrüfatı əhəmiyyəti. Bakı. 2006
Monoqraiyada Naxçıvan Muxtar respublikasının əkinçilik zonası torpaqlarında molibden mikroelementinin formalarının miqdarı, həminelementin bəzi xüsusiyyətləri haqda tədqiqat nəticələri göstərilir.

11.04.2006
A.Şükürov. Qloballaşma. Mif və tarix. Bakı. 2005
Kitabda qloballaşma prosesinin xüsusiyyətləri ilə yanaşı, digər məsələlərədə o cümlədən, mif, tarix, fəlsəfə, ekologiya məsələlərinə də diqqət yetirilmişdir.

10.04.2006
Melvil İ.Urofski. ABŞ Demokratiyası haqqında əsas mətnlər. Bakı. 2005
Kitab amerikalı tədqiqadçıların demokratiya axtarışları ilə bağlı olan sənədlərdən ibarətdir. Burada məhkəmə qərarları, qanunvericilik aktları, prezident fərmanları kimi bir sıra ənənvi sənədlər öz əksini tapmışdır və bunların hər biri böyük önəm daşıyır. Təqdim edilən sənədlərin nəql etdiyi tarixin -Amerika tarixinin tərkib hissəsidir.

10.04.2006
Qəmərşah Cavadov. Yazdım ki, izim qalsın. Bakı. 2005
Kitabda Q.Cavadovun 1965-2005-ci illərdə respublikamızda və eləcədə onun hüdudlarından kənarda müxtəlif dövri mətbuat səhifələrində Azərbaycan, rus, ingilis, alman dillərində nəşr etdirdiyi, alim qələmindən çıxan, etnoqrafiya elminin müxtəlif problemlərinə dair seçilmiş məqalələri əks olunmuşdur.

10.04.2006
Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı. 2005
Dərslikdə beynəlxalq münasibətlər sisteminin formalaşması və inkişaf mərhələləri, müasir dünya siyasətinin xarakteristikası, tendensiyaları və əsas faktorları, beynəlxalq və regional məsələlər, o cümlədən müstəqil Azərbaycan Respublikasının xarici siyasəti öz əksini tapmışdır.

7.04.2006
Nəriman Həsənzadə. Kulturologiya. Bakı. 2005
Kitaba bəşər cəmiyyətinin ilk ibtidai mədəniyyət epoxası, Mesopotamiya (İkiçayarası) dövlətlərinin mədəniyyəti, Antik dövr, Atropatena, Qədim Şərq, orta əsrlər Qərbi Avropa, İntibah, Maarifçilik epoxaları mədəniyyəti, XX əsr Azərbaycan mədəniyyəti (1918-1991) və s. mövzularda ali məktəb tələbələrinə oxuduğu mühazirələri daxil etmişdir. Vəsait ali məktəb, litsey və kolec tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

7.04.2006
Füzuli Qurbanov. Elmə sinergetik yanaşma. Bakı. 2005
Monoqrafiya elmin senergetik modelinin axtarışına həsr olunub. Qədim dövrlərdən başlayaraq elmi idrakın təkamül prosesi izlənir. müəllif sinergetik metodologiyanın əsas cəhətlərinin aydınlaşdırmağa çalışır. İlk dəfə olaraq sinergetik metodologiya sistemli şəkildə şərh edilir. monoqrafiya elmin fəlsəfi və metodoloji problemləri ilə maraqlananlara ünvanlanıb.

7.04.2006
Юсиф Рустамов. Роль США в Системе международных отношений (заочный диалог с З.Бжезинским). Баку. 2005.
Настоящая работа Ю.Рустамова написана в форме заочного диалога с автором книги "Выбор. Мировое господство или глобальное лидерство" З.Бжезинским. Он свободно выбирает наиболее существенные и интересные высказывания из книги З.Бжезинского и в ответ пытается изложить свою точку зрения. Высказанные Ю.Рустамовым мысли - это его личное мнение.

7.04.2006
Bəhram Zahidov.Narkotizmlə və narkobizneslə mübarizənin aktual problemləri. Bakı. 2004
Kitabda dünyada ən aktual bi mövzuya - narkotizm və narkobiznesə qarşı mübarizə mövzusuna toxunulmuşdur. İlk dəfə olaraq Ümummilli Proqramın tərkibinə daxil edilmiş bu problemin tədqiqi daim diqqət mərkəzində omuşdur. Kitab narkotizm və narkobizneslə mübarizə aparılah hər bir təşkilata, həmçinin ali məktəblərin hüquq fakultələrində təhsil alan tələbələrə faydalı bir vəsaitdir.

4.04.2006
Qəhrəmanov P.F. "Riyazi analizdən mühazirələr". Dərs vəsaiti. - Sumqayıt, 2005
Dərs vəsaiti universitetin mexanika-riyaziyyat fakültəsində təhsil alan birinci kurs tələbəlari üçün nəzərdə tutulub. Dərs vəsaiti Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş "Riyazi analiz" fənn proqramı əsasında tərtib ohınub ve tam kursu əhatə edir. Dərs vəsaiti mexanika-riyaziyyat ve fizika fakültələrində təhsil alan tələbələr üiçün nəzərdə tutulmuşdur.

4.04.2006
Şərifova Salidə Şəmməd qızı. «Ədəbi prosesə nəzəri baxış. - Bakı, 2006.
«Ədəbi prosesə nəzəri baxış (təriqidİ məqalələr - 2003-2005-ci illər)» kilabında cəmləşmış məqalələr Azərbaycan ədəbiyyalşünaslığının tədris və lədqiq edilməsi ücün yararlıdır. Kİtabda irəli sürülmüş tezislər Azərbaycan yazarlarının fəlsəfi-siyasi görüşlərini, həmçinin milli ədəbi mühiti və ədəbi prosesi tədqiq edənlər ücün maraq kəsb edir.

3.04.2006
Mübariz Yusifov. MiIIi Lider və müstəqil dövlətçilik.
Kitabda Müstəqil dövlətçiliyin yaranması üçün zəruri olan ictimai-siyasi proseslər və bu proseslərin reallaşmasında apancı qüvvə olan milli lider amilindən bəhs edilir. Burada göstərilir ki, ayrı-ayri dövrlərdə dövlətçilik qurumları olsa da onlar ümumilli xarakter daşımamışdır. Belə dövlətçilik qunımlarının süquta uğramasının səsəbi də məhz ümummilli liderin yetişməməsindən ibarət idi. XX əsrin sonlarrıda Heydər Əliyevin şəxsində ümummilli lider mövcud idi. Odur ki, Azərbaycan müstəqillik əldə etdi. Milli ideologiya formalaşdırıldı. Kitabda bu məsələlər barədə ətraflı bəhs edilir.

3.04.2006
Elməddin Əlibəyzadə. "Avesta" Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir.
Kitabda imkan daxilində "Avesta"nın ulu qaynaqları və dini-mifoloji kökləri", "Avesta"nın məkanı, dili və milli mənsubiyyəti", "Avesta"nın yaradıcısı va onun davançıları", "Avesta"nın mənəvi dünyası və s. problem və məsələlərdən söhbət açılır. Bu məsələlər mümkün qədər elmi-kütləvi şəkildə şərhini tapır. kitabda Zərdüştün yaşı və dövrü məsələlərinə xüsusi diqqət yetirilir. "Avesta" kitabından Azərbaycan-türk xalqının qədim mənəvi mədəniyyət tarixi kimi bəhs olunur.

3.04.2006
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. İki cilddə. I cild
Lüğət klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşunu, nəşr edilmiş klassik mətnlərde tez-tez rast gəlinən ərəb və fars mənşəli alınma söz və ifadələrin başa düşülməsini asanlaşdırmaq və ümumiyyətlə, Azərbaycan dilində işlənən ərəb və fars alınmalarının ümumi mənzərəsini sistemli şəkildə əks etdirmək məqsədi daşıyır.

3.04.2006
Muradov Ş.M. Insan potensialı: əsas meyllər, reallıqlar, problemlər
Monoqrafıya son 106 il ərzində (1897-2003) Azərbaycanda insan potensialnın formalaşması, inkişafı və istifadəsinin nəzəri-metodoloji, sosial-iqtisadi, etno-demoqrafık və regional problemlərinin öyrənilməsinə həsr edİlmişdir. Kitabda habelə müasir mərhələdə Azərbaycanda əhalisakinliyi, demoqrafıya, əhali miqrasiyası, məşğulluq və Gender sahəsində dövlət siyasətinin əsas istiqamətləri hərtərəflİ və geniş işıqlandırılmış, dünya və MDB ölkələrİnin bu sahədəki təcrübəsi nəzərə alınmaqla elmi cəhətdən əsaslandırılmış bir sıra nəzəri-metodoloji və konseptual xarakterli təkliflər verilmişdir.
Əsər elmi İşçilər, alİ məktəb müəllimləri, tələbələr və geniş oxucu kütbsi üçün nəzərdə tutulmuşdur.

31.03.2006
Alış Qasımov. Taleyi tarixə dönən şəxsiyyət
Kitabda Azərbaycanın ən yeni tarixİnə aid elmi-publisistik məqalələr toplanmışdır. Bu məqalələrdə böyük şəxsiyyət, Azərbaycan xalqının ümummİlli lideri Heydər Əliyevin tarixi xıdmətləri, müstəqil Azərbaycanda dövlət quruculuğu prosesi, ölkəmizdə aparılmış hüquqi, siyasi, demokratik və iqtisadi islahatların real nəticələri təhlil olunur.
Topluda Azərbaycanın regiondakı yerini və rolunu, ölkəmİzin beynəlxalq aləmlə münasibətlərinin xarakterini araşdıran məqalələrə də geniş yer ayırılıb. Kitab Azərbaycan dövlətçiliyinin tarixini öyrənənlər və miiasir Azərbaycan tarixi ilə maraqlananlar üçün qiymətli vəsaitdir.

31.03.2006
Azərbaycan nefti və polşalı mühəndis Pavel Pototski
Kitabda neft hasilatını artırmaq məqsədilə XX əsrin əvvəllərində Bibiheybət körfəzinin torpaqla doldurulması işlərində müstəsna xidmətləri olmuş polşalı mühəndis, istedadlı təşkilatçı, hələ cavan vaxtlarında gözlərinin nurunu itirsə də sevimli peşəsindən aynlmayan Pavel Nikolayeviç Pototskinin həyatından, onun nəcib əməllərindən bəhs olunur.
Kitabda həmçinin Azərbaycan neft sənayesinin inikişaf tarixindən, Azərbaycan-Polşa münasibətlərindən danşılır, tarixi hekayətlərlə əlaqədar sənədlərin surəti, dioqramalar və fotoşəkillər verilir.
Yeni nəşr geniş oxucıı dairəsi üçün nəzərdə tutulmuşdur. Azərbaycan nefti ilə maraqlananlar bu kitabdan faydalana bilərlər.

31.03.2006
Azərbaycan 1995: Qarşıdurmadan milli həmrəyliyə, III hissə.
Toplunun üçüncü hissəsinə daxil edilmis materiallar 1995-ci ilin oktyabr-dekabr aylarında Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında cərəyan edən prosesləri və Prezident Heydər Əliyevin müstəqil dövlət quruculuğu sahəsində çoxşaxəli fəaliyyətini ardıcıl izləməyə imkan verir.
Bu materiallar yeni konstitusiya layihəsinin hazırlanması ilə bağlı aparılan işləri, referendum və parlament seçkilərini, Prezident Heydər Əliyevin ABŞ, Böyük Britaniya və Fransaya iisgüzar səfərlərini və s. mühüm məsələləri geniş əks etdirir.
Kitab bəhs olunan dövrdə Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi ilə maraqlanan tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

31.03.2006
Azərbaycan şərqşünaslıq elminin banisi akademik Əbdül-kərim Əlizadə (sənədlər, məktublar, xatirələr).
Akademik Əbdülkərim Əli oğlu Əlizadə bir tarixçi-şərqşünas alim kimi keçmiş Sovetbr Birliyi və dünya elmi ictimaiyyəti tərə-findən tamnmış və qəbul edümişdir.
Onun zəngin mənbələrə əsaslanan elmi əsərləri bir çox dillərdə nəşr olunmuş vs böyük rəğbətlə qarşılanmışdır. Ə.Əlizadənin hə-yat və yaradıcıhğmdan bəhs edən bu kitaba onu şəxsən tanıyan həmkarlarınm, dosüarmm, tələbələrinin və yaxmlarının xatirəbrİ, tədqiqatçı alimin elmi fəaliyyətini işıqlandıran sənədbr, ömrünün ən əlarnətdar və xoş anlarım əks etdirən fotoşəkillər toplanmışdır.
Akademik Ə.Əlizadənin ailəsi Azərbaycan Milli Elmlər Akademiyasımn Tarix Institutuna, onıın direktoru, professor Y.M.Mahmudova göstərdiyi diq-qət və qayğıya görə, alimin bütün dostlan, iş yoldaşlan, mdshkdaşları və qo-humlanna öz xatirəhri və səmimi ürək sözlərinə görə, «Təhsil» nəşriyyatının direktoru B.H.Axundova istedadh alim, ziyah insan, akademik Əbdülkərim Əlizaddnin həyat və yaradıcılığınm geniş ictimaiyyət üçün açıqlanmasında göstərdiyi köməyə görə öz dərin minnətdarhğım bildirir.
[1
[2
[3
[4
[5
[6
[7
[8
[9
[10
-->>