Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.



YENI KITABLAR



şərq və qərb

13.07.2006
Bünyadzadə K. Şərq və Qərb: İlahi vəhdətdən keçən özünüdərk. Bakı. 2006
Monoqrafiya rasional idraka nisbətdə daha az araşdırılan, idrak prosesinin əhəmiyyətli bir mərhələsini təşkil edən, məkan və zaman fövqündə insanın özünüdərketməsi prosesi olan irrasional idrakın şərhinə həsr edilmişdir.




respublika

13.07.2006
Рахман Мустафа-заде. Две Республики: Азербайджано-российские отношения в 1918-1922 гг. Москва. 2006
В монографии азербайджанского политолога рассматриваются актуальные вопросы становления и развития азербайджано-российских отношений в период 1918-1920 гг. В книге исследуется роль карабахского фактора в региональной стратегии России, анализируются международные и региональные аспекты развития азербайджано-российских отношений.


наука

07.07.2006
Национальный доклад по науке за 2005 год. Том 2. Астана-Алматы. 2004
Национальный доклад состоит из введения, 6 разделов по отраслям наук, раздела "Информационное обеспечение развития науки в Казахстане" и заключения. В подготовке Национального доклада участвовали академики НАН РК, ведущие ученые (доктора и профессора), работающие в лабораториях и на кафедрах научно-исследовательских институтов, вузов и научных центров республики.


наука

07.07.2006
Тенденции развития науки в мире, состояние и перспективы ее развития в Казахстане. Астана-Алматы. 2004
В сводном отчете за 2004 год "Тенденции развития науки в мире, состояние и перспективы ее развития в Казахстане", выполненном по заказу Министерства образования и науки Республики Казахстан, представлен в сокращенном виде анализ тенденций развития науки в мире и перспективы ее развития в Казахстане.


füzuli

07.07.2006
Кули-заде З.А. Проблемы Физуливедения. Баку. 2006
Общеизвестно, что написанное о наследии Физули во много раз превышает по объему само наследие великого мыслителя и поэта. В пердставленной Вашему вниманию работе ограничились изучением только мировозренческого аспекта творчества Физули исходя из непосредственного анализа его известного нам наследия.



dədə qorqud

06.07.2006
Dədə Qorqud dastanları. Bakı. 2005
Oxuculara təqdim olunan "Dədə Qorqud dastanları" ömrünün son 50 illini həmin abidənin Drezden və Vatikan əlyazmaları üzərində elmi tədqiqata həsr etmiş Şamil Cəmşidin (Şamil Cəmşidovun) uşaqlar üçün işlədiyi mətnin təkmilləşdirilmiş nəşridir.





kosmik şüalar

06.07.2006
A.M.Paşayev və b. Radioaktiv və kosmik şüalar. Bakı. 2006
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutlmuşdur. Ondan orta məktəbin müəllimləri, ali məktəblərin tələbələri, aspirantlar, mühəndis və elmi işçilər, "Ekologiya" ilə məşğul olan mütəxəssislər, ümumiyyətlə, bu sahədə öz biliklərini genişləndirmək istəyən hər bir oxucu istifadə edə bilər.




babək

06.07.2006
Əhməd Rəcəbli. Babək. Bakı. 2004
Əhməd Rəcəblinin Maqadanda yazılmış yarımçıq "Babək" romanı Azərbaycanın bugünkü vaziyyətində də aktuallıq kəsb edir. Əsər müasir gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsində öz rolunu oynaya bilər.





dövlət və hüquq

22.06.2006
R.Əkbərov, S.Səlimov. Azərbaycanın Dövlət və hüquq tarixi Bakı. 2003
Vəsait ibtidai icma dövründən XXI əsrə qədər Azərbaycan ərazisində mövcud olmuş dövlətlərdən, onların ictimai quruluşundan və hüququn inkişaf xüsusiyyətlərindən bəhs edir.





torpaq göbələkləri

22.06.2006
Q.Ş.Məmmədov, R.A.Həsənova. Torpaq göbələklərinin ekologiyası. Bakı. 2006
Kitabda elmi mənbələrə əsasən torpaq göbələklərinin ekoloji xüsusiyyətləri, onların biogeosenozlarda yeri və rolu, substratdan asılı olaraq suksessiyası, torpaq profili üzrə yayımları və torpaq proseslərindəki rolu, habelə göbələklərin əmələ gətirdikləri spesifik fizioloji aktiv maddələr haqqında geniş məlumat verilmişdir.



Mir Cəlal

16.06.2006
Mir Cəlal: Biblioqrafiya. Bakı. 2006
Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar Elm xadimi, yazıçı alim Mir Cəlal Paşayev haqqında tərtib olunmuş bu biblioqrafiya ədibin hayat və yaradıcılığının 1926-cı ildən 2006-cı ilə qədər olan bir dövrü əhatə edir.





ətirli maddələr

16.06.2006
M.K.Məmmədov. Ətirli maddələr. Bakı. 2006
Kitabda təbii və sintetik ətirli maddələr, onların alınması, xassələri sistemləşdirilmiş və tətbiq sahələri verilmişdir. O kimya sahəsində çalışan elmi işçilər, mütəxəssislər, ali məktəblərdə kimya ixtisası alan bakalavrlar, magistrlər, həmçinin aspirantlar üçün əhəmiyyətlidir.





azərbaycan ədəbiyyatı

13.06.2006
XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. I kitab. Bakı. 2006
Kitabda XX əsr ədəbiyyatının, həmçinin klassik ədəbi irsin dövrləşdirilməsi və yenidən dəyərləndirilməsinin nəzəri-metodoloji problemləri araşdırılır, XX əsr ədəbiyyatının görkəmli tədqiqatçısı, akademik Məmməd Arifin irsi müxtəlif aspektdən şərh edilir.





Şahtaxtlı

13.06.2006
M.Şahtaxtlı. Seçilmiş əsərləri. Bakı. 2006
Kitabda görkəmli ictimai xadim, qüdrətli publisist Məhəmmədağa Şahtaxtlının (1846-1931) müxtəlif mətbuat orqanlarında çap olunmuş məqalələri və əlifba layihəsi ilk dəfə olaraq geniş oxucu auditoriyasına təqdim olunur.





mədəniyyət

13.06.2006
Ə.Ağaoğlu. Üç mədəniyyət. Bakı. 2006
Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əhməd Ağaoğlunun "Üç mədəniyyət" əsərində dünya sivilizasiyasının beşiyi olan Şərqin tənəzzülünün səbələri araşdırılır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.





əmtəəşünaslıq

19.05.2006
A.H.Həsənov. və b. Əmtəəşünaslıq və kimya. Bakı. 2006
Dərslikdə əmtəəşünaslığın predmeti və mahiyyəti, qeyri-ərzaq mallarının kimyəvi tərkib və struktur quruluşları və onların fiziki-kimyəvi üsullarda qiymətləndirilməsi haqqında geniş məlumat verilmişdir.






azərbaycan

19.05.2006
S.Sayadov. XX əsr: Azərbaycan və Dünya. Bakı. 2006
Monoqrafiyada 1945-1990-cı illərdə Azərbaycan Respublikasının dünyada gedən qlobal proseslərin inkişafında, genişlənməsində və mövcud diplomatik münasibətlərdə iştirakı istiqamətində əldə edilən tarixi təcrübə elmi cəhətdən ümumiləşdirilib və təhlil edilib işıqlandırılır.





Heydər Əliyev

19.05.2006
Heydər Əliyev və Azərbaycanda kitabxana işi. Bakı. 2006
Kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətləri ümumiləşdirilib elmi nəticələr çıxarılır.






kompüter

19.05.2006
C.Ağayev, B.Ağayeva. Kompüter aləmi. Bakı. 2005
Bu kitabda kompüter, onun hissələri, növləri, müxtəlif növ proqramlar, İnternet və s. haqqında bir qədər məlumat toplanmışdır. Vəsait 2000-ci ildə nəşr olunan birinci kitabın əlavələr edilmiş yeni nəşridir.






церцвадзе

05.05.2006
Ф.Церцвадзе. Армения и Нагорный Карабах: Формирование мифов. Нью-Йорк. 2005
В данной работе анализируются некоторые высказывания представителей армянского народа по поводу идеи Великой Армении и как источники приводятся примеры - статьи из страниц печати.




церцвадзе

05.05.2006
Ф.Церцвадзе. Забытый геноцид. Нью-Йорк. 2005
Книга посвящена памяти невинных жертв геноцида направленного против азербайджанского народа в 1987-1994 годах. Книга издана также и на английском языке.






церцвадзе

05.05.2006
Ф.Церцвадзе. Бакинские Церцвадзе. Нью-Йорк. 2004
Цель этой книги рассказать о представителях бакинской ветви рода Церцвадзе, а также оставить память о людях, их окружающих. Автор посвятил книгу своим родителям.



[1     [2    [3    [4    [5    [6    [7    [8    [9    [10       -->>



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları