Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.



YENI KITABLAR



Bulla-dəniz

19.03.2007
Ş.A.Süleymanov və b. "Bulla-dəniz" qaz-kondensat-neft yatağının geologiyası, kəşfiyyatı və işləməsi məsələləri. Bakı. 2000, 154 səh.
Kitabda Xəzər dənizinin ən zəngin neft və qazkondensat yataqları arasında özünəməxsus yer tutan "Bulla-dəniz" yatağının kəşfindən, işlənmənin əvvəlindən indiyə qədər aparılan elmi-tədqiqat işlərinin nəticəsindən, termodinamika, hidrodinamika, ərazinin tektonikasının bir daha dəqiqləşdirilməsi, bloklar üzrə lay təzyiqinin dəyişməsi və geokimyəvi məsələlərdən söhbət açılır.


Afad Qurbanov
19.03.2007
Afad Məmməd oğlu Qurbanov. Azərbaycanın elm və mədəniyyət xadimləri. Biblioqrafiya. Bakı. 2006, 216 səh.
Biblioqrafiyada Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Qurbanov Afad Məmməd oğlunun həyatı. elmi və ictimai fəaliyyətindən bəhs edilir.




lüğət

14.03.2007
Əliyev A.Ə. və b. Azərbaycanca-rusca-ingiliscə-fransızca izahlı geoloji terminlər lüğəti. Bakı. 2006, 720 səh.
Təqdim olunan Azərbaycanca-rusca-ingiliscə-fransızca izahlı lüğətdə geniş yayılmış 3000-dən artıq sözlər və məfhumlar yer təkinə aid elmin: geologiya, dağ-mədən işləri, yer təkindən istifadə, texnologia, metallogeniya, filiz yataqları sahələrini əhatə edir və həmdə bu mənsubda yazılmış ilk dörd dilli lüğətdir.



məruzələr

13.03.2007
"Xəzərneftqazyataq - 2002" Elmi-təcrübi Konfransın məruzələri. Bakı, “Kraton-M”, 2002, 370 səh.
Topluda Azərbaycanda neft yataqlarının işlənməsiBu kitab Xəzər dənizində neft və qazçıxarma sənayesinin görkəmli nümayəndələrindən biri, ARDNŞ Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin baş mühəndisi, texniki elmlər doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının akademiki Həsən Həşim oğlu Hümbətovun ömür yolundan, əmək və elmi fəaliyyətindən bəhs edir.


ömür

13.03.2007
s Ömürdən səhifələr. Bakı, “Ozan”, 2001, 160 səh.
Bu kitab Xəzər dənizində neft və qazçıxarma sənayesinin görkəmli nümayəndələrindən biri, ARDNŞ Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin baş mühəndisi, texniki elmlər doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının akademiki Həsən Həşim oğlu Hümbətovun ömür yolundan, əmək və elmi fəaliyyətindən bəhs edir.




füzuli

26.02.2007
N.Abdulov. Şair Füzulinin ziyarətində. Müqəddəs Kərbəla torpağı. Bakı, “Ağrıdağ”, 2001, 216 səh.
Nüsrət Abdulovun oxuculara təqdim olunan bu kitabında müəllif ən müxtəlif mövzulara və həyat hadisələrinə öz münasibətini bildirmiş, dünənimiz, bugünümüz, sabahımız haqda mülahizələr söyləmişdir ki, bu da oxucuların, xüsusən gənclərin bəşəriyyətin inkişafı haqda, yığcam bilik qazanıb dünyagörüşlərində müsbət dəyişikliklər yaratmağa imkan yaradacaqdır.


təlim-tərbiyə

26.02.2007
Ə.R.Yaqubi. Azərbaycanda təlim-tərbiyə mədəniyyəti, təhsil və pedaqoji fikir tarixi. Bakı, “Nurlan”, 2005, 628 səh.
Hazırki məcmuədə, əsasən ən qədim zamanlardan başlamış ta XX əsrin əvvəllərinə qədər, Azərbaycanda təlim-tərbiyə mədəniyyəti, təhsil və pedaqoji fikir tarixi üzrə bu günə qədər mətbuatda nəzər-diqqətdən kənarda qalmış bir sıra ümdə mövzular, o cümlədən, müsəlman məktəbinin təkamül tarixi - bu inkişaf prosesinə islam mədəniyyətinin təsiri və islam mədəniyyəti tarixində azərbaycanlı alimlərin rolu araşdırılmışdır.


lənkəran
23.02.2007
S.Məmmədova. Azərbaycanın Lənkəran ekoloji qiymətləndirilməsi və monitorinqi. Bakı, “Elm”, 2006, 372 səh.
Monoqrafiyada müəllifin fundamental tədqiqatları əsasında torpaqların ekoloji qiymətləndirilməsinin yeni konsepsiyası irəli sürülmüş, torpaqların ekoloji əsasda bonitirovkasının yeni yanaşma üsulları əsaslandırılmış, çay, üzüm, taxıl, tərəvəz altında istifadə olunan torpaqların aqroekoloji modelləri təqdim edilmişdir.


Demokratik cəmiyyət

23.02.2007
Yadigar Türkel. Demokratik cəmiyyətin milli-mənəvi problemləri. Bakı, “Nurlan”, 2002, 228 səh.
Kitabda dünyanın mahiyyət məsələləri, insanın təbiət və cəmiyyətdə yeri, milli özünütəsdiq prosesində milli-mənəvi dəyərlər, ideologiya problemləri araşdırımışdır.





şəmkir

22.02.2007
Şəmkir alimləri. Bakı, “Azərnəşr”, 2005, 344 səh.
Kitabda Şəmkir rayonunda anadan olmuş, elmin müxtəlif sahələri üzrə böyük müvəffəqiyyətlər əldə etmiş, respublikamızda və dünyada tanınmış görkəmli alimlərin tərcümeyi-halları verilmiş, onların Azərbaycan elminə gətirdiyi yeniliklərdən və kəşflərdən söhbət açılmışdır.




mir cəfər bağırov

22.02.2007
T.Qurban. Düşmənlərindən güclü şəxsiyyət. Mir Cəfər Bağırov haqqında məqalələr toplusu. Bakı, “Şirvannəşr”, 2006, 584 səh.
Kitabda M.C.Bağırovun çoxcəhətli siyasi fəaliyyəti arxiv sənədləri əsasında şərh edilir, Kremlin daşnak-rus haimlərinin göstərişi ilə 1956-cı ildə qurulmuş qondarma məhkəmənin bütün ittihamları ifşa olunur.




Elman Həbib

21.02.2007
E.Həbib. Bu, mən görən şəhər deyil. Bakı, “Şirvannəşr”, 2006, 392 səh.
Bu kitab Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işlərinə həsr olunur.






Əli Əmirli

21.02.2007
Əli Əmirli. 15 pyes. Bakı, “Öndər nəşriyyat”, 2006, 568 səh.
Ədəbi yaradıcılığa nəsrlə gəlmiş Əli Əmirli 1990-cı ildən başlayaraq teatr dramaturgiyası ilə məşğuldur. Dramaturqun Azərbaycan teatrlarının çoxunda tamaşaya qoyulmuş pyeslərinin böyük bir hissəsi ilk dəfə bu kitabda oxuculara və tamaşaçılara təqdim olunur.





nəsimi

20.02.2007
Rəhim Əliyev. Nəsimi və klassik dini üslubun təşəkkülü (Qazi Bürhanəddin və Nəsimi divanları əsasında). Bakı, “Nafta-Press”, 2006, 353 səh.
Kitabda elm adlı sxemlər toplusunu yox, ədəbi mətnlər barədə fərdi nöqteyi nəzəri izləməyi və dəqiq ifadə etməyi daha doğru hesab edən müəllif, klassik ədəbiyyat, onun rəmz sırası barədə ümumi giriş fəsli vermişdir.



şəki

20.02.2007
Ənvər Mete. O torpağın övladları. Bakı, “Nurlan”, 2006, 608 səh.
Kitab Şəkinin görkəmli şəxsiyyətlərinə həsr edilmişdir. Öz əsrarəngiz gözəlliyi, tarixi abidələri ilə dünya şöhrəti qazanmış bu torpaq həm də bir çox məhşur şair, yazıçı, bəstəkar, alim, memar, rəssam və sərkərdələr diyarıdır. Əsərdə onların haqqında ensiklopedik məlumatlar verilmişdir.



müəllim

19.02.2007
Ə.Əsgərli. İşıq. (oçerklər). Bakı, “Şirvannəşr”, 2005, 358 səh.
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, yazıçı-publisist Ə.Əsgərli bu yeni kitabını nəcib bir işə həsr etmişdir. Bu kitabda müəllif bütün mənalı ömürlərini gənc nəslin həyat yolunun formalaşmasına həsr edən müəllimlərdən söhbət açır.





kurrikulum

19.02.2007
F.Kərimova və b. İnteqrativ kurrikulum: mahiyyəti və nümunələr. Bakı, “Adiloğlu”, 2005, 234 səh.
Vəsaitdə inteqrativ kurrikulumun tarixi və onun müəyyən olunması, inteqrasiyaya müxtəlif yanaşmalar, kurrikulum bir təcrübə kimi, "nəticəyə əsaslanan" planlaşdırma, interaktiv kurrikulumda müəllim və tələbələr, kurrikulumu inteqrasiya etmənin on yolu haqda məlumat verilir.



Aristotel

16.02.2007
Aristotel. Poetika. Bakı, “Şərq-Qərb”, 2006, 120 səh.
Antik dövrün bu universal zəka sahibinin əsrlərdən bəri məzmun dərinliyi və təravətini itirməyən qiymətli əsərlərdən bəri də "Poetika"dır. Əsər toxunulan məsələlərə aydınlıq gətirən xüsusi şərh və izahlarla təchiz edilmişdir.





Abdulla bəy Divanbəyoğlu

16.02.2007
Abdulla bəy Divanbəyoğlu. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, 184 səh.
Bu kitaba Abdulla bəy Divanbəyoğlunun "İlan" və "Fəhlə" hekayələri, "Əbdül və Şahzadə", "Can yanğısı" povestləri daxil edilmişdir. XX əsrin əvvəllərindəki dövrün mürəkkəb, sinfi ziddiyyətlərlə dolu səhnələri, azərbaycan qadınlarının keçmiş həyatı, onların acınacaqlı və hüquqsuz vəziyyəti bu əsərlərin əsas mövzusudur.



köhnə bakı

16.02.2007
Hüseynqulu Sarabski. Köhnə Bakı. Bakı, “Şərq-Qərb”, 2006, 144 səh.
1938-ci ildə yazılmış "Köhnə Bakı" əsərində keçən əsrin əvvəlindəki Bakının həyatı və məişəti ilə bağlı müxtəlif hadisələr müəllifin şəxsi müşahidələrinin süzgəcindən keçərək rəngarəng bədii boyalarla təsvir edilmişdir.




poeziya

15.02.2007
Bualo. Poeziya sənəti. Bakı, “Şərq-Qərb”, 2006, 112 səh.
Məhşur fransız tənqidçisi, klassizm nəzəriyyəçisi Nikola Bualonun (1636-1711) nəzəri görüşləri XVII-XVIII əsrlər Avropa ədəbiyyatı və estetik fikrinin inkişafına təsir göstərmişdir.






şirin və xosrov

15.02.2007
Əmir Xosrov Dəhləvi. Şirin və Xosrov. Bakı, “Şərq-Qərb”, 2006, 248 səh.
Bu əsər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına cavab olaraq 1298-ci ildə qələmə alınmışdır. Nizami yaradıcılığından qidalanan çoxsaylı poetik nümunələr sırasında "Şirin və Xosrov" poemasının xüsusi yeri var.




neft

14.02.2007
İbrahim bəy Musəbəyov. Neft və milyonlar səltənətində. Bakı, “Şərq-Qərb”, 2006, 152 səh.
Kitabda görkəmli yazıçı İbrahim bəy Musəbəyovun "Neft və milyonlar səltənətində", "Gözəllərin vəfası", "Cəhalət fədailəri", "Xoşbəxtlər" povestləri, hekayələri vətərcümələri toplanmışdır.





yusif və züleyxa

14.02.2007
Mustafa Zərir. Yusif və Züleyxa. Bakı, “Şərq-Qərb”, 2006, 128 səh.
XIII-XIV əsrlərdə Azərbaycan dilində meydana gələn ilk yazılı abidələrimizin mövzusu əsasən QuraniKərimdəki Yusif və Züleyxa qissəsindən götürülmüşdür.





Əziz Nesin

13.02.2007
Əziz Nesin. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, 240 səh.
Tanınmış satira ustasının bu kitabda yer alan əsərlərindən biri də "Ölmüş Eşşək" başlığı altında yazdığı məktublardır. Azərbaycan oxucusuna "Taxtalıköydən məktublar" adıyla təqdim olunan bu əsərdə, müəllif məmləkətindəki bir sıra ictimai və siyasi məsələlərə toxunur.




Şota Rustavelli

13.02.2007
Şota Rustavelli. Pələng dərisi geymiş pəhləvan. Bakı, “Şərq-Qərb”, 2006, 232 səh.
Gürcü ədəbiyyatının görkəmli nümayəndəsi Şota rustavellinin yeganə əsəri olan "Pələng dərisi geymiş pəhləvan" poeması əsrlərdir ki, şeir və sənət aləmində yaşamaqdadır. Qəhrəmanlıq və məhəbbət dastanı olan bu əsər bu gündə oxucular tərəfindən sevilir.




Tofiq Fikrət

13.02.2007
Tofiq Fikrət. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, 176 səh.
Bu topluda Tofiq Fikrətin "Rübai-şikəstə", "Xəluqun dəftəri" və "Şərmin" kitablarından seçilmiş şeirlər nəşr olunub.






Gi De Mopassan

12.02.2007
Gi De Mopassan. Hekayələr və novellalar. Bakı, “Şərq-Qərb”, 2006, 176 səh.
Gi De Mopassan XIX əsrin məhşur hekayə ustalarındandır. Ümumiyyətlə, Gi De Mopassan yaradcılığına xas olan kəskin tənqid, öldürücü satira və şirin yumor hekayələrini xarakterizə edən əsas məziyyətlərdəndir. Bu kitaba görkəmli fransız yazıçısının məhz həmin qəbildən olan hekayə və novellaları daxil edilmişdir.



Prosper Merime

12.02.2007
Prosper Merime. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, 176 səh.
Fransız ədəbiyyatında tənqidi realizmin görkəmli nümayəndəsi olan Prosper Merime öz yüksək bədiiliyi ilə fərqlənən hekayə və povest ustasıdır. Öz əsərləri ilə həm fransız, həm də dünya ədəbiyyatını zənginləşdirən Prosper Merimenin yaratmış olduğu daxili ehtirasla ruhlanmış, parlaq stildə ifadə olunmuş ən gözəl, oxunaqlı novella və povestləri bu topluya daxil edilmişdir.


Gi De Mopassan

12.02.2007
Gi De Mopassan. Hekayələr və novellalar. Bakı, “Şərq-Qərb”, 2006, 176 səh.
Gi De Mopassan XIX əsrin məhşur hekayə ustalarındandır. Ümumiyyətlə, Gi De Mopassan yaradcılığına xas olan kəskin tənqid, öldürücü satira və şirin yumor hekayələrini xarakterizə edən əsas məziyyətlərdəndir. Bu kitaba görkəmli fransız yazıçısının məhz həmin qəbildən olan hekayə və novellaları daxil edilmişdir.



zəlimxan yaqub

7.02.2007
Zəlimxan Yaqub. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2006, 248 səh.
Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun seçilmiş əsərlərindən ibarət ikicildliyinə şeirləri və dörd poeması daxil edilmişdir.





şəhriyar

7.02.2007
Məhəmməd. Şəhriyar. Bakı, “Şərq-Qərb”, 2006, 216 səh.
"Şəhriyar" əsəri XVIII əsr Azərbaycan ədəbiyyatının ən qiymətli nümunələrindəndir. Mövzunu folklordan alan ədib onu özünəməxsus bir şəkildə işləmiş, ideya-bədii keyfiyyətlərinə görə orijinal və kamil bir əsər yaratmışdır. Əsərin yeganə nüsxəsi AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır və təqdim olunan kitabdakı mətn bu nüsxə əsasında hazırlanmışdır.



qabusnamə

7.02.2007
Qabusnamə. Bakı, “Şərq-Qərb”, 2006, 216 səh.
Qədim Şərq ədəbiyyatının qiymətli nümunələrindən olan "Qabusnamə" özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir.




Mövlud Süleymanlı

31.01.2007
Mövlud Süleymanlı. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, 480 səh.
Kitaba tanınmış yazıçı Mövlud süleymanlının yaradıcılığından seçmə nümunələr daxil edilmişdir. Povest və hekayələrdən ibarət olan bu seçmələrdə müəllif onu düşündürən, nigaran qoyan proseslərin insan mənəviyyatının içindən necə keçib getdiyini aydın göstərə bilmişdir.




Rəşad Nuri Güntəkin

31.01.2007
Rəşad Nuri Güntəkin. Dodaqdan qəlbə. Bakı, “Şərq-Qərb”, 2006, 280 səh.
Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuş, türk yazıçısı Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” romanı lirik-realist üslubda yazılsa da, müəllif bu əsərdə dövrünün ictimai problemlərinə biganə qalmamışdır.




Əzizə Cəfərzadə

31.01.2007
Əzizə Cəfərzadə. Aləmdə səsim var mənim. Bakı, “Şərq-Qərb”, 2006, 432 səh.
Müasir Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi tanınmış yazıçı Əzizə Cəfərzadənin ümumi "Şirvan" başlığı ilə məlum olan silsilə əsərlərinə daxil olan "Aləmdə səsim var mənim" romanı XIX əsrin böyük şairi və maarifçisi Seyid Əzim Şirvaninin həyatından bəhs edir.



balzak

31.01.2007
Onore de Balzak. Seçilmiş əsərləri. Bakı, “Şərq – Qərb”, 2006, 408 səh.
Fransanın və dünyanın dahi yazıçıları sırasında özünəməxsus layiqli yer tutan Onore de Balzak, yaradıcılığında ictimai hadisələri, insan taleyini və onun cəmiyyət həyatındakı mövqeyini, əxlaqı və məişəti daim araşdırmış, tədqiqat obyektinə çevirmişdir. Bu kitab Onore de Balzakın bəşər oxucuları tərəfindən sevilən "Qobsek", "Polkovnik Şaber" novellaları və "Qorio ata" romanı əsasında tərtib edilmişdir.


oğuznamə

30.01.2007
Oğuznamə. Bakı, “Şərq – Qərb”, 2006, 216s.
“Oğuznamə” XV-XVI əsrlərdə üzü köçürülən əlyazmasıdır. Təqdim edilən toplu azərbaycan və türk dilləri tarixini müxtəlif cəhətdən öyrənmək işinə xidmət edəcək çox qiymətli yazılı ədəbi abidədir.






cəvahirləl

30.01.2007
Cəvahirləl Nehru. Ümumdünya tarixinə nəzər. Bakı, “Şərq-Qərb”, 2006, 344 səh.
Bu kitaba Hindistanın görkəmli siyasi və dövlət xadimi, ölkəsinin istiqlaliyyəti uğrunda mübarizənin rəhbərlərindən biri və onun ilk baş naziri Cəvahirləl Nehrunun məhbəsdə olarkən qızı İndira Qandiyə yazdığı məktublar daxil edilmişdir.

[1     [2    [3    [4    [5    [6    [7    [8    [9    [10       -->>



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları