Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.



YENI KITABLAR


Səhifəyə məsul: Muradova S.S.

Qılman İlkin
13.06.2007
Qılman İlkin. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Avrasiya press", 2006, 120 səh.
Görkəmli yazıçımız Qılman İlkinin bu kitabına müəllifin hekayələri və povestləri daxil edilmişdir. "Dəniz həmişə göy olmur" povestinin mövzusu Böyük Vətən Müharibəs illərində arxa cəbhələrdə baş verən olaylardan, "Dağlı məhəlləsi"nin mövzusu isə müasir həyatımızdan götürülmüşdür.




Rəşid bəy Əfəndiyev
13.06.2007
Rəşid bəy Əfəndiyev. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, 120 səh.
Müəllif bir pedaqoq olaraq əsərlərində uşaqlarda elmə, sənətə sevgi, böyüklərə hörmət, təvazökarlıq, qorxmazlıq, vətənpərərlik hissləri tərbiyə etməyə çalışmış, onları maarifə, elmə dəvət etmişdir.






qaracaoğlan
13.06.2007
Qaracaoğlan. Şeirlər. Bakı, "Şərq-Qərb", 2007, 256 səh.
Ədəbiyyatda ölməzlər arasında bir nəhəng olaraq yer alan qaracaoğlanın sənətkarlığı böyük bir aləmdir. Orijinal bədii təyinlər silsiləsi, təkrarların yaratdığı ritm, gözlənilməz müqayisələrə klassik ədəbiyyatın həsəd aparacağı keçidlər təqdim olunan kitabda toplanmış bu sehirli poeziyasına daxillən xasdır.





ictimai fikir
11.06.2007
M.Ağayev. Azərbaycan ictimai fikrində milli məsələ. (1917-1920-ci illər). Bakı, "Nurlan", 2007, 148 səh.
Monoqrafiya 1991-ci ildə hazırlanmışdır. Lakin "müsavat" partiyasının və Azərbaycan Demokratik respublikası hökumətinin fəaliyyəti müsbət planda verildiyi və təqdir olunduğu üçün nəşrə icazə verilməmişdir. Müəllif indiki müstəqillik şəraitində milli dövlətçiliyimizn təşəkkülündə mühüm rol oynamış milli məsələ haqqında o dövrdə olan fikir və mülahizələrin geniş oxucu kütlələrinə çatdırılmasını zəruri sayır.



biomüxtəliflik
11.06.2007
E.Sultanov, T.Kərimov. Azərbaycan ornitofaunasından beynəlxalq saziş və konvensiyalara daxil edilmiş quş növləri. Bakı, "Victory", 2007, 108 səh.
Oxuculara təqdim olunan bu kitabda Qırmızı siyahı və Qirmizi kitaba daxil olan 48 növün Avropada, Azərbaycanda yerləşməsi, sayı, yuvalaması, qışlaması, miqrasiyası, statusları, mühafizə olunma səviyyələri, onlara qarşı olan mənfi təsirlər təhlil edilir və müfaviq təkliflər verilir.



qəzəllər
11.06.2007
M.Mirxəliloğlu. qəzəllər. II kitab. Bakı, "Mütərcim", 2007, 280 səh.
Kitabda Mirkamil Mirxəliloğlunun klassik Azərbaycan poeziyasının ən populyar janrı olan qəzəlləri toplanmışdır.







Təbriz
04.06.2007
G.Ağayeva. Təbriz ədəbi mühiti (1941-1946-cı illər). Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2004, 168 səh.
"Təbriz ədəbi mühiti (1941-1946)" əsəri uzun illər ciddi elmi axtarışların, böyük zəhmətin nəticəsidir. Tədqiqatçı qarşısına qoyduğu vəzifəni ləyaqətlə yerinə yetirmiş, milli ədəbiyyatşünaslıq xəzinəmizi zənginləşdirmişdir. Bu əsər XX əsr Azərbaycan ədəbiyyatı və milli tarixinin öyrənilməsi üçün faydalıdır.




kamal talıbzadə
04.06.2007
Kamal Talıbzadə. Kübarlıq məktəbi. Bakı, "Xəzər Universitetinin Nəşriyyatı", 2007, 318 səh.
Kitabda Azərbaycan elmi ictimaiyyətinin görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tanınmış ədəbiyyatşünas Kamal Abdulla Şaiq oğlu Talıbzadənin həyat və yaradıcılıq yolu əks etdirlir, həmçinin Dövlət, elm və mədəniyyət xadimlərinin K.Talıbzadə haqqında fikirləri, ona itaf olunmuş şeirlər verilmişdir.



nəsimi
01.06.2007
R.Faseh Seyyid İmadəddin Nəsiminin seçilmiş bəzi şeirlərinin şərhi. Bakı, "Şərq-Qərb", 2007, 392 səh.
Ramiz Fasehin yeni kitabı klassik poeziyanın mətn və məzmununun vəhdət şəklində şərh olunması etibarilə təkcə onun yaradıcılığında deyil, bütünlükdə Azərbaycan ədəbiyyatşünaslığında yeni tədqiqat istiqamətinin - klassik Şərq ədəbiyyatşünaslığındaənənəvi mövcud olan şərh janrının (hafizin, Ruminin və başqalarının əsərlərinə yazılmış şərhlər) əsasını qoyan ilk nümunədir.



ana dili
28.05.2007
Paşayeva Ş.R. Ana dili tədrisində nəzəri və praktik məsələlər. Bakı, "Təhsil", 2007, 464 səh.
Əsərin müəllifi ana dili tədrisinə aid çap olunmuş elmi-nəzəri məqalələri və praktika sahəsindəki aşağıdakı əsərlərinin toplusu kimi hazırlamışdır. Kitab ana dili sahəsində çalışan orta və ali məktəb müəllimləri, tələbələri üçün nəzərdə tutulmuşdur.





kinomatoqraf
28.05.2007
A.Kazımzadə. heydər Əliyev və kinomatoqraf. Bakı, "Mütərcim", 2007, 204 səh.
Kitabda dünya şöhrətli siyasətçi və dövlət xadimi, müstəqil azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyein ölkəmizin ictimai-siyasi, mədəni-sosial həyatının bütün sahələrində qüdrəti, qayğısı, yanğısı kontekstində ümummilli liderimizin milli kinomuzun təəsübkeşi və hamisi olması, onun ümumən kinomatoqraf haqqında fikirləri tədqiq və təhlil edilir, mədəniyyət və incəsənət xadimlərinin, tanınmış şəxsiyyətlərin Heydər Əliyev haqqında fikir və düşüncələri açıqlanır.


enerjidaşıyıcılar
25.05.2007
A.M.Quliyev, F.N.Məmmədov və b. Enerjidaşıyıcılar: imkanlar, perspektivlər. Bakı, "Nafta-Press", 2007, 297 səh.
Kitabda oxucular dünya iqtisadiyyatında istifadə olunan enerjidaşıyıcılar, onların növləri və hər birinin xüsusi çəkisi, Azərbaycanın yanacaq-enerji balansı və onun tərkib hissələri, iqtisadiyyatın enerji tutumu, alternativ enerji mənbələrindən istifadənin perspektivləri, neftin, qazın və kömürün ehtiyatları, onların və həmçinin nüvə enerjisi və s. haqqında kifayət qədər informasiya əldə edəbilərlər.


iqtisadi əlaqələr
25.05.2007
Ə.İ.Həbibbəyli. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri. Bakı, "Nurlan", 2007, 216 səh.
Kitabda Azərbaycan respublikasının Britaniya ilə çoxcəhətli iqtisadi əlaqələrinin tarixi ənənələrindən və müstəqillik dövründəki inkişafından geniş bəhs olunur. müəllif Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatında, Heydər Əliyev adına Bakı-Tbilisi-Jeyhan əsas ixrac neft boru kəmərinn istifadəyə verilməsində Britaniya şirkətlərinin roluna xüsusi diqqət yetirmişdir.


raket və reaktiv yanacaqları
22.05.2007
M.İ.Rüstəmov, A.H.Həsənov, S.Ə.Sultanov. Raket və reaktiv yanacaqları. Bakı, 2005, 228 səh.
Kitabda maye raket və reaktiv yanacaqları komponentlərinin quruluş və xassələri, alınma üsulları, həmçinin proseslərin texnologiyaları geniş təhlil edilmişdir. Maye raket yanacaqları komponenlərinin, praktiki vacib fiziki-kimyəvi xassələrinə əsas yer verilmişdir.





neft kimyası
22.05.2007
M.İ.Rüstəmov. Publisistik məqalələr. Bakı, 2006, 236 səh.
Təqdim olunan kitabda akademik M.İ.Rüstəmovun müxtəlif vaxtlarda azərbaycan neft-emalı və neft kimyası sənayesinin inkişaf problemlərinə həsr edilmiş məqalələri toplanmışdır.







krımtatr ədəbiyyatı
17.05.2007
M.Allahmanlı. Krımtatar ədəbiyyatı. (problemlər, mülahizələr). Bakı, ADPU-nun nəşriyyatı, 2007, 146 səh.
Kitabda kırımtatar ədəbiyyatının müxtəlif problemləri ilə bağlı məqalələr toplanmışdır. Burada xalqın zəngin şifahi ədəbiyyatına aid nümunələrin, dastan düşüncəsinin, orta çağ türk şeirinin ümumtürk kontekstində təhlili, yazılı ədəbiyyatın ayrı-ayrı nümayəndələri ilə əlaqədar maraqlı fikirlər verilmişdir.




şaman, ozan
17.05.2007
M.Allahmanlı. Şaman, ozan və aşıq. Bakı, "Ağrıdağ", 2002, 332 səh.
Kitabda türkün mənəvidünyası, aşıq sənətinin tarixi inkişafı, ibtidai düşüncənin qədim layları, türk şamançılığı, ozan mədəniyyəti, dastan sənəti, qədim və müasir dastanların spesifikası, şamanın, ozanın və aşığın sənətkar funksiyası inkişafda açılma məqsədi daşıyır.





ədəbi düşüncələr
16.05.2007
M.Allahmanlı. Ədəbi düşüncələr. Bakı, "Avropa", 2006, 306 səh.
Kitabda türk xalqlarının qədim mədəniyyəti, dastan ənənəsi, onun özünəməxsusluq spesifikası, sinkretik sənət, dünya xalqlarında bu sənətin görünüşü, mövcudluq istiqamətləri araşdırılır. Eyni zamanda ayrı-ayrı türk ozanlarının sənətdəki yeri, yaradıcılıq uğurları, folklorşünaslığın, ümumilikdə ədəbiyyatın problemləri ilə bağlı tədqiqlər özünə yer tapır.



V.Nəsir
16.05.2007
M.Allahmanlı. Haqdan yanan ocaq. Bakı, 2005, 272 səh.
Kitabda V.Nəsirin həyat yolu, yaradıcılığı ətraflı şəkildə araşdırılma məqsədi daşıyır. Onun alim kimi fizika sahəsində uğurları, Fransada, lcəzairdə, Rusiyada olan elmi fəaliyyəti, şair kimi böyük yaradıcılıq yolu keçməsi tədqiq olunur.






mikologiya
14.05.2007
N.Ə.Mehdiyeva. Mikologiya. Bakı, 2006, 300 səh.
Kitab mikologiya sahəsində çalışan elmi işçilər, dissertant və aspirantlar, habelə bioloq müəllimlər və tələbələr üçün çox qiymətlidir və ali məktəb tələbələri üçün dərs vəsaiti kimi istifadə oluna bilər.







ozan-aşıq
14.05.2007
M.Qasımlı. Ozan-aşıq sənəti. Bakı, 2007, 304 səh.
"Ozan-aşıq sənəti" monoqrafiyasında ortaq türk mənəvi dəyərləri və mədəniyyətinin mühüm istiqamətləri, qam-şaman kompleksi, ozan sənəti və aşıqlığın tarixi-semantik mahiyyəti konseptual və sistemli şəkildə açıqlanır.






azəzrbaycan romanları
11.05.2007
S.Şərifova. Müasir Azərbaycan romanlarında ictimai-siyasi mühitin təsviri problemləri. Bakı, 2007, 78 səh.
Kitabda müasir romanlara yeni baxış ifadə olunmuşdur. Müəllif ötən əsrin 90-cı illəri XXI əsrin əvvəlləində yaranmış romanlarda Azərbaycanın ictima-siyasi həyatına münasibətini bildirmişdir.






Çin
11.05.2007
E.Həbibzadə. Salam, Çin. Bakı, "Nurlan", 2007, 174 səh.
Bu kitabı Çindəki siyasi quruluş və iqtisadi islahatlarla bağlı ümumi informasiya materialları, ölkənin inkişaf tarixinin başlıca mərhələləri, Çin xalqının tarixi irsi, mövcud adət-ənənələri haqqında məlumatlar, eləcə də verilən mövzularla əlaqədar şəxsi müşahidə və tədqiqatların nəticələri daxil edilmişdir.





azərbaycan
10.05.2007
Azərbaycan naminə. Bakı, 2005.
Oxuculara təqdim olunan 4 cildlik "Azərbaycan naminə" kitabı Azərbaycan Resbuplikasının Prezidenti İlham Heydər oğlu Əliyevin bir illik fəaliyyətini əks etdirən rəsmi məlumatlar toplusudur. Kitabın tərtibçiləri çalışmışlar ki, topluda prezident İlham Əliyevin bir illik fəaliyyəti qabarıq şəkildə oxuculara çatdırılsın. Kitabı oxuyan hər bir kəs bu fəaliyyətin nə qədər ağır, amma Azərbaycan dövləti üçün nə qədər vacib olduğuna bir daha əmin olur.



lüğət
2.05.2007
Aslanov V. Məhəmmədtağı Qaraqoyunlu "Fərhəngi-türki" lüğəti. Bakı, "Nurlan", 2006.
Görkəmli Azərbaycan türkoloqu, professor V.İ.Aslanovun elmi irsinin ən qiymətli nümunələrindən ibri - Məhəmməd Qaraqoyunlunun "Fərhəngi-türki" lüğətinin mikrofilminin nəşri Azərbaycan elmində böyük hadisədir. Lüğət türk dünyasının alimləri - dil tarixçiləri, türkoloqlar, etimoloqlar, mətnşünaslar, ədəbiyyatşünaslar üçü, eləcə də bu istiqamətdə elmi axtarışlar aparmaq arzusunda olan hər kəs üçün nəzərdə tutulmuşdur.


deportasiya
2.05.2007
Nəcəfov B. Deportasiya. Deportasiya. Bakı, "Çaşıoğlu", 2006, 320 səh.
Bu kitabda müəllifin "Düşmənin iç üzü . XIX əsrin sonları və XX əsrin əvvəllərində Zaqafqaziyada erməni millətçiliyinin tarixi" monoqrafiyasının qanunauyğun davamı olub 1947-1953-cü illərdə azərbaycanlı əhalinin Ermənistandan kütləvi deportasiyası, köçürülməsi məsələlərindən bəhs edir.




dərələyəz
1.05.2007
Mirzəyev H. 8-ci kitab. Dərələyəz folkloru. Bakı, "Elm", 2006, 768 səh.
Bu cilddə professor Həsən mİrzəyevin Qərbi Azərbaycanın Dərələyəz mahalından toplayıb tərtib etdiyi folklor nümunələri verilmişdir. Həmin folklor materialları bir sıra özünəməxsusluqlara malik olmaqla yanaşı, bu qədim Azərbaycan mahalının tarixən türk-oğuz yurdu olduğunu bir daha təsdiq edir.




filologiya
1.05.2007
Mirzəyev H. 7-ci kitab. Filologiya məsələlərinə dair tədqiqatlar, mülahizələr və rəylər. Bakı, "Elm", 2006, 640 səh.
Kitabda müəllifin müxtəlif səpgidə yazılmış dissertasiyalara, kitablara yazdığı rəylərdən, özünün əsərlərinə həsr olunmuş məqalə və rəylərdən, müəllifi, redaktoru, rəyçisi, məsləhətçisi olduğu proqram və kitablardan bəhs olunur.




fel
27.04.2007
Mirzəyev H. 2-ci kitab. Azərbaycan dilində fel. Bakı, "Elm", 2006, 504 səh.
Bu dərs vəsaitində felin əlamətdar cəhətləri, nitq hissələri arasında yeri, feldə təsirli-təsirsiz kateqoriyası, fellərin leksik-semantik, morfoloji-sintaktik, frazeoloji, üslubi, fonetik xüsusiyyətləri, feli sifətlərin fel və sifət ilə müştərək və fərqli cəhətləri və s. məsələlər hərtərəfli şəkildə şərh edilir.




audit
23.04.2007
Abbasov İ. Audit.. Bakı, "Elm", 2007. 530 səh.
Dərslikdə auditin nəzəri, təşkilati-praktiki, metodoloji prinsipləri şərh edilməklə yanaşı, ilk dəfə olaraq, auditdə maliyyə təhlilinin metodikası və sahələr auditinin təşkilini spesifik xüsusiyyətləri verilmişdir.






toponim

23.04.2007
Mirzəyev H. 3-cü kitab. Azərbaycan toponimləri və şivə sözləri. Bakı, "Elm", 2006. 536 səh.
Kitabda qədim Oğuz yurdu olan Dərələyəz mahalının toponimləri ilk dəfə olaraq tarixi-linqvistik aspektdə araşdırılır. Ərazinin toponimlərinin yaranma və formalaşma yolları zəngin faktlar əsasında izah edilir.





məkan

20.04.2007
Firədun İbrahimov. Mürəkkəb məkan təsəvvürlərinin inkişafına istiqamətlənən tapşırıqlar. Bakı, Mütərcim, 2006. 176 səh.
Əsər orta ümumtəhsilin ən vacib problemlərindən biri olan məməktəblilərin fəza təsəvvürlərinin formalaşdırılması işində müəllimlərə kömək məqsədi ilə yazılmışdır.




sevgi

17.04.2007
Xatirə Vaqifqızı. Sevgimin yaşı (şeirlər). Bakı, Mütərcim, 2006. 132 səh.
Kitabda gənc şairə, “Məcməüş-şüəra” ədəbi məclisinin üzvü Xatirə Vaqifqızının müxtəlif səpkili şeirləri toplanmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.





qarabağ

17.04.2007
Gülxanı Pənah. Qarabağ dərdi. Bakı, “Çinar-çap” nəşriyyatı, 2005. 400 səh.
Kitabda müəllifin son illərdə yazdığı şeirlər, poemalar və hekayələr daxil edilmişdir. Bu əsrlərdə şairin vətən-yurd ağrı-acıları, Qarabağ dərdi, şəhidlərimizin müqəddəs ruhlarına hörmət, öz doğma torpaqlarından didərgin salınmış insanların vətən həsrəti, torpaqlarımızın tezlikləişğaldan azad olunacağına inam və bu kimi pak duyğular öz əksini tapmışdır.


panoptikum

16.04.2007
Etimad Başkeçid. Panortikum. Bakı, Mütərcim, 2006, 208 səh.
Kitabda Etimad Başkeçidin müxtəlif mövzulara həsr edilmiş şeir və hekayələri toplanmışdır.






klassik ədəbiyyat

16.04.2007
Sənan İbrahimov. Klassik ədəbiyyatda vəhdəti-vücud. Bakı, “MBM” MMC, 2007, 148 səh.
Kitabda Şərq ədəbiyyatında əsrlərdən bəri mühakimə mövzusu olan vəhdəti-vücud fəlsəfi konsepsiyası elmi şəkildə şərh edilir. Bu konsepsiyanın müsəlman dünyasındadərin kökləri var. Müəllif həmin kökləri araşdıraraq vəhdəti-vücud fəlsəfi konsepsiyasının mənəvi-psixoloji məqamlarını şərh etmişdir.



nəşriyyat işi

12.04.2007
Süleymanlı Şamil. Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində. ("Avesta"dan Hüseyn Cavidədək). Bakı, "Təhsil" nəşriyyatı, 2007,258 səh.
Kitabda 71 şairin, yazıçının, ədəbi həyat və yaradıcılığından, əsərlərinin yazılma tarixindən, ayrı-ayrı ölkəkələrdə çapından, eyni zamanda beş dastan-eposdan, nəşriyyat-redaktə işindən, "Əkinçi" qəzetinin, "Molla Nəsrəddin" jurnalının fəaliyyətindən ətraflı məlumat verilir.



Yusif Seyidov

12.04.2007
Seyidov Y.M. Əsərləri. 15 cilddə. 2-ci cild. Bakı, "Şuşa" nəşriyyatı, 2007, 556 səh.
"Əsərlər"in ikinci cildinə müəllifin 1952-ci ildən son dövrə qədər ümumi dilçiliyin, Azərbaycan dilçiliyinin nəzəri və tətbiqi problemlərinə aid məqalələri daxil edilmişdir. Bu fonda dilçilik əsərlərinə və görkəmli dilçilərin elmi yaradıcılığına da nəzər salınmışdır.




Mir Möhsün Nəvvab

12.04.2007
Mir Möhsün Nəvvab. Divan. Bakı, "Şuşa" nəşriyyatı, 1999, 192 səh.
86 il maraqlı ömür yolu (1833-1919) keçmiş Mi Möhsün Nəvvab bir-birindən dəyərli, gözəl əsərlər yaaraq mədəniyyət tariximizə töhfə etməsilə bərabər, klassik ədəbiyyatımızınparlaq nümunəsi olub, oxuculara ilk dəfə təqdim olunan "Dian"ı ilə də Azərbaycan ədəbiyyatı tarixində ən yüksək yerlərdən birini tutur.



istiqlaliyyət

11.04.2007
Şeyxzamanlı N. Azərbaycan istiqlal mücadiləsi xatirələri. Bakı, "Azərbaycan" nəşriyyatı, 1997, 176 səh.
Kitabda Azərbaycan Demokratik Respublikasının yaradılması illərində vətənpərvər azəri oğullarının şücaəti, "Difai" partiyasının yaradılması, o illərin xatirələri əks olunmuşdur.





Quba xanlığı

11.04.2007
Mustafazadə T. Quba xanlığı. Bakı, "Elm", 2005, 480 səh.
Kitab XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş xırda feodal dövlətlərindən birinin - Azərbaycan xanlıqları sistemində çox mühüm mövqeyə malik Quba xanlığının tarixinə həsr olunmuşdur. Müəllif uzun illərlə Azərbaycan, Rusiya və Türkiyə arxivlərindən topladığı materiallar, habelə tarixi mənbələrdən əldə etdiyi faktlar əsasında xanlığın ərazisi, təsərrüfatı, xanlıqda mövcud olan sosial-iqtisadi münasibətlər və s. haqqında məlumat vermişdir.


xalq gülüşü
09.04.2007
Kazımoğlu M. Xalq gülüşünün poetikası. Bakı, "Elm", 2006, 268 səh.
Monoqrafiyada Azərbaycan folklor nümunəlıəri əsasında yazılmışdır, xalq gülüşünün genezisi və poetikasından bəhs edir.






Albaniya

09.04.2007
Məmmədov T. Qafqaz Albaniyası ilk orta əsrlərdə. Bakı, "Təhsil", 2006, 400 səh.
Kitabda ilk dəfə orta əsr yazılı qaynaqlarından geniş istifadə edilərək, ölkə və dünya tarixçilərinin tədqiqatlarına tənqidi yanaşılaraq, arxeoloji və etnoqrafik materiallar təhlil edilərək, ilk orta əsrlər Albaniyanın sərhədləri, ərazisi, əhalisi, etnik tərkibi, etnik prosesləri, ilkin feodalizm dövrünün iqtisadi həyatı, ticarəti, şəhərləri, dövlət quruluşu, suverenliyi, mədəniyyəti, dini, alban kilsəsi, ölkənin yadelli işğalçılara qarşı mübarizəsi, müdafiə tikintiləri tədqiq edilərək araşdırılmışdır.


beynəlxalq münasibətlər
05.04.2007
Abbasbəyli A.N. Beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının nəzəri problemləri. Bakı, "Şirvannəşr", 2006, 348 səh.
Monoqrafiya beynəlxalq və dövlətlərarası münasibətlərin proqnozlaşdırılması məsələlərinə, müasir beynəlxalq münasibətlərin, beynəlxalq və regional təşkilatların, geosiyasətin vəziyyətinin və perspektivlərinin aktual məsələlərinə həsr edilmişdir.



abbasqulu bəy

04.04.2007
N.İsrafilqızı. Abbasqulu bəy Şadlinski. Poema. Bakı. 2006, 184 səh.
Nəsibə İsrafilqızının "Abbasqulu bəy Şadlinski" poeması Qərbi Azərbaycanın Vedibasar mahalının igid oğlu, yenilməz sərkərdə, xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskiyə həsr olunmuşdur.




[1     [2    [3    [4    [5    [6    [7    [8    [9    [10       -->>



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları