YENI KITABLAR
Səhifəyə məsul: Muradova S.S.

10.12.2007
Mülki hüquq. (dərslik). Azərbaycan dilində, Bakı, "Qanun" nəşriyyatı, 2006, 572 səh.
1993-cü ildə prof. E.A.Suxanovun redaktorluğu ilə "Bek" nəşriyyatı tərəfindən nəşr edilmiş dərslikdən tərcümə edilmişdir.

10.12.2007
Azərbaycan folkloru külliyyyatı, II cild, Nağıllar (II kitab), Bakı, "Səda" nəşriyyatı, 2006, 400 səh.
"Azərbaycan folkloru külliyyatı" (AFK) çoxcildliyinin 2-ci cildi, Azərbaycan nağıllarının 2-ci kitabı kimi geniş oxucu kütləsinə təqdim olunan bu nəşrdə nağıllarımızın kamil örnəkləri toplanmışdır.

10.12.2007
Ulduzə Qaraqızı. Azərbaycan filimlərinin yaranma tarixindənədəbiyyatı tarixi. Bakı, "E.l." Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2006, 688 səh.
Kitabda "Azərbaycanfilm", eləcə də digər studiyalarda istehsal edilmiş milli-mənəvi sərvətlərimizdən olan bədii filmlərimiz müəllif tərəfindən araşdırılaraq tədqiq edilmişdir. Kitabda Azərbaycan Dövlət Film Fondunun arxivində saxlanılan fotoşəkillərdən istifadə edilmişdir.

28.11.2007
Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Elm, 2007, 632 səh.
Altıcildliyin bu cildi ən qədim zamanlardan XIII yüzilliyə qədər olan dövrün ədəbiyyatını əhatə edir. Cilddə həmçinin qədim alban yazılı abidələri və Azərbaycan islamlaşdıqdan sonra VII-XII əsrlərdə ərəb dilində yazıb yaratmış azərbaycanlı şairlərin yaradıcılığı araşdırma predmetinə çevrilmişdir.

28.11.2007
Rzayev M. Keçid dövrü və şəxsiyyət (sosial fəlsəfi təhlil). Bakı, Yurd, 2007, 391 səh.
Monoqrafiyada şəxsiyyət probleminin kompleks sosial fəlsəfi təhlili verilir, onun müasir keçid dövrü tipinin səciyyəvi cəhətləri araşdırılır. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin yaradılması prosesində şəxsiyyətin siyasi, iqtisadi və mənəvi fəallığının artdığı, onun azadlıq və məsuliyyətinin yeni səviyyəyə yüksəldiyi fikri əsaslandırırlır.

28.11.2007
Abbasov V.M. Korroziya. Bakı, 2007, 355 səh.
Bu kitab müstəqil Azərbaycan Respublikasında korroziyaya aid nəzəri və praktiki məlumatlarla zəngin olan ilk praktiki dərslikdir. Dərslikdə korroziyanın nəzəri problemləri, o cümlədən ayrı-ayrı korroziya prosesləri, onların baş verməsini şərtləndirən amillər haqqında geniş məlumat verilmişdir.

8.11.2007
Saraclı Ə. Şairlərimiz cümhuriyyət dövründə. Bakı, "Elm" nəşriyyatı, 2007, 424 səh.
Kitabda Cümhuriyyət illərində daha çox sayılıb seçilən və AXC-yə, milli ideologiyanın yaranmasını, yeni həyata ürəkdən xidmət edən bəzi yazarlarımız haqqında ayrıca, portret-oçerk şəklində söhbət açılmışdır.

8.11.2007
Babyev M.P. Orucova N.H., İsgəndərova S.M. Müxtəlif torpaq-ekoloji şəraitdə tərəvəz bitkilərindən yüksək məhsul almağın idarə olunması. Bakı, "Elm" nəşriyyatı, 2007, 240 səh.
Təqdim olunan monoqrafiya qeyri-ənənəvi tərəvəzçilik regionlarında tərəvəzçiliyin inkişaf etdirilməsi üçün səmərəli becərmə texnologiyasının tətbiqinə, məhsuldarlığın artırılmasına həsr olunmuşdur.

8.11.2007
Seyid-Rzayev M.M. Mingəçevir su anbarı vətəgə balıqlarının ekologiyası. Bakı, "Elm" nəşriyyatı, 2007, 244+18 səh.
Monoqrafiya müəllifin Mingəçevir su anbarı balıqlarının öyrənilməsi sahəsində apardığıçoxillik tədqiqatlar və ondan əvvəl su anbarında tədqiqat aparmış Zoologiya institutunun elmi əməkdaşlarının əsərlərindən istifadə olunması əsasında yazılmışdır.

17.10.2007
F.Qurbanov. Autopoyezis və sinergetika: sosial təşəkkül metaforaları. Bakı, "Adiloğlu" nəşriyyatı, 2007, 486 səh.
Monoqrafiya çağdaş elmin iki elmi istiqamətinin - autopoyezis və sinergetikanın fəlsəfi təhlilinə, onların konseptual müqayisəsinə və müxtəlif sahələrə tətbiqi imkanlarına həsr olunub.

17.10.2007
Mövlanə Cəlaləddin Rumi. "Məsnəvi"dən seçmələr. Bakı, "YOM" yayınları, 2007, 232 səh.
2007-ci il irləşmiş Millətlər Təşkilatının UNESCO qurumu tərəfindən "Mövlaə Cəlaləddin Rumi ili" kimi bütün dünyada geniş miqyasda qeyd edilməkdədir. "Məsnəvi"dən seçmələr" kitabı həm bu şölənə, həm də ədəbiyyatımızda Mövlanə ilə bağlı haqsısz boşluğu doldurmağa həsr olunub.

17.10.2007
Böyük fizik - nurlu insan. Bakı, "Elm", 1999, 164 səh.
Kitab böyük azərbaycan alimi və elm təşkilatçısı, azərbaycan EA həqiqi üzvü, 1970-1983-cü illərdə Azərbaycan EA-nın prezidenti olmuş, Rusiya federasiyası EA müxbir üzvü, fizika elmləri doktoru, professor H.M.Abdullayevin anadan olmasının 80 illiyinə həsr edilmişdir.
[1
[2
[3
[4
[5
[6
[7
[8
[9
[10
-->>