Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.



YENI KITABLAR


Səhifəyə məsul: Muradova Səbinə

mədəni irs
29.02.2008
Azərbaycan Gömrüyü Mədəni irsin Keşiyində. Bakı, 2007, 186 səh.
Kitabda gömrük orqanlarının qeyd olunan istiqamətlərdəki fəaliyyətini əks etdirən fotoşəkillər və materiallar oxucuların diqqətinə çatdırılır.






antologiya
29.02.2008
Min beş yüz ilin oğuz şeri. Antologiya. II kitab. Bakı, "Azərbaycan" nəşriyyatı, 2000, 1016 səh.
Kitabda XX əsr 20-ci illərdən bəri yazıb yaratmış şairlərin həyat və yaradıcılığı haqqında qısa məlumat və şeirlərindən nümunələr göstərilmişdir.





dövlət idarəçiliyi
21.02.2008
Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xroniası: rəsmi qəbul və səfərlərinin icmalı (2003-2006). Bakı, "Azərbaycan" nəşriyyatı, 2007, 944 səh.
Kitabda cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin üç illik (2003-2006) xronikası, Prezidentin rəsmi qəbulları, səfərləri və onların şərhi verilmişdir. Kitab müəllimlər, tələbələr, aspirantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutlmuşdur.



Heydər Əliyev
21.02.2008
H.Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, "Ozan", 2000, 548 səh.
Kitabda ümummilli lider Heydər Əliyev cənablarının 1969-199-cu illərdə yazıçılar qurultaylarında, mötəbər məclislərdə ədəbiyyat, mədəniyyət, sənət haqqında etdiyi nitqlər, məruzələr, çıxışlar xronoloji ardıcıllıqla toplanmılmışdır.




Azərbaycan Milli Ensiklopediyası
18.02.2008
Red. heyətinin sədri İ.H.Əliyev Azərbaycan. Bakı, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 482 səh.
Azərbaycan Milli Ensiklopediyasının "Azərbaycan" cildi bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuşdur. Ölkəmizin dünəni, bu günü: qədim tarixi və müasir həyatı, təbii sərvətləri və geosiyasi mövqeyi, elm, təhsil və mədəniyyət sahələrində nailiyyətləri kitabda öz ifadəsini tapmışdır.



foreks
15.02.2008
E.Q.Quliyev, Ş.A.Qurbanzadə. FOREKS - Maliyyə Bazarının əlifbası. Türkiyə. İstanbul, 2007, 154 səh.
Kitabda Maliyyə bazarları və xüsusilə Foreks birjasında ticarət fəaliyyətinin əsas prinsipləri və qiymət hərəkətlərinin müxtəlif növ analiz metodları əks olunmuşdur. Kitab müəllifləri uzun illər praktiki təcrübə və elmi araşdırmalar sayəsində sınaqdan keçmiş effektiv birja ticarəti metodlarını texniki və illüstrativ formada oxucuların diqqətinə çatdırmağa çalışmışlar.



allahın eşqiylə
15.02.2008
M.Rəhimzadə. Allahın eşqiylə. Bakı, "Azərbaycan", 2007, 256 səh.
"Allahın eşqiylə" adlanan və Böyük Allahın eşqi ilə yazılan bu kitab Azərbacan xalqının milli iftixarlarından olan Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirir.





saraclı
14.02.2008
Ə.Saraclı. Azərbaycan yazıçıları cümhuriyyət dönəmində. Bakı, Elm, 2007, 424 səh.
Kitabda sayıb-seçilən və AXC-yə, milli ideologiyanın yaranmasına, yeni həyata ürəkdən xidmət edən bəzi yazarlarımız haqqında ayrıca, portret-oçerk şəklində söhbət açmaq yolu seçilib.






dastan
14.02.2008
M.Cəfərli. Dastan yaradıcılığı (metodik vəsait). Bakı, Elm, 2007, 108 səh.
Ali məktəblərdə dastan yaradıcılığının tədrisi Azərbaycan xalq ədəbiyyatının öyrədilməsinin xüsusi aktuallıq kəsb edən mühüm və vacib məsələlərindəndir. Bütün bunlar "Dastan yaradıclığı" metodik vəsaitinin meydana çıxmasının nəzəri-metodoloji, elmi-pedaqoji əsaslarını təşkil edir.




azərbaycançılıq
13.02.2008
N.Şəmsizadə. Azərbaycançılıq. Bakı, "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2006, 192 səh.
Əsərdə qədim çağlardan günümüzə qədər Azərbaycan xalqının yaşadığı özünüdərk, təfəkkür və dövlətçilik yolu nəzərdən keçirilir.






Bakı
13.02.2008
Fəhmi İ. Bakı tarixindən kollaj. Bakı, Avrasiya press, 2007, 192 səh.
Bu bədii-publisistik roman Bakı tarixinə, etnoqrafiyasına, mədəni irsinə özünəməxsus, subyektiv bir baxışı əks edtirir. Əsər fraqmental roman üslubunda yazılıb, ilk baxışdan bir-biriylə əlaqəsi olmayan, lakin daxili bağlılığı olan fraqmentlərdən ibarətdir.




siyasi əlaqələr
12.02.2008
M.Güləliyev. Böyük Şeytan və ya sonun başlanğıcı. Bakı, Adiloğlu, 2007, 462 səh.
"Böyük Şeytan və ya sonun başlanğıcı" monoqrafiyasında ABŞ imperializminin xarici siyasətinin mahiyyəti və onun Cənubi Qafqaz regionu ölkələrinə, o cümlədən Azərbaycana mənfi təsirləri araşdırılır. Burada ABŞ imperializminin yaratdığı beynəlxalq təhlükəyə və bəşəriyyətin ciddi sınaqlar qarşısında olduğuna işarə edilərək, Azərbaycanın gələcək inkişafının mümkün istiqamətlərini müəyyənləşdirməyə cəhdlər edilir.


siyasi əlaqələr
12.02.2008
Rüstəm S.F. Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr sistemində (XX əsrin 90-cı illəri). Bakı, Adiloğlu, 2005, 236 səh.
Monoqrafiyada Azərbaycanın türk dövlətləri ilə siyasi əlaqələri tarixşünaslıqda və siyasətşünaslıqda ilk dəfə olaraq kompleks şəkildə elmi-tədqiqat obyekti kimi araşdırılır, müxtəlif faktların toplanması, sistemləşdirilməsi və təhlili əsasında müstəqilliyin ilk on ili ərzində bu əlaqələrin tarixi yazılır.



illik
11.02.2008
Azərbaycan Milli Elmlər Akademiyası nəşrlərinin biblioqrafiyası. İllik. 1987. Bakı, Mərkəzi Elmi Kitabxana, 2006, 286 səh.
"Azərbaycan Milli Elmlər Akademiyası nəşrlərinin biblioqrafiyası"na 1987-ci ildə Elmlər Akademiyanın elmi-tədqiqat müəssisələri tərəfidən hazırlanmış və "Elm" nəşriyyatı (hazırda "Elm" Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi) tərəfindən çap olunmuş, kitab, məcmuə, konfrans materialları, dövri nəşrlər və s. daxil edilmişdir.



illik
08.02.2008
Azərbaycan Milli Elmlər Akademiyası nəşrlərinin biblioqrafiyası. İllik. 1985. Bakı, Mərkəzi Elmi Kitabxana, 2006, 266 səh.
"Azərbaycan Milli Elmlər Akademiyası nəşrlərinin biblioqrafiyası"na 1985-ci il ərzində Akademiyanın elmi idarələrinn hazırladığı və "Elm" nəşriyyatı tərəfindən çapdan çıxmış kitab, məcmuə və dövri mətbuat nəşrləri daxil edilmişdir.



Abşeron
08.02.2008
Yusifov E.F., İsayeva N.S., Əsgərov F.S. Bioliji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri Bakı, "Nurlar", Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007, 424 səh.
Kitabda Abşeron yarımadasının, landşaftı, floristik, geoloji və paleontoloji təbiət abidələri, onların ərazi üzrə paylanması, nadir və nəsli kəsilməkdə olan canlıları haqqında sistemli şəkildə məlumatlar verilmişdir.



koqnitiv amillər
06.02.2008
M.Hüseynova. Mətnin interpretasiyasında sintaktik-semantik və koqnitiv amillər. Bakı, "Sabah", 2007, 166 səh.
Kitabda müəllifin əsas məqsədi mətnin şərhinin başa düşülməsi prosesinin tam təsvirini vermək və onun bütün mərhələlərini şərh etməkdir. Beləliklə, mətn psixolinqvistikanın obyektinə çevrilmiş olur və bağlılıq, əlaqəlilik deyil, "bütövlük", "tamlıq" ön plana keçir.




Əşrəf Hüseynov
06.02.2008
Akademik Əşrəf hüseynov. Bakı, "Elm", 2007, 184 səh.
Anadan olmasının 100 illiyi münasibəti ilə nəşr olunan bu kitaba Azərbaycanda riyaziyyat elmnin əsasını qoyan görkəmli alimlərdən biri - akademik Əşrəf Hüseynov haqqında həmkarlarının məqalə və xatirələri, həmçinin bioqrafik məlumatlar daxil edilmişdir.





Böyük Kəsik
04.02.2008
N.Müseyibli. Böyük Kəsik eneolit dövrü yaşayış məskəni. Bakı, "Nafta-Press", 2007, 228 səh.
Kitab Azərbaycna Respublikasının Ağstafa rayonu ərazisində, BTC neft və CQ qaz kəmərləri dəhlizində yerləşən Böyük Kəsik eneolit dövrü yaşayış məskənində 2004-2005-ci illərdə aparılmış arxeoloji qazıntıların nəticələrinə həsr olunmuşdur.





[1     [2    [3    [4    [5    [6    [7    [8    [9    [10       -->>


Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları