Ünvanımız:
Bakı şəh., H.Cavid pr.31
Tel: 438-60-17
Kitabxana şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9-dan 17-dək işləyir.
1.03.2007 [14:01]
KİTABXANA YUNESKONUN "İNFORMASİYA HAMI ÜÇÜN" PROQRAMINA QOŞULUB
Bu gün C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında İctimai Hüquqi
İn¬for¬masiya Mərkəzinin açılış mərasimi keçirildi.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
Res¬publikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Proqramı"na müvafıq olaraq
Mədəniyyət və Turizm Nazirliyi tərəfındən bir sıra şəhər və rayon kitabxanalarında ictimai hüquqi-
informasiya mərkəzlərinin yaradılması planlaşdırılıb. Bu işi həyata keçirmək üçün nazirlik
"İnformasiya hamı üçün" YUNESKO Proqramının Rusiya Komitəsi ilə danışıqlar aparmış və bir
sıra nazirlik, idarə və kitabxanaların Rusiya Federasiyasının hüquqi bazasına daxil olmaları barədə
razılıq əldə etmişdir.
Ümumilikdə Azərbaycanda sözügedən bazaya daxil olan 35 məntəqə yaradılır. Bunların
arasında Prezident Kitabxanası, Milli Məclisin Kitabxanası, Nazirlər Kabinetinin Kitabxanası,
Ədliyyə Nazirliyinin Hüquq-Tədris Mərkəzinin Kitabxanası, Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanası və s. vardır.
İctimai Hüquqi-İnformasiya Mərkəzi-Mədəniyyət və Turizm Nazirliyinin şəbəkəsinə aid olan
M.F.Axundov adına Milli Kitabxana, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası,
V.Q.Korolenko adına Mərkəzi şəhər Gənclər Kitabxanasında, Əli Bayramlı, Gəncə, Lənkəran,
Mingəçevir, Sumqayıt şəhərlərində, Goranboy, Xaçmaz, Şamaxı, Kürdəmir, Qəbələ, Zaqatala, Ucar,
Bərdə, Qazax, Neftçala rayonlarının mərkəzi kitabxanalarında və Naxçıvan Muxtar Respublikasının
M.S.Ordubadi adına Respublika Kitabxanasında yaradılır.
Nazirliyin vəsaiti hesabına bu mərkəzlər üçün müəyyən sayda hüquqi ədəbiyyat da alınmışdır.
Rusiyadan Azərbaycana dəvət olunmuş 3 mütəxəssis tərəfındən ölkəmizin mütəxəssisləri ilə
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 3 günlük treninq keçirilir.
İctimai Hüquqi İnformasiya Mərkəzinin açılış mərasimində mədəniyyət və turizm naziri
Ə.Qarayev, nazirlik və idarələrin, məhkəmə orqanlarının rəhbərləri və "İnformasiya hamı üçün"
YUNESKO Proqramının Rusiya komitəsinin sədri, Rusiya Kitabxana Assosiasiyasının vitse-
prezidenti, professor Y.Kuzmin çıxış etdi.
Tədbirlər çərçivəsində Azərbaycanm kitabxanaçılıq tarixində ilk dəfə olaraq "Kitabxanalar
biliklər cəmiyyətində («Библиотеки в обществе знаний») kitabının təqdimat mərasimi keçiriləcəkdir.
Kitabda Azərbaycanda Rusiya Federasiyasınm tanınmış alim və nütəxəssislərinin məqalələri
dərc edilmişdir.
Məcmuənin "Əlavə"lər adlı hissəsində konsepsiyalar "Biliklər iqtisadiyyatının Azərbaycan
modelinin konsepsiyası (nəzəri aspektlər)", "2015-ci ilədək Azərbaycan Respublikasında kütləvi
kitabxanalar şəbəkəsinin inkişaf konsepsiyası" ilk dəfə olaraq işıq üzü görmüşdür.
Tədbirdən sonra "İnformasiya hamı üçtin" YUNESKO Proqramının Rusiya komitəsinin sədri,
Rusiya Kitabxana Assosiasiyasınm vitse-prezidenti, professor Y.Kuzminin F.Köçərli adına
Respublika Uşaq Kitabxanasında (S.Vurğun 104) "uşaq, yeniyetmə və gənclərin mütailə
provlemlərinin həllində kitabxanalann rolu" adlı geniş məruzə ilə çıxış etdi.