Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




“HEYDƏR ƏLİYEV İRSİNİN TƏDQİQİ VƏ TƏBLİĞİ” MÖVZUSUNDA SƏRGI-KONFRANS-IV

08.05.2007

“HEYDƏR ƏLİYEV İRSİNİN TƏDQİQİ VƏ TƏBLİĞİ” MÖVZUSUNDA SƏRGI-KONFRANS-III Mayın 8-də Vergilər Nazirliyi yanında İri vergi ödəyiciləri ilə iş üzrə Departamentdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə "Heydər Əliyev irsinin tədqiqinin təbliği" mövzusunda kitab sərgisi keçirilmişdir. Sərgidə ulu öndərin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, respublikamızın sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdəki nüfuzunun artırılması məqsədilə apardığı ardıcıl, məqsədyönlü siyasəti, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətini əks etdirən 500-dən çox kitab nümayiş olunmuşdur. Açılış mərasimində çıxış edən kitabxananın direktoru, filologiya elmləri namizədi Aybəniz Kəngərli bildirmişdir ki, 2003-cü ildə Mərkəzi Elmi Kitabxanada «Azərbaycan dövlətçiliyi və Heydər Əliyev» kitabxanası yaradılmış və bu fondda ən müxtəlif yazıçıların, alimlərin və siyasətçilərin Heydər Əliyevlə bağlı 2500-dən çox əsəri toplanmışdır. Natiq qeyd etmişdir ki, Mərkəzi Elmi Kitabxana ulu öndərin siyasi irsinin təbliği məqsədilə Azərbaycanın bütün regionlarına səfər etmək, ictimaiyyətlə görüşmək, bu dahi insanın gördüyü işlərin mahiyyətini onlara açıqlamaq niyyətindədir. Bu məqsədlə belə sərgilərin ilboyu müxtəlif bölgələrdə, dövlət müəssisələrində, elm və təhsil ocaqlarında keçirilməsi nəzərdə tutulur. Ümummilli liderin müasir Azərbaycan dövlətinin banisi olduğunu bir daha vurğulayan vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Qasımov hər bir Azərbaycan vətəndaşının Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini dərk etdiyini diqqətə çatdırmışdır. N.Qasımov qeyd etmişdir ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək bilikli insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Nazir müavininin sözlərinə görə, bu gün əsas məqsədlərdən biri də köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Bu baxımdan, N.Qasımov vurğulamışdır ki, ulu öndər Heydər Əliyev bütün həyatını, ömrünü, zəkasını məhz böyük milli məqsədlərə sərf etmişdir. Heydər Əliyevin dövlətçiliyə sonsuz sədaqəti və millətsevərliyi sözün həqiqi mənasında nəsillərə örnəkdir. Bu səbəbdən, nazir müavini belə sərgilərin digər vergi orqanlarında, o cümlədən ərazi vergilər idarələrində də keçirilməsinin zəruriliyini qeyd etmişdir. Sonra tədbir iştirakçıları sərgiyə baxış keçirərək nümayiş olunan kitablarla yaxından tanış olmuşlar.



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları