Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.






Vanqa
8.06.2006 [9:55]
SEHİRLİ VƏ MÜAMMALI VANQA
Bu məqaləni yazarkən diqqətimi maraqlı bir məqam çəkdi. Vanqanın şöhrət qazandırdığı Bolqarıstan bir çox tarixi birinciliklərin məskənidir.
-Ən qədim zinət əşyaları buradan tapılıb
-Ən böyük daşqın (Qara dəniz 80-120 metr qalxıb)
-Proto-renessans dövrünün ən qədim əsərləri
-İlk kompüteri bolqar Con Atanasov yaradıb və s.

    Dünyada Bolqarıstanlı ekstrasens, telepat, gələcəyi görən və 55 illik fəaliyyəti dövründə bir milyondan artıq adama gələcəyini söyləyən Vanqanı tanımayan çox az adam tapılar. O, 1911-ci ildə Bolqarıstanda Petriç kəndində (bəzi mənbələrdə Strumiça-Makedoniya) anadan olub. Vanqanın bütöv adı Vangeliya Pandevadı. Vanqanın 10 yaşı olanda o atasının etirazlarına baxmayaraq qəribə bir oyun fikirləşir: həyətə nəsə qoyub evə qayıdır sonra da gözlərini bərk-bərk yumub kor kimi həmin əşyanı axtarmağa başlayırmış. Sonralar bu oyun gerçəyə çevrildi. Qasırğa nəticəsində onun gözləri tozla dolaraq kor oldu və hələ uşaq ikən Vanqa görmə qabiliyyətini itirdi. Ümumiyyətlə, müəmmalı Vanqa uşaqlıq illərini çox ağır şəraitdə keçirib. Onun anası vaxtsız vəfat etdiyindən atası ikinci dəfə ailə qurub və bundan sonra Vanqa korlar üçün internata verilib. Hitler onunla görüşdükdən sonra təəccübdən bir müddət ekstaz vəziyyətindən çıxa bilməyib. Stalinin ölümünün dəqiq vaxtını söylədiyi üçün həbs olunub və yalnız Stalinin ölümündən sonra azadlığa buraxılıb. Vanga QİÇS və quş qripinin yayılacağını hələ 1979-cu ildə deyən ilk şəxs olub. Vanqanın şəxsi ailə həyatı da o qədər uğurlu olmayıb. Günlərin birində onun yanina gələn və növbə gözləyən zabit bir gün Vanqanın həyat yoldaşı olacağını ağlına belə gətirməzdi. Onların birgə həyatı çox az sürdü...
1980-ci ildə Vanqa Rusiyaya məxsus bir gəminin böyük fəlakətlə qarşılaşacağını deyəndə çox az adam ona inanmışdı. O, deyirdi ki bu gəmi ya 1999-cu, ya da 2000-ci ildə sulara qərq olacaq vı külli miqdarda tılıfatlara yol açacaq. Zaman göstərdi ki, Vanqa haqlı imiş, Kursk sualtı gəmisi batdıqdan sonra isə bu həqiqəti dərk etməyin nə faydası...
    P.S. Ötən il yəhudi təriqətlərindən birinin başçısı VII Lyubaviç təqribən 2028-2032-ci illərdən etibarən yeni eranın başlayacağını, həmin dövrdə bütün yer üzü sakinlərinin vahid, amma yeni bir dinə tapınacaqlarını deyib. Onun dediyinə görə, həmin era 10 min il davam edəcək və bu müddətdə insanlar hamısı dindar, ədalətli, mədəni və sülhpərvər olacaqlar. İndiki dövrün böyük “fəlakətləri” isə həmin dövr üçün hazırlıq və təmizləmə işlərindən başqa bir şey deyil. Yeri gəlmişkən, VII Lyubaviçin bu xəbərdarlığı məşhur bolqar görücü qadın Vanqanın dedikləri ilə bütünlüklə üst-üstə düşür.
    Vanqa 1996-cı ildə dünyasını dəyişib. Ölümündən 10 il keçməsinə baxmayaraq Vanqa yaddan çıxmır, əksinə indi onun gələcək illər üçün verdiyi proqnozlara futuroloqlar daha da ciddi yanaşmağa başlayıblar. Vanqanın dediklərinə görə onun yalnız bir davamçısı olacaq, o da ki Fransada yaşayan 10 yaşlı balaca bir qızcığac. Yaşayarıq görərik!

Cavid Cəfərov



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları