Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




RUSİYA EA-nın JURNALLARINDAN İBARƏT SƏRGİ KEÇİRİLDİ

05.04.20076 [12:27]

sərgi    Aprelin 6-da Mərkəzi Elmi Kitabxanada Rusiya EA-nın Təbiət elmləri kitabxanasından alınan elmi jurnalların sərgisi keçirildi. Sərginin açılışında Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli çıxış edərək qonaqlara yeni jurnallar barədə ətraflı məlumat verdi. Direktor bildirdi ki, Rusiyadan beynəlxalq kitab mübadiləsi yolu ilə alınmış bu nəşrlər öz elmi tutumu, populyarlığı, zəngin tədqiqi materiallara malik olması ilə seçilir. Sərginin ənənəvi hal aldığını deyən A.Əliyeva-Kəngərli gələcəkdə də bu qəbildən olan tədbirlərin davam edəcəyini bildirdi. Sonra sərgi iştirakçıları nümayiş olunan jurnallarla tanış oldular. Məlumat üçün bildirək ki, sərgidə bütün elm sahələrini əhatə edən 155 adda 700 nüsxə jurnal nümayiş olunur. Bununla yanaşı ilk dəfə olaraq dövri mətbuat zalında 1982-ci ildən başlayaraq kitabxanaya daxil olan müxtəlif elmi jurnallar açıq rəf üsulu ilə oxucuların istifadəsinə verilib. Xatırladaq ki, zalın yardımçı fondunda Rusiya EA-nın Təbiət elmləri kitabxanasından 159 adda 85 000-dən artıq jurnal yerləşdirilib. Sərginin keçirilməsində əsas məqsəd isə alim və tədqiqatçıları Rusiyada nəşr olunan yeni elmi jurnallarla tanış etmək və onlara bu vəsaitlərdən geniş istifadə imkanları verməkdir.
Nümayiş olunaan jurnalların tam siyahısı

foto



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları