Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




KİTABXANADA «HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ» ADLI ELMİ KONFRANS KEÇİRİLMİŞDİR

8.12.2006 [12:00]


Heydər Əliyev    Dekabr ayının 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi- «Heydər Əliyev вə Azərbaycançılıq Məfkurəsi» adlı elmi konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli qonaqları salamlamış və bir dəqiqəlik sükut ilə ulu öndərin xatirəsi ehtiramla anılmışdır. Öz çıxışında Aybəniz Əliyeva Kəngərli ulu öndərin həyat yolundan, fəaliyyətindən söz salmış, respublikamızın dünya miqyasında tanınmasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında, həyatımızın bütün sahələrində sürətli inkişafın əldə olunmasında böyük xidmətlərini vurğulamışdır. O söyləmişdir ki, ümummilli liderimiz Heydər Əliyev hələ sağlığında xalqının ürəyində özünə əbədi abidə ucaltmış dahi şəxsiyyətdir. Ulu öndərin xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaqdır. Çünki onun ideyaları, fikirləri, arzuları yaşayır, onun başladığı siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Daha sonra «Fenomenal şəxsiyyət Heydər Əliyevin nitq mədəniyyəti» adlı məruzə ilə çıxış edən Bakı Dövlət Universitetinin müəllimi Aygün Eyvazlı H.Əliyevin parlaq zəkası və natiqlik istedadı ilə Azərbaycan dilini çoxlarına yenidən sevdirməsindən danışmışdır. Mərkəzi Elmi Kitabxanada fəaliyyət göstərən «Azərbaycan Dövlətçiliyi və Heydər Əliyev kitabxanası»nın müdiri Gülşən Əliyeva da tədbirdə çıxış edərək Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasında ədəbiyyat məsələləlrindən söz açmışdır. Tədbirdə bir sıra qonaqlar, kitabxananın və AMEA-nın əməkdaşları, eləcə də, mətbuat nümayəndələri iştirak etmişlər.



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları