Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI (KİTABXANANIN HESABATI)

05.02.2007 [09:12]

   5 fevral 2007-ci il tarixdə AMEA Rəyasət Heyətinin iclası keçirildi. İclasa AMEA-nın elmi müəssisələrinin rəhbərləri, gündəlikdəki məsələyə aidiyyatı olan alim və mütəxəssislər dəvət olunmuşdular. İclasın əsas məsələsi AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) illik hesabatı idi. İclasdan əvvəl Mərkəzi Elmi Kitabxana tərəfindən cap edilmiş və 2006-cı ildə kitbxanaya daxil olmuş kitab və elmi jurnalların sərgisi təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akad. Mahmud Kərimov açaraq, sözü kitabxananın direktoru, f.e.n. A.Əliyeva-Kəngərliyə verdi. A.Əliyeva-Kəngərli 2006-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında geniş məruzə etdi. O, bildirdi ki, Plana uyğun olaraq, 8 elmi-nəzəri, tətbiqi və elmi-praktiki movzunun 31 işin müvafiq mərhələləri yerinə yetirilmişdir. Hesabat ilində Kitabxanaya 16 081 nüsxə ədəbiyyat daxil olmuşdur, o cümlədən 3 752 nüsxə xarici dillərdə. İl ərzində 1794 nüsxə avtoreferat və 36 nüsxə dissertasiya qəbul edilmişdir. Şəbəkə kitabxanalarına 7 578 nüsxə ədəbiyyat daxil olmuşdur. Şərq ölkələrinə 330 nüsxə, Qərbi Avropa ölkələrinə 914 nüsxə, MDB ölkələrinə 1 514 nüsxə ədəbiyyat göndərilmişdir. İl ərzində həmin proqram vasitəsilə 1035 oxucu qeydiyyatdan keçmişdir. 131 sərgi təşkil edilmişdir: «İqtisadiyyatın sosial inkişafı», «Ekologiya- dünyanın bugünü və sabahı», «Azərbaycan xalçaçılığı», «Qafqaz müharibələri», «Yaşar Qarayev-70», «Səməd Vurğun-100», «Aqil Əliyev - 80», «Musa Musayev - 85», «Aslan Aslanov – 80», «I Türkoloji qurultay-80», «Molla Nəsrəddin jurnalı-100», «Ağa Kərim Alizədə» və b və s. «Sosial-iqtisadi inkişafda Azərbaycan MEA alimlərinin rolu» mövzusunda geniş ədəbiyyat sərgisi təşkil edilmişdir. Sərgidə müxtəif elm sahələrində çalışan AMEA-nın alimlərinin 3000-dən artıq əsəri nümayiş etdirilmişdir; Rusiya EA Təbiət Elmləri üzrə Kitabxanasından yeni daxil olan 1000-dən artıq elmi jurnalın sərgisi keçirilmişdir; «Azərbaycan neftinin dünəni, bugünü, sabahı» mövzusunda ənənəvi və respublikamızda ilk dəfə olaraq virtual kitab sərgisi təşkil olunmuşdur. Almaniya Federativ Respublikasının Frankfurt şəhərində keçirilən ənənəvi Beynəlxalq kitab sərgisində Mərkəzi Elmi Kitabxana iştirak etmişdir. Burada Azərbaycanın tarixinə, elminə, iqtisadiyyatına, mədəniyyətinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və s. aid 780 nüsxə Azərbaycan və xarici dillərdə kitab nümayiş etdirilmişdir. Almaniya ilə Azərbaycanın birgə olan «İnsanlar və kitablar» layihəsi çərçivəsində keçirilən tədbirlə bağlı alman dilində ədəbiyyatın sərgisi keçirilmişdir. Sərgidə alman dilində müxtəlif elm sahələrinə aid 400 nüsxə qiymətli elmi ədəbiyyat nümayiş etdirilmişdir. Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Pyer Stançina və AMEA prezidenti Mahmud Kərimov iştirak etmişdirlər; Türkiyənin İstanbul şəhərində keçirilmiş 25-ci Beynəlxalq kitab sərgisində MEK iştirak etmişdir. XVIII əsrin ən böyük şəxsiyyəti, ABŞ-ın görkəmli dövlət xadimi Bencamin Franklinin 300 illik ildönümü ilə bağlı «Bencamin Franklin - dövlət xadimi və diplomat» mövzusunda sərgi təşkil olunmuşdur. Burada B.Franklinin həyat və fəaliyyətini əks etdirən 550 nüsxə nəşr sərgilənmişdir. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri xanım Ənn Dörsi həmin sərgidə iştirak etmişdir.
Hesabat ilində Mərkəzi Elmi Kitabxana 197,9 ç.v. həcmində 13 kitab nəşr etmişdir, respublika mətbuatında kitabxananın əməkdaşlarının 70-dən çox məqaləsi çap olunmuşdur. Cari ildə aspiranturaya qəbul olmaq üçün Kitabxanaya «Kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq; Kitabşünaslıq» ixtisası üzrə 2 yer ayrılmışdır, 3 ərizə daxil olmuşdur. Hazırda aspiranturada 4 nəfər (2 nəfər əyani , 2 nəfər qiyabi) aspirant təhsil alır. illik hesabatla bağlı çıxış edən prezident Mahmud Kərimov, birinci vitse-prezident Nəriman Quliyev, akad. Bəkir Nəbiyev, akad Akif Hacıyev, AMEA-nın müxbir üzvü Ayaz Əfəndiyev və başqaları Mərkəzi Elmi Kitabxananın illik fəaliyyətini yüksək qiymətləndirdilər.

foto



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları