Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




Dünyanın 10 ən oxunan kitabı hansılardır?

   
Heydər Əliyev Ginnes rekordlar kitabının mütəxəssisləri bütün dövrlərin və xalqların 10 ən populyar kitabının siyahısını hazırlayıblar. Kitab nəşri başlayan dövrdən bəri Bibliya dünyada ən çox dərc olunan kitab sayılır. Bu günə kimi Bibliya kitabının ümumi tirajı 6 milyard nüsxəni keçib. Reytinq cədvəlində ikinci yeri Mao Tszedunun çıxışları əsasında hazırlanmış sitatlar kitabı tutur. Bu kitab 900 milyon nüsxə nəşr olunub. C. R. Tolkinen "Üzüklərin hökmdarı" əsəri siyahıda üçüncü yeri tutsa da, bu əsərin hansı tirajla çap olunduğu açıqlanmır. Ginnes mütəxəssisləri reytinq cədvəlini hazırlayarkən müqəddəs Quranın tiraj göstəricilərini nəzərə almayıblar, buna səbəb İslamın müqəddəs kitabının ümumi tirajı haqqında dəqiq məlumatların olmamasıdır. Reytinq cədvəlində növbəti yerləri Noy Vebsterin "Amerika hüsnxət sorğu kitabı" ("American Spelling Book") - 100 milyon nüsxə, Ginnesin rekordlar kitabı - 100 milyon nüsxə, "Ümumdünya illik almanaxı" (World Almanac) - 80 milyon nüsxə, Uilyam Holmsun "Makqaffi uşaq oxu antologiyası" (McGuffey Readers) - 60 milyon nüsxə, Bencamin Spokun "Uşağa qulluq qaydalarının əsasları" - 50 milyon nüsxə - kitabı tutur. Den Braunun bütün dünyada qalmaqala səbəb olmuş "Da Vinçi kodu" əsəri 43 milyon tirajla ən populyar kitablar siyahısında 9-cu yerdədir. Siyahını 40 milyon tirajla Elbert Xabbardın "Qarsiyaya məktub" əsəri tutur. Ginnes mütəxəssislərinin bu siyahını hansı prinsiplər əsasında hazırlaması məlum deyil. Məsələn, Qarri Porter seriyasından olan kitabların müəllifi Coanna Roulinqin adı və əsərləri reytinq siyahısına daxil edilməyib. Coanna Roulinqin bu seriyadan son kitabı satış həcminə və sürətinə görə dünya rekordu müəyyənləşdirib. Satışa çıxarıldıqdan keçən 24 saat ərzində ABŞ və Böyük Britaniyada bu kitabın 9 milyon nüsxəsi satılıb, bundan əlavə nəşriyyat internet mağazalar vasitəsilə 1 milyon nüsxə sifariş alıb. Tələbatın artdığını nəzərə alan "Sxolastik" nəşriyyatı Qarri Porter seriyasından son kitabın tirajını 10.8 milyon nüsxədən 13.5 milyon nüsxəyədək artırmalı olub. Ümumilikdə isə sehrbazlar məktəbinin şagirdi olan Qarri Porter haqqında kitabların ümumi tirajı 250 milyon nüsxədən artıqdır. Bu əsərlər 60 dilə tərcümə olunaraq 200-dən artıq ölkədə nəşr olunub. Antuan Sent de-Ekzüperinin "Balaca şahzadə" əsəri isə 500 dəfədən artıq təkrarən nəşr olunub. 180 dilə tərcümə edilmiş bu əsərin ümumi tirajı 80 milyon nüsxəyə yaxındır. Fransada 100 ən populyar kitab reytinqində "Balaca şahzadə" əsəri üçüncü yeri tutur.



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları