Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




Çörçill ruslardan niyə qorxurmuş

Çörçill ruslardan niyə qorxurmuş   Böyük Britaniyanın Baş naziri Uinston Çörçill elektronika mütəxəssisinə hökumətin iqamətgahına nəinki gəlməyi, hətta burada görünməyi belə qadağan etmişdi. Çünki Mİ-5 xəbərdarlıq etmişdi ki, sovet casusları bu mütəxəssisdən Baş nazirin eşitmə aparatına xəlvəti dinləmə qurğusu qoymaq üçün istifadə edə bilərlər. 1950-ci illərin əvvəllərində, 80 yaşı yaxınlaşmaqda olan Çörçillin ikinci baş nazirliyi dövründə onun yazı masasının üstünə mürəkkəb səsgücləndirici sistem qoyulmuşdu. Milli arxivdə məxfilikdən çıxarılan sənədlərdə deyilir ki, Mİ-5-in ovaxtkı baş direktorunun müavini Rocer Hollis obyektə xidmət edən rusiyalı mühacir Aleksandr Polyakoffvun xidmətlərindən bundan sonra istifadənin riskli olduğunu hökumətə bildirmişdi. Polyakoff barədə xəbərdarlıq 1953-cü ildə, amerikalılar öz ölkəsinin Moskvadakı səfirliyinin iri möhüründəki qartalın dimdiyində xəlvəti dinləmə üçün çox kiçik bir cihaz - “böcək” aşkar etdikdən bir il sonra alınmışdı. Bundan sonra daha 40 belə cihaz aşkar edilmiş, onların 14-ü Britaniya səfirliyində tapılmışdı. Hollisin məktubunda xəbərdarlıq edilirdi ki, Polyakoff sovet səfirliyi ilə əlaqə saxlayır. Aparatlar yoxlanılarkən “böcək” aşkarlanmasa da, Hollisin yazdığı kimi, Polyakoffun və atası Cozefin xidmətlərindən istifadə etmək riskli hesab olunurdu. Milliyyətcə yəhudi olan Polyakoffun ailəsi inqilabdan sonra Rusiyadan Britaniyaya qaçmış və Meyfeyrdə elektron avadanlıq istehsal edən kiçik bir şirkət yaratmışdı. Polyakoff kommunizmdən qaçmış olsa da, Mİ-5 ona şübhə ilə yanaşırdı. Hollisin məktubunda deyilir ki, 1920-ci illərdə onlar SSRİ-nin Londondakı “Arcos” dövlət ticarət şirkətinin texniki müşavirləri olmuşlar. Şübhə vardı ki, bu şirkət casuslar üçün pərdədir. Polyakofflar 1946-cı ildə sovet ticarət nümayəndə heyətini avadanlıqla təchiz edirdi, müharibə dövründə isə iki məşhur kommunist onların şirkətində işləmişdi. Sonralar Hollisin özü sovet agenti olmaqda şübhəli bilinmişdir. Aleksandr Polyakoff 1996-cı ildə 85 yaşında vəfat etmişdir. İndi onun firması Honkonqun “Çəmpion teknoloci” şirkətinə daxildir.




Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları