Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




Ehramlarla bağlı növbəti fırıldaq

Ehramlarla bağlı növbəti fırıldaq   Qahirədəki “Smart international school” məktəbi üçün uyğunlaşdırılmış dərslikdə deyilir ki, ehramlar yəhudilərin ağır zəhmətinin bəhrəsidir. Tikintidə işləmək istəməyənləri işgəncə ilə edam edirlərmiş. Xronologiyaya fikir verməyən özəl liseyin müəllimi həmin dərslik əsasında mühazirə oxumuşdur. Lakin tarix və arxeologiyanın siyasət və gündəlik həyatdan ayrı mövcud olmadığı Yaxın Şərqdə belə mövzular ürək ağrısı ilə qəbul edilir. Məsələn, Misirin Qədim Abidələr İşləri üzrə Ali Şurasının baş katibi Zəhi Həvas rəsmi iddia ilə prokurorluğa müraciətində bildirmişdir: “Ehramlardan əlinizi çəkin. Misirin rəmzi olan abidələr son əhəngdaşınadək Misirindir. Ehramları misirlilər ucaltmışlar, bütün deyilənlər yalandır və ölkəyə qarşı təhqirdir”. Həvas Misirdə çox tanınmış adamdır. O, şahzadə Diana, yaxud Bill Klintonla birgə şəkillərinin və Kleopatra ilə qol-boyun təsvir olunduğu karikaturanın yerləşdirildiyi şəxsi saytında arxeoloji qazıntılardan danışır. Ehramların tikintisində iştirak edənlərin adlarını məhz Həvas açmışdır və bu adların arasında heç bir yəhudi yoxdur. Görünür, Z.Həvasın iddiaları çox əsaslı olduğu üçün məktəbin direktoru üzr istəyərək, dərsliyi tədris prosesindən çıxaracağını vəd etmişdir. İsrail arxeoloqu Amitahi Mazar demişdir: “Bu, çox kobud səhvdir. Yəhudilər Misirə ehramlar tikiləndən 700 il sonra gəlmişlər. İsraildə heç kəs bunun əksini iddia etməyəcəkdir”. Buna bənzər hadisə 1977-ci ildə də baş vermişdi. İsrailin o vaxtkı baş naziri Menahem Begin Qahirədəki Milli Muzeyə getdiyi zaman öz mülahizələrində ciddi səhvə yol vermişdi. Baş nazir Misir alimlərində hiddət doğuran bu səhvə görə üzr istəməli olmuşdu.




Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları