107 yaşli internet istifadəçisi

Avstraliyanın Kvinslənd ştatının 107 yaşlı sakini Oliviya Reyli İnternet qlobal şəbəkəsinin ən ahıl istifadəçisi titulunu almışdır.
Ostrelian Assoşieyted Press agentliyinin məlumatına görə, yaşı 100-ü ötməsinə baxmayaraq, nənə özünün elektron səhifəsini açmışdır. Həyatının müxtəlif məqamlarından söhbət açdığı səhifədə onlarca fotoşəkil yerləşdirən Reyli bildirmişdir ki, bu iş ona böyük zövq verir.
Şəbəkə jurnallarının, yaxud “bloqlar”ın internetə bu yaxınlarda yol tapmasına baxmayaraq, istifadəçilərin arasında populyarlığı astronomik sürətlə artır.
Oliviya Reyliyədək ən ahıl bloqger 95 yaşlı İspaniya sakini Mariya Amelya sayılırdı.