47 ildən sonra qaytarılan kitab

Miçiqan ştatının sakini təxminən yarım əsr bundan əvvəl kitabxanadan götürdüyü kitabı geri qaytarıb. Hələ 9-cu sinifdə oxuyarkən Robert Nuranen "Misir knyazı" adlı kitabı oxumaq üçün 10 günlük müddətə götürübmüş. Məktəb illərində Misirlə bağlı bütün məlumatları toplayan Nuranen indiyədək bir neçə dəfə Misirdə və dünyanın 54 ölkəsində olub. Anası evləri yığışdırarkən onun kitabxanadan aldığı kitabı itirdiyindən Nuranen 47 il ərzinə həmin kitabı oxuyub qurtara bilməyib. Nəhayət uzun illərdən sonra kitabı çardağından tapan Nuranen onun arasına 171 dollar qoyaraq kitabxanaya yollayıb. Kitabxanaçı həmin nüsxəni "Kitabları qaytarmaq heç vaxt gec deyil" rəfində yerləşdirib.