Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




"AZƏRBAYCAN XALQININ FACİƏVİ TARİXİ" ADLI KONFRANS-SƏRGİ

31 Mart soyqırımı29 mart 2007-ci il tarixdə AMEA Mərkəzi Elmi Kitabxanası Tarix İnstitutu ilə birgə “Azərbaycan xalqının faciəvi tarixi” mövzusunda konfrans-sərgi keçirdi. Sərgidə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım faktlarını əks etdirən materiallar öz əksini tapmışdır. Burada 31 Mart soyqırımı ilə yanaşı, Xocalı, Malıbəyli faciələrindən, eləcə də erməni terrorundan bəhs edən sənədlər, rus, şərq və avropa dillərində nəşr olunmuş 200-dən artıq ədəbiyyat nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan AMEA Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudov qeyd etdi ki, 31 Mart azərbaycanlıların qan yaddaşından silinməməlidir. O bildirdi ki, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edərək cinayətkar planlarını həyata keçirmək məqsədilə Bakıya soxulub, azərbaycanlıların evlərinə basqınlar edib, onları vəhşicəsinə öldürüblər. Professor qeyd etdi ki, Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba-Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edilib. 1918-ci ilin mart-aprel aylarında 50 min azərbaycanlının qətlə yetirildiyini, 10 minlərlə insanın öz torpaqlarından qovulduğunu söyləyən Y.Mahmudov bidirdi ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” elan edilib və 80 ildən sonra xalqımız nəhayət ki erməni vəhşiliyini dövlət səviyyəsində yad etməyə ehtiyac duydu. Sonra çıxış edən tarix elmləri namizədləri İsrafil Məmmədov və Sevil Piriyeva, elmi işçilər Vaqif Abışov və Zəfər Kərimov ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışdılar.

foto


Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları