
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Respublikada milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadırMərkəzi Elmi Kitabxana (MEK) Milli Elmlər Akademiyasının struktur bölməsi olub, kitabxanaşunaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahəsində fəaliyyət göstərir. Akademiya sistemində araşdırılan bütün kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılmıs məlumat-informasiya mərkəzi, respublika miqyasında baş elmi-texniki informasiya müəssisəsidir. Mərkəzi Elmi Kitabxana Azərbaycanın görkəmli ziyalıları N.Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi, H.Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə Azərbaycanın təbii sərvətlərini, iqtisadiyyatını, tarixini, fəlsəfəsini, ədəbiyyat və incəsənətini və s. öyrənmək məqsədi ilə 1923-cü ildə təskil edilmis "Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti"nin əsasında 1924-cü ildə yaradılmışdıir. Azərbaycanın eləcə də, qonşu regionların tarixi, arxeologiyası, etnoqrafiyası, təbii sərvətləri, elm və mədəniyyətinin öyrənilməsində mühüm xidmətləri olmuş həmin Cəmiyyətin nəzdində görkəmli ədəbiyyatşünas-biblioqraf professor A.V.Baqrinin rəhbərliyi ilə təsis edilmiş "Biblioqrafiya bürosu"(1924) MEK-nın təşəkkülü ücün ilkin baza olmuşdur. Cəmiyyətin ilk iclaslarının birində kitabxananın yaradılması haqqında qərar qəbul edilir və cəmiyyətin nəzdində elmi kitabxana fəaliyyətə başlayır. 1925-ci il avqustun 9-da "Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti"nin Mərkəzi Şurasının iclasında "Biblioqrafiya bürosu" əvəzinə "Kitabxana-Biblioqrafiya bürosu" tə'sis edilir. Bu dövrdə Azərbaycan ölkəşünaslıq materiallarının toplanması sahəsində iş geniş vüs'ət alır. Elmi tədqiqat işlərinin aparılması ücün zəruri olan informasiya bazası tədricən formalaşmağa başlayır. 1926-cı ildə kitabxanada ilk oxu zalı istifadəyə verilir.1929-cu ildə "Azərbaycan
Tədqiq və Tətəbbö Cəmiyyəti" bazasında Respublikası Mərkəzi icraiyyə Komitəsi nəzdində Azərbaycan Dövlət Elmi Tədqiqat Institutu təşkil edilir. 1933-cü ildə həmin Elmi Tədqiqat Institutu əsasında SSRi EA Zaqafqaziya filialının Azərbaycan bölməsinin yaradılması haqqında qərar qəbul edilir. Kitabxana 1934-cü ildə kecmiş sovet məkanındakı respublikalarla, eyni zamanda ABŞ, Fransa, Isvec, Ingiltərə və s. xarici ölkələrlə mübadilə əlaqələri də yarada bilmişdir. Kitabxana biblioqrafik fəaliyyətini genişləndirərək
elmi-tədqiqat planlarına müvafiq olaraq "Xəzər dənizi və hövzəsinin biblioqrafiyası", "Azərbaycan haqqında ədəbiyyatın biblioqrafiyası", "Azərbaycanda türk mətbuatı" kimi göstəricilər nəşr etdi. 1935-ci ildə SSRI EA Zaqafqaziya filialının Azərbaycan bölməsi SSRI EA Azərbaycan filialına cevrildi. Bu dövrdən elmi işlərinin
artması Elmi-Tədqiqat institutları nəzdində də xüsusi elmi kitabxanaların təşkil edilməsini zəruri etdi. 1935-1940-cı illər ərzində tədqiqat institutlarının nəzdində 18 ixtisaslaşdırılmış (Zoologiya, Botanika, Kimya, Fizika və s.) kitabxanalar fəaliyyətə başlayır ki, bunların da fəaliyyətinə MEK rəhbərlik edirdi. MEK-nın özünün inkişafında ilk direktorları A.V.Borev, S.M.Yəhyazadənin adı xüsusilə qeyd olunmalıdır. ikinci dünya müharibəsi illərində bütün məhdudiyyətlərə baxmayaraq kitabxana öz fəaliyyətini dayandırmamış, cəbhəyə komək məqsədi ilə aparılan elmi-tədqiqatlara operativ şəkildə kömək etməyə sə'y göstərmişdi.
1945-ci ildən Kitabxana özünün yeni inkişaf mərhələsinə qədəm qoyur.
SSR EA Azərbaycan filialı, müstəqil Azərbaycan Respublikasi Elmlər Akademiyasına cevrilir. Kitabxanaya bütün sovet məkanında çap olunmuş ədəbiyyatın pullu məcburi nüsxəsini almaq səlahiyyəti verilir. 1951-ci ildə Azərbaycan EA Rəyasət Hey'ətinin qərarı ilə ETI-ları kitabxana şəbəkəsinin fəaliyyətini əlaqələndirilmək və onlara rəhbərlik etmək məqsədilə Kitabxana Şurası yaradılır. Şuranın tərkibinə Azərbaycanın
görkəmli alimlərindən: A.I.Qarayev, M.F.Nağıyeva, S.A.Əzizbəyov, F.A.Məlikov, Q.A.Əlizadə, V.R.Volobuyev və kitabxananın o zamankı direktoru Y.I.Tahirov daxil idi. Şura üzvləri MEK və şəbəkə kitabxanalarının fəaliyyətinə -fondların komplektləşdirilməsi, biblioqrafik göstəricilərin nəşri, oxuculara xidmət mədəniyyətinin yüksəldilməsi və s. məsələlərə nəzarət edirdi. Bu dövrdə kitabxananın fondlarının ümumi sayı 500 000 nüsxə idi. 1952-ci il iyul ayının 13-də SSRi Baş Mətbuat idarəsinin göstərişi və EA Rəyasət Heyətinin sərəncam ilə kitabxanada ədəbiyyatın Xüsusi Mühafizə Fondu təşkil edildi ki, buraya 1937-38-ci ildə güllələnmiş Ə.Cavad, S.Mümtaz, M.Müşfiq, Ədilə xanım Şahtaxtinskaya, M.Şahsuvarlı, Ibrahim Eminbəyli, və başqa 171 nəfərin 8152 nüsxə kitabı verilmişdir.
1956-cıi ildən e'tibarən Kitabxana özünün beynəlxalq əlaqələrini genişləndirir. O dünyanın 50 ölkəsinin 570-dən cox elmi müəssisə və kitabxanası ilə ədəbiyyatın mübadiləsini aparırdı.
1959-cu ildə 600 000 mindən çox,
o cümlədən 145 min nüsxə xarici ədəbiyyat fondlarına malik olan kitabxana müstəqil mübadilə aparmaq səlahiyyətinə sahib oldu. Buna qədər mübadilə əməliyyatları SSRi EA Kitabxanası vasitəsilə aparılırdı. MEK- biblioqrafik nəşriyyat fəaliyyətini də genişləndirir. 1964-cü ildə "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından respublikanın görkəmli alim və sənət adamlarının həyatına, elmi fəaliyyətinə həsr olunmuş şəxsi biblioqrafik göstəricilər çap olunmağa başlanmıişdır.
1967-ci ilin əvvəllərində Akademiya şəhərciyinin yeni binasına köcürülmüş Kitabxananın acılışı oldu. EA Rəyasət Heyətinin "Azərbaycan EA Əsaslı Kitabxanasının fəaliyyətinin yaxşılaşdırılması tədbirləri" haqqında sərəncama müvafiq olaraq, onun yeni "Nizamnamə" və strukturu, Elmi Metodiki Şurası təsdiq edildi. Yeni şəraitdə yeni şö'bələr, oxu zalları açıldı. Kitabxananın fondları miqyası və həcmi nəzərə alınmaqla "format" düzülüşünə kecildi. 1972-ci ildə Mərkəzləşdirilmiş
Kitabxana Sistemi yaradılmağa başlandı. 1978-ci ildən MEK respublika miqyasında təbiət və dəqiq elmləri üzrə əsas depozitar kitabsaxlayıcıdır. 1987-ci ildə EA Rəyasət Heyətinin sərəncamı ilə MEK-nın mübadilə fonduna Akademiyada nəşr olunan materialların "məcburi nüsxə"si verilməyə başladı. SSRi Baş Mətbuat Idarəsinin 1990-cı il 10 yanvar tarixli sərəncamı ilə Kitabxananın Xüsusi mühafizə Fondunda saxlanılan ədəbiyyat oxucuların sərbəst istifadəsinə verildi. MEK1993-cü ildən iFLA-nın Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyasının üzvüdür. MEK 1998-ci ildən "Kitabxanalar və Assosiasiyalar dəyişən dünyada" Beynəlxalq Krım konfransının iştirakçısıdır. 1998-99-cu illərdə MEK-da "Nadir və xüsusi qiymətli nəşrlər", "Nəşriyyat" və "Elmi kütləvi işlər" şö'bələri tə'sis edilmişdir.
1999-cu ildən MEK ABŞ Səfirliyinin Tədris və Informasiya mərkəzi ilə əməkdaşlıq edir. 2000-ci ilin dekabr ayında Soros Fondu Acıq Cəmiyyət Institutunun qrantı hesabına alınmış kompüter avadanlıqları ilə təchiz edilmiş Kitabxana proseslərinin avtomatlaşdırılması şö'bəsi fəaliyyətə başlamısdır. Azerbaycan Respublikasinin Prezidentinin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş AMEA Nizamnaməsinin 5-ci maddəsinin 54-cü bəndinə əsasən MEK elmi status almışdır. Bununla bağlı AMEA elmi-tədqiqat institutlarında olduğu kimi , MEK-da da Elmi Şura təşkil edilmiş və bu, AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmişdir. Kitabxanada bu yöndə əsaslı struktur dəyişiklikləri olmuş, bilavasitə elmi tədqiqatlarla məşğul olan yeni şöbələr yaradılmışdır