Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




İxtisas xasiyyətnamələri və şöbələrin əsasnamələri

      İxtisas xasiyyətnaməsi vəzifələri nizamlayan əsas təlimatlardan biridir. İxtisas xasiyyətnaməsi idarəetmə məqsədi üçün tərtib edilir və aşağıdakı vəzifələri yerinə yetirmək üçün imkan yaradır:

-rəhbər işçilər və mütəxəssislər, həmçinin ayrı-ayrı mütəxəssislər qrupları arasında ixtisas səviyyəsi və yerinə yetirilən işlərin mürəkkəbliyi dərəcələrinə uyğun olaraq optimal iş bölgüsünü təmin etmək;
-bir sistemin kitabxanalarında vəzifələrin və ixtisas tələblərinin təyin edilməsində vahidliyi təmin etmək;
-kadrların seçilməsi, yerləşdirilməsi, qiymətləndirilməsi və irəliləyişi üçün normativ rolunu oynamaq;
-kadrların ixtisas artırılması sistemi tədbirlərinin məzmununu təyin etmək.

      Vəzifə üçün ixtisas xasiyyətnaməsinin təyinatının məzmunu aşağıdakı kimidir:

-icraçının vəzifələrinin siyahısı;
-əsasnamə, təlimat və digər rəhbər və normativ sənədləri bilməyə istiqamətlənən tələblərin siyahısı;
-ixtisas tələblərinin siyahısı.

      İxtisas xasiyyətnaməsi hər hansı qulluğa uyğun olan vəzifə dairəsini nəinki təyin edir, hətta, əməkdaşın gördüyü işin mürəkkəbliyi dərəcəsi və ixtisas səviyyəsi arasındakı əlaqəni də əks etdirir.
      Vəzifə üçün ixtisas xasiyyətnaməsi vəzifə təlimatının əsasını təşkil edir. Vəzifə təlimatının məqsədi icraçının konkret istehsalatdakı vəzifəsini, onun hüquq və məsuliyyətini, həmçinin vəzifəyə təyin etmək qaydasını müəyyən edir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında mövcud olan vəzifələrin ixtisas xasiyyətnaməsi ştat cədvəlinə1 uyğun olaraq şöbələr üzrə tərtib edilmişdir. İxtisas xasiyyətnaməsinin bu cür qruplaşdırılması imkan verir ki, istər idarə edən, istərsə də icraçı əməkdaşlar bu təlimatdan eyni dərəcədə istiqamətverici, rəhbər sənəd kimi istifadə edə bilsinlər.



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları