Azərbaycan Qadınlarının Milli Konfederasiyası
Əsas səhifə
Struktur
Görkəmli qadınlar
Nəşrlər
Haqqımızda
Nizamnamə
Mərkəzi Elmi Kitabxana-www.csl-az.com


Azərbaycan Qadınlarının Milli Konfederasiyası




Həmsədr:

Millət vəkili Məlahət Həsənova

Məlahət Həsənova

AMEA bölməsi İdarə Heyətinin sədri fil.e.n. Aybəniz Əliyeva-Kəngərli

Aybəniz Əliyeva-Kəngərli

AMEA bölməsi üzrə İdarə Heyətinin sədri fil.e.n. Aybəniz Əliyeva-Kəngərli

Aybəniz Əliyeva-Kəngərli
Həmkarlar təşkilatının sədr müavini, qrup rəhbəri, tex.e.n. Elza Salahova

Azərbaycan Qadınlarının Milli Konfederasiyasının
Nizamnaməsi



I.ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Qadınlarının Milli Konfederasiyasının AQMK (bundan sonra «AQMK» adlanacaq) Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qadın QHT-ləri tərəfindən qeyri-hökumət, qeyri-kommersiya təşkilatlarının, eləcə də içtimai-siyasi həyatda, cəmiyyətin ayrı-ayrı sahələrində tanınmış qadınların əlaqələrinin qurulmasına, fəaliyyətinin koordinasiya olunmasına, onlara elmi-nəzəri, tədris-metodiki, texniki, təşkilati, hüquqi, informatik və s. yardım göstərilməsi məqsədi ilə yaradılmış ictimai birlikdir.
1.2. AQMK öz fəaliyyətini AR Konstitusiyası, AR Mülki Məcəlləsi, «QHT-lər (ictimai birliklər və fondlar) haqqında AR Qanunu, digər qanunvericilik aktları, beynəlxalq norma və standartlar və bu Nizamnamə əsasında qurur.
1.3. AQMK-nın rayon şöbəsi öz fəaliyyətində aşağıdakı prinsipləri əsas tutur: könüllülük, üzvlərin bərabərliyi, qərarların qəbul edilməsində kollegiallıq, demokratik idarəetmə, aşkarlıq, qarşılıqlı əməkdaşlıq, qanunçuluq, üzv təşkilatların daxili işlərinə qarışmamaq.
1.4. AQMK hüquqi şəxsdir, hüquqi şəxsin qanunla müəyyənləşmiş bütün hüquqlarına və atributlarına malikdir.
1.5. AQMK fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.
1.6. AQMK rəsmi adı: Azərbaycan dilində – Azəbaycan Qadınlarının Milli Konfederasiyası – AQMK İngilis dilində – National confederation of Azerbaijan Women-NKAW
1.7. Konfederasiyanın Mərkəzi ofisi Bakı şəhərində yerləşir.
1.8. Konfederasiyanın hüquqi ünvanı: Salatın Əsgərova, 85

II. MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1. Konfederasiyanın əsas məqsədləri aşağıdakılardır:
2.1.1.Azərbaycanda insanların AZADLIĞI, LƏYAQƏTİ və TƏHLÜKƏSİZLİYİ qeyri şərtsiz dəyər və həyat norması olan sivil cəmiyyətin formalaşmasına kömək etmək;
2.1.2. Qadın və kişilərin bərabər hüquq, azadlıq və bərabər imkanları haqqında konstitusiya prinsiplərini reallışdırmaq;
2.1.3. Azərbaycanın ictimai-siyasi həyatında qadınların iştirakını fəallaşdırmaq;
2.1.4. Yüksək səviyyəli, professional qadın mütəxəssislərin qərar qəbulu səviyyəsində dövlət idarəetməsində iştirakına nail olmaq;
2.1.5. Vətəndaş cəmiyyəti quruculuğunda qadın qeyri-hökumət təşkilatlarının rolunu artırmaq;
2.1.6. Qadın QHT-lərinin fəaliyyətinin beynəlxalq təcrübəyə və mövcud qanunvericiliyə uyğun qurulmasına, fəal koordinə edilməsinə, əlaqələrin möhkəmləndirilməsinə, problemlərin birgə həll edilməsinə köməklik göstərmək;
2.1.7. Azərbaycanda qadın hərəkatının genişlənməsinə və qadın hərəkatının daha mütəşəkkil inkişafına nail olmaqdır.
2.2. Bu məqsədlərə çatmaq üçün AQMK aşağıdakı vəzifələri həyata keçirir:
2.2.1 . Qadınların cəmiyyətdə statusunun, onların siyasi, iqtisadi, sosial və mədəni həyatda rollarının artırılmasına kömək emək;
2.2.2. Qadınların maraqlarının müdafiəsi və bu maraqların icra, qanunverici və məhkəmə hakimiyyəti strukturlarıi ilə qarşılıqlı fəaliyyətdə lobbiləşdirilməsi;
2.2.3. Bərabər imkanların təmin edilməsi, ailə zorakılığının qarşısının alınması, qadınların reproduktiv hüquqlarının qorunması, qadın sahibkarlığının inkişaf etdirilməsi, qadın alverinin qarşısının alınması məsələləri ilə bağlı qanunvericiliyin qadınların maraqlarına uyğun təkmilləşdirilməsi məqsədlə dövlət orqanları ilə əməkdaşlıq etmək;
2.2.4. Qadınların, ailənin və uşaqların maraqlarının KİV-də müdafiəsi;
2.2.5. Qadınlar, ailə və uşaqlarla bağlı dövlət siyasətinin formalaşmasında iştirak etmək;
2.2.6. Qadınlar, ailə və uşaqlarların maraqlarınının tam nəzərə alınması məqsədilə qanunvericilik prosesində iştirak etmək;
2.2.7. Qadın təşkilatlarına liderlik texnologiyasının öyrədilməsi;
2.2.8. Qadınlara və qadın-QHT-lərə metodik, informatik, hüquqi, texniki və təşkilati yardım etmək, onların fəaliyyətinin qanunauyğun qurulmasına kömək göstərmək, zəruri olan layihələrin koordinasiyasını təmin etmək;
2.2.9. Ölkənin ictimai-siyasi həyatında özünəməxsus yeri olan qadınınların və qadın QHT-lərin iş təcrübəsini yaymaq;
2.2.10. Yeni qadın QHT-lərin yaranmasına kömək etmək;
2.2.11. Regionlarda qadın hərəkatının və qadın QHT-lərinin fəaliyyətinin genişlənməsi, yeni qadın QHT-lərin yaranması və səmərəli fəaliyyəti üçün qadın QHT-lərin regional mərkəzlərini yaratmaq, onların əlaqələrini gücləndirmək;
2.2.12. Qadınların və onların-QHT-lərinin fəaliyyətinin səmərəli və qanunauyğun qurulması üçün müxtəlif sahələrdə biliklərinin artırılması üçün kurslar təşkil etmək;
2.2.13. Qadın QHT-lərin işinin gücləndirilməsi, qarşıya çıxan problemlərin dəf edilməsi üçün tədqiqatların, araşdırmaların və monitorinqlərin təşkilinə və keçirilməsinə yardım göstərmək;
2.2.14. Beynəlxalq qadın hərəkatı ilə əməkdaşlıq etmək;
2.2.15. Azərbaycan qanunvericiliyinin və beynəlxalq hüquq normalarının həyata keçirilməsi üzərində ictimai nəzarət sisteminin yaradılması.

III. FƏALİYYƏT FORMALARI

3.1 AQMK qarşısında duran məqsədə çatmaq, üzərinə düşən vəzifələri yerinə yetirmək üçün aşağıdakı fəaliyyət formalarını həyata keçirir:
3.1.1. Məqsədi, vəzifələri və fəaliyyəti haqda məlumatları sərbəst yayır, qanunvericiliyə uyğun olaraq KİV təsis edir, nəşriyyat, poliqrafiya müəssisəsi yaradır, qəzet, curnal, kitab, bülleten və s. buraxır.
3.1.2. Görüşlər, simpoziumlar, konfranslar, forumlar, dəyirmi masalar, treninqlər, kurslar, konkurslar, sərgilər, gəzintilər, xeyriyyə marafonları, konsertlər, idman yarışları, səhərjiklər və başqa tədbirləri təşkil edir.
3.1.3. Elmi araşdırmalar, tədqiqatlar, manitorinqlər, sosioloci sorğular aparır, layihələr, təkliflər paketi hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür.
3.1.4. Müxtəlif istiqamətli mərkəzlər, seksiyalar, xidmət sahələri, klublar, qruplar, bölmələr, komissiyalar və s. yaradır.
3.1.5. Ölkə daxilində və xaricdə filiallar, bölmələr, nümayəndəliklər, regional mərkəzlər və s. təşkil edir.
3.1.6. Qadınların və qadın QHT-lərin fəaliyyəti ilə bağlı tanıtma bülletenləri, kitablar, məlumat kitabçaları, metodik və tədris vəsaitləri, döş nişanları, emblemlər, bukletlər, prospektlər və s. hazırlayır.
3.1.7. Qanunla qadağan olunmayan istehsalat, xidmət, kommersiya fəaliyyətini həyata keçirir, təsərrüfat sahələri yarada bilər.
3.1.8. Mükafatlar, fəxri adlar təsis edir.

IV. AQMK-na ÜZVLÜK

4.1. AQMK-nın kollektiv və ya fərdi şəkildə üzv olmaq olar.
4.2. Ancaq cəmiyyətin hər hansı bir sahəsində xüsüsi xidmətləri olan və içtimaiyyət tərəfindən tanınmış şəxslər fərdi şəkildə qəbul oluna bilərlər.
4.3. Fəaliyyətini Azərbaycan respublikasının qanunvericilyinə uyğun quran, AR ərazisində fəaliyyət göstərən, Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınan və ya qeydiyyat üçün rəsmi müraciət edən, bu Nizamnamənin tələblərinə cavab verən, nizamnamə müddəalarına əməl etməyi könüllü olaraq üzərinə götürən hər bir milli qadın qeyri-hökumət təşkilatının rayon şöbəsi - ictimai birlik və fond rayon şöbəsinin üzvü ola bilər.
4.4. AQMK-na üzvlük üzv olmaq istəyən QHT-nin müvafiq orqanının qərarı ilə yazılı müraciətə, fərdi üzvlük isə təmsil etdiyi təşkilatın təqdimatı əsasında AQMK –nın İdarə Heyəti tərəfindən həyata keçirilir.
4.5. AQMK –nin ya üzv olan QHT-lərin aşağıdakı hüquqları vardır:
4.6. AQMK-nın üzvü olan qadınlar və ya qadın-QHT-lər AQMK-nin Nizamnaməsinə uyğun vəzifələri yerinə yetirməyə borcludurlar:
4.5. AQMK üzvünün bu Nizamnamə ilə müəyyənləşmiş vəzifələrini ardıjıl olaraq üzürsüz səbəbə görə yerinə yetirməyən və ya Konfederasiya üzvü adına xələl gətirən təşkilatlar İdarə Heyətinin qərarı ilə AQ MK üzvlüyündən çıxarıla bilər.
4.6. Üzvlükdən çıxarılmış təşkilatın AQ MK üzvlüyündən qanunsuz çıxarılması iddiası ilə məhkəməyə və AQ MK-nın yuxarı orqanlarına müraciət etmək hüququ vardırmı?
4.7. AQMK-nın üzvü olan təşkilatın fəaliyyətinə bu və ya digər səbəbdən xitam verildikdə o, AQMK üzvlüyündən çıxmış hesab edilir.
4.8. AQMK üzvü olan təşkilat bu və ya digər səbəbdən üzvlükdən çıxarıldıqda, və ya öz təmsilçisini geri çağırdıqda təmsilçi seçildiyi rəhbər orqandan da çıxmış hesab edilir.

V. AQMK-nın RƏHBƏR ORQANLARI

5.1. AQMK-nın ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Konfrasdır.
5.1.1. AQMK-nın rəhbər orqanlarının - həmsədrlərinin, idarə heyətinin və nəzarət təftiş komissiyasının hesabatlarını dinləyib müvafiq qərarlar qəbul edir.
5.2. Konfranslararası dövrdə AQ MK-nın Ali qərarverici orqanı İdarə Heyətidir.
5.3. İdarə Heyəti Konfranslararası dövr üçün təmsilçilər arasından 1 illiyə seçilir.
5.4. İdarə Heyəti üzvlərinin sayı Konfransda müəyyənləşir. Üzvlərinin yarısından çoxu iştirak etdikdə İdarə Heyəti səlahiyyətli hesab edilir.
5.5. İdarə Heyəti öz üzvləri arasından İdarə Heyətinin sədrini, sədrin müavinlərini və katibini seçir.
5.6. İdarə Heyətinin iclasları zərurət olduqda, ayda bir dəfə çağırılır.
5.7. İdarə Heyəti:
5.7.1. Həmsədrlərin təqdimatı ilə AQMK-nın Rayon Şöbəsinin strukturunu, ştat cədvəlini, İllik balansını təsdiq edir;
5.8. AQMK-nin Rayon Şöbəsinin Növbədən kənar iclaslarının çağırır.
5.9. İdarə Heyətinin icraya yönəldilən qərarlarına Həmsədrlərin veto qoyma hüquqları vardır. Veto qoyulmuş qərarlar yenidən müzakirə edilərək 2/3 səs çoxluğu ilə qəbul edildikdə son qərar qəbul edilmiş sayılır.
5.10. İdarə Heyətinin fəaliyyəti "AQMK-nın İdarə Heyəti haqqında Əsasnamə" ilə tənzimlənir.
5.11. İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir;
5.12. Həmsədrlər 1 illiyə seçilirlər. AQMK-nın Rayon Şöbəsinin ümumi fəaliyyətinə rəhbərliyi həyata keçirirlər;
5.13. Həmsədrlər:
5.14 Qəbul edilmiş qərarların icrasını həyata keçirirlər;
5.14. AQMK-nin rayon şöbəsinin bütün struktur vahidlərinin və orqanlarının rəhbərlərini təyin edir;
5.14.1. İşçiləri işə qəbul edir və işdən azad edirlər; 5.14.2. Sərəncamlar, əmrlər verir, zəruri sənədləri hazırlayıb İdarə Heyətinə təqdim edirlər;
5.14.3. Maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edirlər;
5.14.4 Konfederasiyanın Rayon Şöbəsini növbədənkənar iclasılarının çağırılması haqqda İdarə Heyəti qarşısında məsələ qaldıra bilərlər.
5.14.5.Hazırki Əsasnamənin məqsəd və vəzifələrindən irəli gələn, və İdarə Heyətinnin kompetensiyasına daxil olmayan digər səlahiyyələri həyata keçirirlər;
5.14.6. Konfederasiyanın fəaliyyəti haqqında İdarə Heyətinə məlumat, Konfransa hesabat verirlər.
5.14.7 AQMK-nin Nəzarət Təftiş Komissiyası
5.14.8. Konfederasiyanın fəaliyyətinin qanuna və Nizamnaməyə uyğunluğuna;
5.14.4. Konfederasiyanın üzvü olan təşkilatların və şəxslərin Konfederasiya ilə bağlı fəaliyyətinin Nizamnaməyə uyğunluğuna;
5.14.5. Digər məsələlər AQMK-nin Nizamnaməsinə uyğun həyata keçirilir.




Xəbərlər

   Qadın hərəkatının irsi...

Azərbaycan qadınına həsr olunmuş dəyirmi masa keçirilib. Bundan sonra Azərbaycan qadın hərəkatının cəmiyyətdə təbliğinə başlanılacaq. "Lider" Qadınlar İctimai Birliyinin sədri, millət vəkili Məlahət Həsənova bu işdə bütün qadınları birliyə çağırıb. ...

   AQMK yaradılır
   2 aprel 2005-ci il

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Pekin-10"dan sonra: Azərbaycan qadın qeyri-hökumət təşkilatlarının vəzifələri" adlı tədbir keçirildi...

   Qadın həmrəyliyi
   3 aprel 2005-ci il

RƏNA MİRZƏZADƏ:
"QADINLARIN HƏMRƏYLİYİNƏ NAİL OLMADAN GENDER BƏRABƏRLİYİNİ HƏLL ETMƏK MÜMKÜN DEYİL"...

Bütün xəbərlər

Azərbaycan Qadınlarının Milli Konfederasiyası
AMEA MƏRKƏZİ ELMİ KİTABXANASI tərəfindən dəstəklənir
Azərbaycan Qadınlarının Milli Konfederasiyası