Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




Rəsmi sənədlər

2006-cı ilin hesabatı
2005-ci ilin hesabatı
2004-cü ilin hesabatı

AMEA MƏRKƏZİ ELMİ KİTABXANASININ
N  İ   Z  A   M   N  A   M  Ə   S  İ ---------------------------------------------

I. ÜMUMİ MÜDDƏALAR
             1. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Respublikada milli və dünya əhəmiyyətli elmi nəşrlərlə zəngin fondlara malik olan ən iri, universal təmayüllü aparıcı elmi kitabxanadır (bundan sonra - Kitabxana). AMEA-nın əsas struktur vahidlərindən olan Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahəsində fəaliyyət göstərən elmi-tədqiqat müəssisədir, AMEA-da araşdırılan kompleks və sahəvi elmi problemlər üzrə ixtisaslaşdırılmış məlumat- informasiya mərkəzidir. Kitabxana öz inzibati idarəçilik sisteminə daxil olan kitabxanalar üçün metodik əlaqələndirmə mərkəzidir. Respublikadakı elmi - universal və sahəvi kitabxanalarla əlaqələndirilmiş kitabxana-biblioqrafiya xidmətini həyata keçirən baş elmi informasiya müəssisəsidir.
2. Kitabxana hüquqi şəxsdir və öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, AMEA-nın Nizamnaməsini, AMEA-nın elmi-tədqiqat institutu haqqında Əsasnaməni, özünün təsdiq edilmiş Nizamnaməsini rəhbər tutur. Respublika banklarında hesabı, gerbli möhürü və ştampı vardır.
3. Kitabxana öz maliyyə vəsaitlərindən, bütün əmlakından və intellektual fəaliyyətinin nəticələrindən Azərbaycan Respublikasının qanunvericiliyinə və AMEA-nın nizamnaməsinə əsasən istifadə edir.
4. Kitabxananın maliyyə vəsaitlərini aşağıdakı mənbələr təşkil edir: dövlət büdcəsindən maliyyələşdirmə, Azərbaycan Respublikasının dövlət proqramları və elmi fondların qrantları üzrə aparılan tədqiqatların məqsədli maliyyələşdirilməsi, beynəlxalq və digər xarici təşkilatların və fondların qrantları və maliyyə yardımları, təsərrüfat müqavilələrindən alınan vəsait, Kitabxananın profilinə uyğun iqtisadi fəaliyyət nəticəsində əldə edilən gəlir, hüquqi və fiziki şəxslərin könüllü ianə və paylar nəticəsində alınan vəsaitlər, qanunlara zidd olmayan digər mənbələr.
5. Kitabxananın elmi və elmi-təşkilati fəaliyyəti 5 ildə bir dəfədən az olmayaraq yoxlanılır. Yoxlama Humanitar və İctimai Elmlər bölməsinin və ya AMEA Rəyasət Heyətinin qərarı ilə həyata keçirilir.
Kitabxananın ünvanı: Bakı ş. , Yasamal rayonu, H.Cavid prospekti 31.

II. KİTABXANANIN NİZAMNAMƏSİ VƏ STRUKTURU
6. Kitabxananın nizamnaməsinin layihəsi AMEA-nın elmi-tədqiqat institutu haqqında Əsasnaməyə uyğun olaraq Kitabxananın direktorluğu tərəfindən hazırlanır və elmi şurada açıq səsvermə yolu ilə (şura üzvlərinin sayının azı ücdə ikisi nisbətində səs çoxluğu əldə edildikdə) qəbul olunur.HİEB-in təqdimatı ilə AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq edilir. Nizamnaməyə ildə bir dəfədən çox olmamaq şərtilə, elmi şura üzvlərinin üçdə ikisinin bəyəndiyi düzəliş və əlavələr edilə bilər.
7. Nizamnamə Kitabxananın əsas məqsəd və vəzifələrini, onun adını, yerləşdiyi yeri, direktorun və elmi şuranın səlahiyyətlərini, Kitabxananın əmlakının mənbələrini, işçilərin hüquq və vəzifələrini, nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi qaydalarını və Azərbaycan Respublikasının qanunvericiliyinə, AMEA-nın nizamnaməsinə və AMEA-nın elmi-tədqiqat institutu haqqında Əsasnaməyə zidd olmayan digər müddəaları əks etdirir.
8. Kitabxananın strukturu direktor tərəfindən hazırlanır, elmi şurada müzakirə olunur və AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin təqdimatı ilə AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq edilir. Müvəqqəti qurumlar direktorun əmri ilə yaradılır və elmi şura tərəfindən təsdiq edilir.
9. Kitabxananın əsas struktur bölmələri aşağıdakılardan ibarətdir: Ədəbiyyatın elmi komplektləşdirilməsi şöbəsi, Qərbi Avropa ədəbiyyatı şöbəsi, Şərq ədəbiyyatı şöbəsi, Milli ədəbiyyat şöbəsi, Elmi kataloqlaşdırma şöbəsi, Xidmət şöbəsi, Fondun təşkili, mühafizəsi və istifadəsi şöbəsi, Biblioqrafiya şöbəsi, Kitabxanaşunaslıq şöbəsi, Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsi, Sənədlərin konservasiyası, bərpası və surətçıxarma şöbəsi.
10. Kitabxananın struktur bölmələri öz işlərində təsdiq edilmiş əsas elmi istiqamətləri, elmi-tədqiqat işlərinin plan və proqramlarını rəhbər tutur. İşin səmərəli qurulmasına direktor və elmi şura nəzarət edir.
11. Kitabxananın əməkdaşlarının hüquq və vəzifələri Azərğbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi, Kitabxananın nizamnaməsi və onunla bağlanmış əmək müqaviləsi ilə müəyyən olunur.

III. KİTABXANANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
12. Kitabxananın əsas vəzifəsi bütün xidmət sahələrində Azərbaycan Respublikasının Prezidentinin fərmanlarını, AMEA-nın Rəyasət Heyətinin qərar, sərəncam və göstərişlərini təbliğ etmək, rəhbər təşkitlatlara, EA sistemində elmin müxtəlif sahələrində tədqiqat aparan mütəxəssislərə və bütün əməkdaşlara kitabxana-biblioqrafiya və informasiya xidməti göstərməkdir.
13. Kitabxana:
- Respublika ərazisindəki qeyri-akademik idarə və müəssisələrdə, institut və ali məktəblərdə çalışan mütəxəssislərə, yuxarı kurs tələbələrinə, habelə xarici ölkə vətəndaşlarına qəbul edilmiş xüsusi şərtlərlə abonoment, kitabxanalararası abonoment (KAA), oxu zallarında və beynəlxalq kitabxanalararası abonoment (BKAA) vasitəsilə xidmət edir;
- Kitabxananın fəaliyyəti elmi şuranın işləyib hazırladığı əsas istiqamətlərə, illik və perspektiv elmi-tədqiqat planlarına müvafiq olaraq həyata keçirilir.
- öz fondlarını Kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat orqanları, poliqrafiya müəssisələri, abunə, məcburi nüsxə, beynəlxalq kitab mübadiləsi və hədiyyələr yolu ilə komplektləşdirir;
- kitabxana fondlarının təkmilləşdirilməsi məqsədi ilə müvafiq tədbirlər görür; sənədlərin fərdi və ümumi uçotunu aparır, ədəbiyyatı elmi və texniki cəhətdən işləyir, fondları kataloqlaşdırır və tərkibinin optimallaşması üzrə iş aparır;
- mövcud qanunvericiliyə əsasən məzmunca köhnəlmiş və istifadəyə yararsız ədəbiyyatı silir, mübadilə fondu üçün ədəbiyyat ayırır, az istifadə olunan ədəbiyyatın depozitar mühafizəsini təşkil edir;
- nadir və qiymətli nəşrləri kitab fondlarından üzə çıxarır və onların qeydiyyatını, mühafizə və konservasiyasını təşkil edir;
- kitabxana xidmətinin təşkilində elmi-tədqiqat idarələri və müxtəlif təşkilatlar ilə qarşılıqlı əlaqə saxlayır;
- beynəlxalq elmi-mədəni və informasiya əməkdaşlığı həyata keçirir, o cümlədən, beynəlxalq assosiasiya və cəmiyyətlərə qoşulur, xarici təşkilatlarla müqavilə və sazişlər imzalayır;
- Azərbaycan elminin ayrı-ayrı sahələri üzrə retrospektiv, mövzu və görkəmli elm xadimlərinin həyat və yaradıcılığını əks etdirən şəxsi biblioqrafik göstəricilərin ümumi planını hazırlayır və onların tərtibini, nəşrini həyata keçirir, təbliğ edir;
- kitabxanaşünaslıq və biblioqrafiyaşünaslığın aktual məsələləri üzrə elmi- tətqiqat işləri aparır, normativ sənədlər və elmi- metodiki vəsaitlər hazırlayır və nəşr edir;
- ədəbiyyatın təbliğində müasir forma və metodlardan istifadə edir;
- oxuculara kitabxana və biblioqrafik informasiya xidməti işinin təşkilində kompüter texnologiyalarını tətbiq edir;
- kitabxana fondlarının elektron daşıyıcılarına köçürülməsi, Azərbaycan elminin nailiyyətlərinin İnternet vasitəsilə təbliği və informasiya təminatı ilə məşğul olur;
- kitabxana işinin avtomatlaşdırılması, şöbələrin qarşılıqlı əlaqələrini təmin edən lokal kompüter şəbəkəsinin yaradılması istiqamətində fəaliyyət göstərir;
- Akademiya kitabxanalarının Avtomatlaşdırılmış İnteqrasiyalı İnformasiya Sisteminin (AİİS) yaradılması istiqamətində fəaliyyət göstərir;
- elmi təmayülündən asılı olmayaraq Akademiya sistemində fəaliyyət göstərən bütün kitabxanalar üçün metodik mərkəz funksiyasını yerinə yetirir;
- respublikada və xaricdə keçirilən tədbirlərdə, konfrans, müşavirə və seminarlrda iştirak edir, dünya kitabxanalarının qabaqcıl iş təcrübələrini öyrənir və tətbiq edir;
- kitabxana işinə dair elmi konfrans, seminar və müşavirələr, tədris kursları, həmçinin təqdimatlar və b. kütləvi tədbirlər keçirir;
- «Kitabxana işi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş bəzi xüsusi pullu xidmət növlərini (biblioqrafik arayışların tərtibi, surətçıxarma, cildləmə və s.) həyata keçirir;
- əməkdaşların attestasiyasının keçirilməsini təşkil edir, onların həvəsləndirilməsi və mükafatlandırılması üçün təkliflər hazırlayır;
- tutulmamış vəzifələrə müsabiqə elan edir, aspirantura yolu ilə yüksək ixtisaslı elmi kadrların hazırlanmasını təmin edir;
- «Kitabxana işi haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə uyğun olaraq Respublikanın dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından, həmçinin qəzet və jurnallardan profili üzrə 2 pulsuz məcburi nüsxə alır;
- fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın ödənilməsini qanunvericiliklə müəyyən edilmiş qaydalarda həyata keçirir;
- kitabxana şəbəkəsinin struktur dəyişiklikləri və təkmilləşdirilməsi haqqında təkliflər verir, onların iş planlarını və hesabatlarını təhlil edir, fəaliyyətinin xülasəsini hazırlayır.

IV. KİTABXANANIN İDARƏ EDİLMƏSİ
14. Kitabxanaya rəhbərlik «Nizamnamə» əsasında həyata keçirilir.
15. Kitabxananın işinə direktor rəhbərlik edir və kitabxananın fəaliyyəti və vəziyyəti üçün məsuliyyət daşıyır.
16. Kitabxananın direktoru elmə sanballı xidmətlər göstərən, elmi-təşkilati bacarığı və təcrübəsi olan namizədlər sırasından AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin ümumi yığıncağında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir və AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq olunur. AMEA-nın Rəyasət Heyəti bölmənin təqdimatına əsasən kitabxananın direktorunu vaxtından əvvəl vəzifədən azad edə bilər.
17. Kitabxananın direktoru:
- kitabxananın elmi-tədqiqat işlərinin planını təsdiq edir, yerinə yetirilməsinə rəhbərlik edir;
- kitabxananın elmi fəaliyyətinin digər müəssisələrlə əlaqələndirilməsinə rəhbərlik edir;
- elmi şuranın fəaliyyətinə rəhbərlik edir;
- kitabxananın beynəlxalq əlaqələri üzrə işinə rəhbərlik edir və kitabxananın beynəlxalq müəssisələrlə əlaqələrini yaradır;
- əməkdaşların yüksək əmək məhsuldarlığını, elmi tədqiqatların və iş üsullarının yüksək səmərəliliyi üçün şərait yaradır, qanunçuluğa, dövlət intizamına, əmək qanunvericiliyinə, əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizəyə, əmək intizamı qayda və normalarına riayət olunmasını təmin edir;
- maliyyə vəsaitlərinə sərəncam verir;
- kitabxanada dövlət sirrinin qorunması üçün məsuliyyət daşıyır;
- kitabxanada AMEA-nın rəhbər orqanlarının qərarlarının həyata keçirilməsini, qanunçuluğun və əmək intizamının gözlənilməsini təmin edir;
- Kitabxananın fəaliyyəti barədə AMEA Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölməsi, elmi şura və kollektiv qarşısında hesabat verir.
18. Kitabxananın elmi şurası – əsas elmi-təşkilati və kadr məsələlərini müzakirə edən kollegial məşvərətçi orqandır. O, öz səlahiyyətləri çərçivəsində Kitabxananın nizamnaməsinə uyğun qərarlar qəbul edir və tövsiyyələr hazırlayır.
19. Elmi Şuranın tərkibi Kitabxananın direktorunun və Humanitar və İctimai Elmlər bölməsinin təqdimatı əsasında gizli səsvermə yolu ilə seçilir (5 il müddətinə), AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq edilir. Elmi şuranın tərkibinə direktor, elmi işlər üzrə direktor müavini, elmi katib, kitabxananın şöbə müdirləri, aparıcı mütəxəssislər daxil olurlar. Elmi şuranın sədri Kitabxananın direktoru, sədr müavini – elmi işlər üzrə direktor müavini, katibi- Kitabxananın elmi katibidir. Elmi şuranın tərkibinə kitabxanada işləməyən qabaqcıl alimlər və mütəxəssislər seçilə və dəvət edilə bilər.
20. Kitabxananın elmi şurası:
- Kitabxananın elmi fəaliyyətinin əsas istiqamətlərini, perspektiv və illik iş planlarını təsdiq edir; elmi əsərləri, biblioqrafik göstəriciləri, habelə tərtib edilmiş əsas tənzimləyici sənədləri müzakirə edir və nəşr edilmək üçün məsləhət görür, ayrı-ayrı kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması ilə bağlı məsələləri həll edir;
- elmi kadrların hazırlanması və ixtisasının artırılması ilə bağlı məsələləri müzakirə edir, kadr hazırlığı ilə əlaqədar şöbə müdirlərinin məlumatlarını müntəzəm dinləyir, aspirantların və elmi dərəcə almaq istəyənlərin dissertasiyalarının mövzularını təsdiq edir;
- kitabxananın strukturundakı dəyişikliklər, digər elmi kitabxanalar və təşkilatlarla birgə fəaliyyət məsələlərini müzakirə edir, struktur bölmələri rəhbərlərinin hesabatlarını dinləyir və təsdiq edir;
- beynəlxalq elmi əlaqələrin və digər işlərin maddi-texniki və maliyyə təminatı planlarını müzakirə edir;
- Kitabxananın nizamnaməsində nəzərdə tutulmuş digər məsələləri müzakirə edir;
21. Elmi şura onun üzvlərinin ən azı 2/3-si iştirak etdikdə qərar qəbul etməyə səlahiyyətlidir. Seçkilər zamanı qərarlar 2/3, digər məsələlərin müzakirəsi zamanı isə sadə səs çoxluğu ilə qəbul edilir. Elmi şuranın iclaslarında fərdi məsələlər yalnız gizli səsvermə yolu ilə həll edilir.
22. Kitabxananın direktoru və elmi şura arasında yaranmş fikir ayrılığı bölmənin bürosu və ya AMEA-nın Rəyasət Heyəti tərəfindən həll olunur.
23. Elmi şuranın qərarları Kitabxananın direktoru tərəfindən Şuranın iclasında təsdiq edildikdən sonra qüvvəyə minir.
24. Kitabxananın elmi işlər üzrə direktor müavini:
Kitabxananın elmi işlər üzrə direktor müavini, Kitabxananın direktorunun və bölmənin təqdimatı ilə Azərbaycan Milli EA Rəyasət Heyəti tərəfindən təsdiq olunur. Elmi işlər üzrə direktor müavini direktor olmadıqda, onu əvəz etmək hüququna malikdir.
Elmi işlər üzrə direktor müavini:
- vəzifəsinə görə kitabxana üzrə bütün komissiyaların sədri, Elmi Şuranın sədr müavinidir;
- Ədəbiyyatın komplektləşdirilməsi, kataloqlaşdırılması, kitabxana-biblioqrafiya xidməti, fondların təşkili və istifadəsi, nəşr, və s. işlərə rəhbərlik edir;
- kitabxananın elmi fəaliyyətinin cari və perspektiv işlərinə və onun yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir;
- şöbələrdə əməkdaşların elmi işlərini, elmi ezamiyyətlərin, elmi metodik sənədləşmənin, tərtib olunan kataloqların hazırlanmasını təmin edir;
- elmi kadrların hazırlanması, seçilməsi, yerləşdirilməsi və ixtisaslarının yüksəlməsi üzrə iş aparır, işçilərin mənəvi tərbiyəsi ilə məşğul olur;
- kitabxananın bütün elmi nəşrlərinin (əsərlərin, topluların, kataloqların, bukletlərin və s.) hazırlanmasını təşkil edir;
- hər bir işçinin tapşırılmış işə və kollektivin işinin yekunlarına görə məsuliyyətinin artırılmasında, əməyin və idarəetmənin təşkilinin təkmilləşdirilməsində, kitabxananın fəaliyyətinin inkişaf etdirilməsində iştirak edir.

25. Elmi katib:

Kitabxananın elmi katibi direktorun və bölmənin təqdimatına əsasən AMEA Rəyasət Heyəti tərəfindən təsdiq olunur.
Elmi katib:
- kitabxananın yarımillik və illik hesabatlarını hazırlayır;
- elmi şuranın iş planının lahiyəsini hazırlayır, keçirilməsinə nəzarət edir;
- elmi və elmi-təşkilati işlərin icrasında direktora kömək edir;
- elmi işlərin nəşri planları üçün təkliflər hazırlayır, onlara rəy verilməsini, həmçinin elmi konfransların, müşavirələrin, seminarların hazırlanması və aparılmasını təşkil edir;
- elmi kadrların hazırlanması və ixtisaslarının artırılması planları hazırlayır;
- dövlət orqanları, elmi təşkilatlar, AMEA qurumları, respublikanın kitabxanaları ilə yazışmalar aparır.
26. Kitabxananın struktur bölmələrinin rəhbərləri, baş elmi işçiləri, aparıcı elmi işçiləri, böyük elmi işçiləri, elmi işçiləri və kiçik elmi işçiləri elmi şura tərəfindən müsabiqə yolu ilə seçilir. Kitabxananın struktur bölmələrinin rəhbərləri və baş elmi işçiləri AMEA-nın Rəyasət Heyəti tərəfindən, aparıcı elmi işçiləri və böyük elmi işçiləri Humanitar və İctimai Elmlər bölməsinin bürosu tərəfindən, elmi işçiləri və kiçik elmi işçiləri isə Kitabxananın direktoru tərəfindən təsdiq olunur.
Bu Nizamnamə AMEA Mərkəzi Elmi Kitabxanasının Elmi Şurasında (4 iyul 2003-cü il, protokol №4) qəbul olunmuşdur.


Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları