Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




Neft ədəbiyyatı

   Antarktidadan başqa bütün kontinentlərdə sayı 30 mini ötmüş neft yataqları, minlərlə neft şirkəti, neft sahəsində çalışan mütəxəssislər hazırlayan yüzlərlə ali təhsil müəssisəsi, milyardlarla neft ədəbiyyatı mövcuddur.
   Bütün bunların ən mükəmməlləri məhz Azərbaycandadır. AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları Azərbaycan kitabxanalarında toplanmış neft ədəbiyyatının ilk toplu kataloqunu yaratmışlar. Azərbaycanda bir milyondan artıq adda neft ədəbiyyatı işıq üzü görüb. Hazırda Mərkəzi Elmi Kitabxananın əməkdaşları Dövlət Neft Şirkətinin texniki yardımı ilə 120 mindən artıq neft ədəbiyyatının elektron kataloqunun və elektron kitabxanasının yaradılmasına hazırlıq işləri görür.
   İşin üç mərhələdə reallaşdırılması nəzərdə tutulmuşdur: I mərhələdə Azərbaycan dilində olan neft ədəbiyyatı seçilərək elektron kataloq və kitabxanaya daxil ediləcək. Buraya 67 min nəşr vahidi daxildir. II mərhələdə Azərbaycanda rus dilində nəşr olunmuş neft ədəbiyyatı elektronlaşdırılacaq. Nəhayət, III mərhələdə dünya neft yataqlarının işlənməsinə, neft quyularının istismarına və s. aid müxtəlif dillərdə olan materiallar toplanaraq elektron kitabxanaya daxil ediləcəkdir.
    Sadalanan prosesləri reallaşdırmaq üçün Mərkəzi Elmi Kitabxananın maddi-texniki bazası tam hazırlıq vəziyyətinə gətirilmiş, kadrlar müvafiq texniki məlumatlarla təlimatlandırılmışlar. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının, eləcə də digər kitabxanaların və informasiya mərkəzlərinin, elmi tədqiqat və təhsil müəssisələrinin fondlarında və digər müvafiq orqanların arxivlərində toplanmış, Azərbaycanda və başqa ölkələrdə nəşr olunmuş neft ədəbiyyatının elektron kataloqunu və elektron kitabxanasını yaratmaq, çoxşaxəli neft ədəbiyyatını elektron informasiya daşıyıcılarına köçürmək və internet səhifəsində yerləşdirməklə respublika daxilində və onun hüdudlarından kənarda məqsədyönlü təbliğat aparmaq, oxucu kütlələrini neft ədəbiyyatı ilə yaxından və daha operativ şəkildə tanış etmək məqsədilə başlanmış işin sonadək reallaşdırılması üçün bir neçə il vaxt lazım gələcəkdir.
    Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası 80 illik fəaliyyəti dövründə respublika elminin inkişafında, alim və ziyalıların tədqiqatlarının səmərəliliyinin artırlmasında yaxından iştirak etmiş və etməkdədir. İnsan fəaliyyətinin bütün sahələrinin kompüterləşdiyi, bütün iş növlərinin getdikcə elektron sistemə keçirildiyi bir dövrdə kitabxanalar da bu prosesdən kənarda qalmamalı, əksinə, öz informasiya balansını, istifadəçilərə xidmət səviyyəsini, elektron sferada əməkdaşlıq və mübadilə yollarını artırmalıdır. Bu prinsipdən irəli gələn məsələləri əldə əsas tutaraq Mərkəzi Elmi Kitabxana fəaliyyətində bir sıra dəyişikliklər etmiş, kitabxana proseslərinin avtomatlaşdırılması istiqamətində əsaslı addımlar atmışdır.
    Artıq iki ildir ki, Mərkəzi Elmi Kitabxanada Avtomatlaşdırılmış Kitabxana İnformasiya siteminin həyata keçirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərin sırasına Mərkəzi Elmi Kitabxananın veb səhifəsinin hazırlanması, oxucuların qeydiyyatının avtomatlaşdırılmış şəkildə aparılması, komplektləşdirmə işinin xüsusi proqram təminatı və s. daxildir.
    Hazırda Mərkəzi Elmi Kitabxana avtomatlaşdırma işinin “Elektron kataloq və elektron kitabxanaların yaradılması” mərhələsindədir. Təcrübə göstərir ki, neft sənayesi durmadan inkişaf edən ölkələrin kitabxanalarında adıçəkilən avtomatlaşdırma prosesləri əsasən neftin milli sərvət kimi təbliği üzərində həyata keçirilir. Fondunda bu sahə ilə bağlı külli miqdarda ədəbiyyatın yerləşdiyi Mərkəzi Elmi Kitabxana da ilk öncə bu ədəbiyyatın ənənəvi kataloqunu, daha sonra isə elektron kitabxanasını yaradaraq dünya şəbəkəsində möhkəmlənmək niyyətindədir. Fikrimizi daha dolğun əsaslandırmaq məqsədilə onu da qeyd edə bilərik ki, Mərkəzi Elmi Kitabxana əvvəlki illərdə “Azərbaycanda neft (1920-1970)” adlı beş cildlik biblioqrafik göstərici nəşr etmişdir. Bu isə onu deməyə imkan verir ki, başlayacağımız elektronlaşdırma işinin birinci mərhələsi (1920-1970-ci illərdə nəşr olunun ədəbiyyatın elektron formasının yaradılması, qorunması və təbliği) vahid ədəbiyyat siyahısı üzrə qruplaşdırılacaq. Son 30-ildə neft sənayesi ilə bağlı ədəbiyyatın elektron formasının yaradılmasına gəlincə isə, qeyd etməliyik ki, bu proses də eyni sxemlə həyata keçiriləcək. Bu prosesdə ən çox zəhmət tələb edən işlərdən biri kiril əlifbası ilə olan neft ədəbiyyatının latın qrafikalı ədəbiyyata keçirərək elektronlaşdırmaqdır. Haqqında danışdığımız elektron kitabxananın yaradılması neft ədəbiyyatının elektron kataloqunun da yaradılmasını zəruri edir. Bunun üçün ilk növbədə xüsusi məlumat bazalarının olması vacibdir. Öz növbəsində, neft ədəbiyyatının elektron kitabxanasının və elektron kataloqunun yaradılması daha etibarlı mənbə sayılan biblioqrafik göstəricilərin də nəşrini zəruri edir. Mərkəzi Elmi Kitabxana öz internet səhifəsi vasitəsilə elektron kitabxananın, məkanından asılı olmayaraq, hamı üçün açıq istifadəsini təmin edəcəkdir. Bu isə Azərbaycanın milli sərvəti sayılan neftə, neft sənayesinə aid informasiyanın xaricdə təbliğinə geniş imkanlar açmış olacaq.


Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları