kitabxana kitabxana
Аzərbaycan Milli Elmlər Akademiyası
kitabxana
  


kitabxana

  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.



kitabxana


Yeni dövrün kitabxanası: günün tələbi və görülən işlər

Aybəniz Əliyeva-Kəngərli Kitaba, mütaliəyə, informasiya almağa marağı olan hər bir şəxs, heç şübhəsiz ki, internetlə təmin olunmuş və kifayət qədər operativ xidmət göstərən informasiya mərkəzinə-kitabxanaya daim ehtiyac duyur. Məhz bu nöqteyi-nəzərdən kitabxanalarımızın müasir durumu ilə tanışlıq yəqin ki, çoxlarına maraqlı görünə bilər. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli də bu fikirdədir. "Bu gün kitabxanalara getdikcə artan maraq, xüsusən də gənc nəslin yenidən kitabxanalara üz tutması bizi sevindirir" – deyən direktor, insanların kitabdan aralı düşməsi fikri ilə razılaşmır. 2006-cı il üçün elmi-tədqiqat işlərinin planına əsasən Mərkəzi Elmi Kitabxana elmi-tədqiqatların istiqamətlərinə uyğun milli və xarici elmi çap və elektron nəşrlərlə komplektləşdirilməsi, elmi fondların bərpası və konservasiyası, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətinin 2 problemi üzrə iş aparıb. Bunlar "Kitabxanaşünaslığın nəzəri və təcrübi məsələlərinin elmi təşkili" və "Biblioqrafiyaşünaslıq: elmin biblioqrafik informasiya təminatı"dır. 8 elmi-nəzəri, tətbiqi və elmi-praktiki movzunun 31 işinin müvafiq mərhələləri yerinə yetirilib. "Kitabxanaşünaslığın nəzəri və təcrübi məsələlərinin elmi təşkili" probleminə daxil olan 7 mövzu üzrə 23 tədqiqat işi aparılıb. Azərbaycan MEA-nın elmi-tədqiqat müəssisələrində aparılan tədqiqatların mövzularının təhlili həyata keçirilib və elmi ədəbiyyatın komplektləşdirilməsinin profili müəyyənləşdirilib. Cari ildə daxil olan kitabların uçotunun (aktlaşma) avtomatlaşdırılmış rejimdə həyata keçirilməsi davam etdirilib. Ötən il kitabxanaya 16 081 nüsxə ədəbiyyat daxil olub (əlavə 3752 nüsxə ədəbiyyat xarici dildədir). İl ərzində 1794 avtoreferat və 36 nüsxə dissertasiya qəbul edilib. Şəbəkə kitabxanalarına 7578 nüsxə ədəbiyyat daxil olub, eyni zamanda Şərq ölkələrinə 330, Qərbi Avropa ölkələrinə 914, MDB ölkələrinə 1514 nüsxə ədəbiyyat göndərilib. Xidmət şöbəsi müasir tələblərə cavab verən kompüter texnologiyalarının tətbiqi yolu ilə xüsusi proqram vasitəsilə avtomatlaşdırılmış rejimdə oxucu qeydiyyatını davam etdirib. Bu proqram abonentlərin qeydiyyatını, müxtəlif parametrlərdə axtarışını, verilən və qaytarılan ədəbiyyatın qeydiyyatını, borclu olan oxucuların avtomatlaşdırılmış nəzarətini həyata keçirməyə imkan verir. MEK-də və onun şəbəkə kitabxanalarında aktual elmi mövzularda, respublikanın tarixi hadisələrinə, əlamətdar günlərinə, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin, yazıçı və şairlərin yubileylərinə həsr olunmuş konfrans, seminar və başqa tədbirlərlə bağlı 131 sərgi təşkil edilib. Dünyanın 60 ölkəsinin 500-dən artıq elmi təşkilatı ilə sıx əməkdaşlıq edən Mərkəzi Elmi Kitabxana hər il həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilər təşkil edir. ABŞ-ın ölkəmizdəki səfiri xanım Enn Dersinin və digər xarici qonaqların qatıldığı "Bencamin Franklin dövlət xadimi və diplomat" adlı sərgi kitabxanada təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərdən olub. Kitabxana həmçinin ötən il oktyabr ayının 4-dən 8-dək Almaniyanın Frankfurt şəhərində keçirilən ənənəvi Beynəlxalq kitab sərgisində və oktyabr ayının 27-dən noyabr ayının 4-dək Türkiyənin İstanbul şəhərində keçirilmiş 25-ci Beynəlxalq kitab sərgisində uğurla iştirak edib. Sərgilərin işində göstərdiyi fəallığa, nümayiş etdirdiyi kitabların elmi, bədii-estetik tutumuna görə xüsusi diplomlara layiq görülüb. Mərkəzi Elmi Kitabxana Azərbaycanla Almaniyanın birgə "İnsanlar və kitablar" layihəsinin qalibi olub, kitabxanaya 5 min avro dəyəri olan kitablar hədiyyə edilib. Növbəti illərdə kitabxanaya bu layihə çərçivəsində ümumilikdə 15 min avroluq ədəbiyyat daxil olacaq. Son illərdə Mərkəzi Elmi Kitabxananın nəşriyyat fəaliyyəti də xeyli inkişaf edib. Təkcə ötən ildə kitabxanada Abuzər Xələfovun " Heydər Əliyev və Azərbaycanda kitabxana işi", "XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri: mülahizələr, təkliflər və proqnozlar" adlı kitabları, "Elmi əsərlər"in VII buraxılışı, "Azərbaycan MEA nəşrlərinin biblioqrafiyası. İllik. 1985" adlı biblioqrafik toplu, "Aqil Əlirza oğlu Əliyev", "Azad Mövlud oğlu Nəbiyev", "Şıxbala Əbülfəs oğlu Əliyev" adlı biblioqrafik göstəricilər çap olunub. Kitabxanada kadr hazırlığı işinə xüsusi önəm verilir. Hazırda aspiranturada 4 nəfər aspirant təhsil alır. Bundan əlavə, kitabxananın 7 dissertantı da var. Ötən il kitabxana üçün elmi konfransların keçirilməsi nöqteyi-nəzərindən uğurlu olub. Kitabxanada bir neçə sanballı elmi konfrans təşkil edilib. Bu il AMEA Mərkəzi Elmi Kitabxanası və Elmi-tədqiqat müəssisələri kitabxana şəbəkəsinin Avtomatlaşdırılmış İnteqrasiyalı Kitabxana Sisteminin yaradılması proqramı hazırlanıb. Həmin proqrama əsasən "İRBİS-64" avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin tədrisi MEK-in əməkdaşları üçün təşkil olunub. Proqramda nəzərdə tutulmuş digər tədbirlərlə bağlı işlər – AMEA şəbəkə kitabxanalarının əməkdaşlarının tədrisinin təşkili, "İRBİS-64" avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin şəbəkə kitabxanalarında yerləşdirilməsi başlayıb. "Azərbaycanşünaslıq" elektron informasiya mərkəzinin yaradılması işi müvəffəqiyyətlə yerinə yetirilib. "Azərbaycanın tarixi", "Azərbaycanın iqtisadiyyatı", "Azərbaycanın elmi", "Azərbaycanın mədəniyyəti" adlı məlumat bankları yaradılıb. "Azərbaycan dilində elmi ədəbiyyatın elektron kataloqunun yaradılması" işi üzrə Azərbaycan dilində cari ədəbiyyatın elmi təsviri və elektron kataloqa daxil edilməsi mərhələsi həyata keçirilib. Elektron kataloqa 3500 adda yeni kitab daxil edilib. "Azərbaycanda neft" elektron bibloqrafik göstəricisinin formalaşdırılması" üzərində iş aparılıb. Həmin işin "Azərbaycanda neft" elektron biblioqrafik göstəricisinin məlumat bazasının yaradılması mərhələsi yerinə yetirilib. İl ərzində "Azərbaycanda neft" məlumat bazasına 1500 adda sənəd daxil edilib. "Azərbaycan Milli Elmlər Akademiyasının alimləri" elektron biblioqrafik göstəricisinin formalaşdırılması çərçivəsində "AMEA-nın alimləri. 1-ci hissə. Humanitar və ictimai elmlər" elektron biblioqrafik göstəricisi üçün materiallar toplanmış və məlumat bazası yaradılıb. Buraya humanitar və ictimai elmlər üzrə 34 görkəmli alimin həyatı, elmi və ictimai fəaliyyəti ilə bağlı əsas məlumatlar əlavə olunub. 2006-cı ildə Mərkəzi Elmi Kitabxananın veb-səhifəsinin təkmilləşdirilməsi davam etdirilib. www.csl-az.com ünvanlı saytın rus və ingilis variantları hazırlanıb. Hazırda Kitabxananın saytındakı səhifələr 765-ə çatdırılıb. Səhifənin alman və fransız dillərində olan variantları üzərində iş gedir. İndiyədək kitabxananın veb-səhifəsinə 46245 istifadəçi müraciət edib. Görülən tədbirlər və onların nəticələri ondan xəbər verir ki, Azərbaycanda kitabxana işinin səviyyəsi getdikcə yüksəlir, kitabxanaların cəmiyyətin sosial-iqtisadi, elmi inkişafındakı rolu artır.

"525-ci qəzet" Zəhra


Səhifə hər gün yenilənir...

kitabxana Elekton resurslar
kitabxana Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
kitabxana Veblioqrafiyalar
kitabxana Diplomlar
kitabxana Elmi əsərlər
kitabxana Proqramlar, xasiyyətnamələr, əsasnamələr
kitabxana Nizamnamə, hesabatlar
kitabxana Mətbuatda məqalələr
kitabxana Bütün elmlər üzrə ədəbiyyat
kitabxana EBSCO-40.000 elektron elmi jurnal
kitabxana INTAS-7.000 elektron kitab
kitabxana Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları