Martın 12-də Böyük Britaniyanın elm, təhsil və mədəniyyət təşkilatı olan Britaniya Şurasının (British Council) ölkəmizdəki nümayəndəliyinin İnformasiya Mərkəzində Beynəlxalq Kitab Gününə həsr edilmiş tədbir keçiriləcəkdir.
Bu qurum əlamətdar günlə bağlı müxtəlif müsabiqələr və sərgilər də təşkil edəcəkdir.
8.03.2006 [12:06]
“AZƏRBAYCAN ÜZÜMÜ” ATLAS-KİTABININ TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında bu ali məktəbin kafedra müdiri, ömrünün 30 ilini respublikamızda üzümçülüyün inkişafına həsr etmiş Famil Şərifovun “Azərbaycan üzümü” atlas-kitabının təqdimatı keçirilmişdir.
Mərasimdə çıxış edən alim və mütəxəssislər kitabın əhəmiyyətindən danışmış, Famil Şərifovun əməyini yüksək qiymətləndirmişlər. Azərbaycan, rus və ingilis dillərində nəfis şəkildə çap olunmuş atlas-kitabda verilmiş yeni üzüm kolleksiyalarının dünya ölkələrində maraq doğuracağına əminlik ifadə olunmuşdur.
...
7.03.2006 [14:06]
DAŞKƏNDDƏ AZƏRBAYCAN NAĞILLARI
KİTABI ÇAP OLUNMUŞDUR
Daşkənddəki “Mənəviyyat” nəşriyyatı “Türk xalqlarının yaradıcılığı” silsiləsindən “Sehrli at” adlı Azərbaycan nağılları kitabını özbək dilində çap etmişdir. Kitaba “Sehrli at”, “Şah Abbas və üç bacı”, “Məhəmməd və Münəvvər”, “Anaqız və Gülnaz”, “Ziqəm şahının nağılı”, “Eloğlu”, “Nəsir və Nəstərənin nağılı”, “Təpəgöz” və başqa nağıllar salınmışdır.
Nağılları özbək dilinə Məqsudə Abduvahabova və Yaşar Qasımov tərcümə etmişlər.
Kitaba yazılmış ön sözdə deyilir ki, Azərbaycan xalqının şifahi xalq ədəbiyyatı çox zəngindir, nağıllardakı süjetlər və qəhrəmanlar özbək nağılları ilə həmahəngdir. Nağılların ana xəttini düzgünlük, ədalət, həqiqətin təntənəsi, vəfa, sədaqət kimi anlayışlar təşkil edir
...
7.03.2006 [13:58]
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASINDA
İCLAS KEÇİRİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) respublika elmi tədqiqatların təşkili və əlaqələndirilməsi şurasının iclası keçirilmişdir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov şuranın ölkəmizdə elmi-tədqiqatların əlaqələndirilməsinin təkmilləşdirilməsinə dair qərarın icrası ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışmış, elmi-texniki tərəqqinin əsas istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini bildirmişdir.
Akademiklər Musa Musayev, Əhliman Əmiraslanov və Asəf Nadirovun, AMEA-nın müxbir üzvü Ayaz Əfəndiyevin 2006–2008-ci illərdə kimya, biologiya, tibb, kənd təsərrüfatı elmləri sahəsində aparılacaq tədqiqat işlərinin planları ilə və elmi-texniki proqramlarla bağlı məruzələri dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
...
6.03.2006 [9:10]
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun yeni nəşri
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu görkəmli dövlət xadimi, bütün Şərqdə ilk demokratik respublikanın banilərindən biri Əlimərdanbəy Topçubaşovun anadan olmasının 140 illiyi münasibətilə “Əlimərdanbəy Topçubaşov Azərbaycan mətbuatı səhifələrində” adlı kitab nəşr etdirmişdir. AMEA-nın “Elm” Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görən kitaba Ə.Topçubaşovun 1905, 1906, qismən də 1907-1908-ci illərdəki ictimai-siyasi fəaliyyətini milli mətbuatda əks etdirən materiallar daxil olunmuşdur. Həmin materiallarda təkcə Ə.Topçubaşov haqqında deyil, bu dövrdə onunla çiyin-çiyinə mübarizə aparan ziyalılar, ictimai-siyasi mühit barədə də ətraflı məlumat əldə etmək mümkündür.
Kitabin tərtibçisi Həsən Həsənov (Əzizoğlu), latın qrafikasına çevirəni filologiya elmləri doktoru Məmməd Adilovdur...
6.03.2006 [8:05]
“HƏQİQƏTİN TƏŞNƏSİYƏM” ŞEİRLƏR KİTABI NƏŞR EDİLMİŞDİR
Azadə-Taleh Abbasqızının “Həqiqətin təşnəsiyəm” adlı şeirlər kitabı çapdan buraxılmışdır. Tbilisinin ”Kolori” nəşriyyatında Azərbaycan dilində çap edilən kitab müəllifin oxucularla 11-ci görüşüdür. Hacıxanım, şairə, həkim-jurnalist Azadə-Taleh Abbasqızının yeni kitabında müəllifin vətən, ana, gözəllik, məhəbbət mövzularında, qədim Borçalı torpağında yaşayan soydaşlarımızın əməyini, mənəvi aləmini tərənnüm edən şeirləri toplanmışdır. Topluda şairənin ithafları, deyişmələri, miniatürləri və musiqi bəstələnmiş şeirləri də dərc olunmuşdur. Kitabın rəyçisi mərhum akademik Kamal Talıbzadə, redaktoru filologiya elmləri doktoru Şurəddin Məmmədlidir ...
6.03.2006 [8:00]
İNTAS GƏNC ALİMLƏR ÜÇÜN YENİ MÜSABİQƏ KEÇİRƏCƏK
Gənc alimlərin təqaüd alması üçün elmi tədqiqat layihələri üzrə İNTAS–Azərbaycan birgə müsabiqəsi keçiriləcəkdir.
Yaşı 35–dək olan alimlərin, bütün elm sahələrində çalışan aspirant və dissertantların, habelə elmlər namizədlərinin iştirak edə biləcəyi müsabiqə ekologiya, tibb, fizika, riyaziyyat və digər bilik sahələrindəki son inkişafla bağlı tədqiqat işlərini əhatə edəcəkdir ....
6.03.2006 [7:30]
AKADEMİK YUSİF MƏMMƏDƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakının Binəqədi rayonundakı 3 nömrəli orta məktəbdə dünya şöhrətli kimyaçı alim və pedaqoq, akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.
Rayon təhsil şöbəsi tərəfindən təşkil olunmuş tədbirdə tanınmış alim və təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər
Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri Məhəbbət Qarabağlı, akademik Məhərrəm Məmmədyarov, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, rayon təhsil şöbəsinin müdiri Hüseyn Əsgərov və başqaları böyük alimin həyat yolundan, geniş elmi və pedaqoji fəaliyyətindən, elmi nailiyyətlərindən danışmışlar.
Sonra təhsil müəssisəsində yaradılan və lazımi avadanlıqla təchiz edilmiş “Akademik Yusif Məmmədəliyev adına kimya lektoriyası”nın açılışı olmuşdur. ....
5.03.2006 [22:32]
AMEA-nın elmi işçisinin yeni tərcüməsi
AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Atilla Maralanlı təbrizli alim Səməd Sərdarniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı” kitabını fars dilindən Azərbaycan dilinə tərcümə etmişdir.
Birinci dünya müharibəsi illərində ermənilərin azərbaycanlılara və türklərə qarşı soyqırımı cinayətlərindən bəhs edən əsər çapa hazırlanır...
5.03.2006 [20:15]
Türkiyəli yazıçı Yücəl Feyzioğlunun “Cırtdan ilə Xortdan” adlı yeni kitabı nəşrə hazırlanır
Türkiyəli yazıçı Yücəl Feyzioğlunun Cırtdanın sərgüzəştlərindən ibarət nağıllar kitabı dərc olunub. Kitabda “Cırtdanla sehrli toppuz”, “Cırtdan ilə Div”, “Cırtdan ilə Şahmaran qızı”, “Loğman həkimlə çıraq” və “Məlikməmmədlə sehrli alma” nağılları yer alıb. Y. Feyzioğlu bildirib ki, nağıllarda modern psixologiyasının ehtiyaclarını nəzərə alaraq, Azərbaycan nağıl qəhrəmanlarının obrazını müasirləşdirib. Qeyd edək ki, yeni toplular və Azərbaycan nağıllarının qəhrəmanları barədə Yücəl Feyzioğlunun türk mətbuat və tele-kanallarında çıxışları olub. Yücəl Feyzioğlu “Cırtdan ilə Xortdan” adlı yeni kitabının nəşrinə başladığını da qeyd edib. O bu kitabın alman və ingilis dilinə çap olunacağını vurğulayıb. Yazıçının sözlərinə görə, bir neçə aydan sonra kitabların alman dilinə tərcümə olunmuş nüsxələrinin Almaniya, Avstriya və İsveçrəyə aparılması nəzərdə tutulur. ....
AMEA-nın müxbir üzvü, mərhum TEYMUR VƏLİYEVİN 80 İLLİYİ QEYD OLUNUB
Azərbaycan Dövlət İqtisad Universitetində tanınmış iqtisadçı-alim, əməkdar elm xadimi, mərhum professor Teymur Vəliyevin 80 illiyinə həsr edilmiş mərasim keçirilmişdir.
Universitetin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev T.Vəliyevin elmi fəaliyyətindən danışmış, xatirəsinin daim əziz tutulduğunu bildirmişdir...
Ətraflı>>>
3.03.2006 [07:19]
BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR
Martın 2-də Bakı Dövlət Universitetində Birinci Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir.
Universitetin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov çıxış edərək, xalqımızın ümummilli lideri, dahi siyasi və dövlət xadimi Heydər Əliyevin dilimizin, milli mənəvi dəyərlərimizin qorunmasına...
Ətraflı>>>
2.03.2006 [13:30]
ƏDƏBİYYAT İNSTİTUTUNDA ÖTƏN İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda ötən ilin yekunlarına həsr olunmuş yığıncaq keçirildi. Yığıncaq erməni faşistləri tərəfindən törədilmiş Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad etməklə başladı.
İnstitutun direktoru, akademik Bəkir Nəbiyev bildirdi ki, ənənəyə uyğun olaraq, builki yığıncaqda da ilin ədəbi...
Ətraflı>>>
2.03.2006 [12:47]
“İNSAN VƏ CƏMİYYƏT” DƏRSLİYİ NƏŞR EDİLMİŞDİR
“Təhsil” nəşriyyatında ümumtəhsil məktəblərinin IX sinifi üçün müəllif kollektivinin hazırladığı “İnsan və cəmiyyət” dərsliyi çap olunmuşdur. “İnsan və vətəndaş”, “İnsan və iqtisadi həyat”, “İnsan inkişafı” və digər bölmələrdən ibarət kitabda elmi, pedaqoji, iqtisadi məsələlərə dair kəlamlar, müdrik sözlər də verilmişdir.
İNGİLİS DİLİ MÜTƏXƏSSİSLƏRİ VƏ BU DİLİ ÖYRƏNMƏK İSTƏYƏNLƏR ÜÇÜN KITAB
Bakı Dövlət Universiteti ingilis dili kafedrasının müdiri, dosent Abbas Abbasovun rus dilində 2002 sözdən ibarət 436 səhifəlik “İngilis atalar sözləri və məsəlləri” və 40 min termindən ibarət 490 səhifəlik “İngiliscə-rusca hüquq lüğəti” çapdan çıxmışdır. Bundan əlavə, kafedranın müəllimlərinin A. Abbasovun rəhbərliyi ilə ali məktəblər üçün Azərbaycan dilində hazırladıqları...
Ətraflı>>>