Аzərbaycan Milli Elmlər Akademiyası
  
Ünvanımız:
Bakı şəh., H.Cavid pr.31
Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9-dan 17-dək işləyir.



İstifadə olunan mənbələr:

AzərTac | DayAz | Science.az |APA

library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana

14.03.2006 [07:40]
AMEA-nın Naxçıvan bölməsində Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və albanlar” kitabı tənqid edilib

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində tarixçi alim Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və albanlar” kitabı müzakirə edilib. Müzakirələrdə kitabın səhv mənbələr əsasında yazıldığı və kitabdakı xəritələrdə Azərbaycan ərazisinin düzgün göstərilmədiyi qeyd olunub.


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana
14.03.2006 [07:32]
KİTAB KLUBU FƏALİYYƏT SAHƏSİNİ GENİŞLƏNDİRİR

Kitab klubunun mətbu orqanı olan “Azərbaycan nəşrləri” rüblük jurnal-kataloqu artıq min nüsxə tirajla çap edilir. Klub respublikamızın nəşriyyatlarında çap olunan yeni kitabları jurnal vasitəsilə Azərbaycanın və xarici ölkələrin potensial oxucularına tanıtdırır. Hazırda jurnal-kataloq həm ölkə daxilində, həm də Almaniya, İsveç, Belçika və Fransada yayılır. Xarici ölkələrdə bədii ədəbiyyatımıza marağı artırmaq məqsədi ilə klubun saytı təkcə Azərbaycan dilində deyil, ingilis və rus dillərində də fəaliyyətə başlamışdır. Bu da ingilis və rusdilli kitabsevərlərin nəşriyyatlarımızda çap olunan kitablar haqqında məlumat almalarına, kitab sifariş vermələrinə imkan yaradacaqdır.


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana
13.03.2006 [15:55]
ÖTƏN İL DİLÇİLİK İNSTİTUTU ÜÇÜN UĞURLU OLMUŞDUR

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda 1 istiqamət, 5 problem, 19 mövzu üzrə elmi tədqiqat işləri aparılmış, 6 mövzu da 19 iş tamamlanmış, o cümlədən “Azərbaycan dilinin orfoepiya lüğəti” çapa hazırlanmışdır. Lüğətdə 25 mindən artıq sözün ədəbi tələffüz qaydası göstərilmişdir. Bu, həcminə görə indiyə kimi nəşr olunmuş lüğətlərin ən böyüyüdür. Kitabın əvvəlində Azərbaycan dilinin orfoepiya qaydaları və prinsipləri də verilmişdir. “İzahlı ictimai- siyasi terminlər lüğəti” iqtisadiyyatın maliyyə- kredit, audit sahələrinin, fəlsəfi, hüquqi və ictimai həyatla bağlı anlayışların əhatə edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Burada 8 min 500–dən çox terminin izahı verilmişdir.


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana
11.03.2006 [22:45]
ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLMİŞDİR

AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda elmi-nəzəri seminar keçirilmişdir. Seminarda institutun direktoru, filologiya elmləri doktoru Əbülfəz Quliyev bu elm ocağının milli maraqlarımıza söykənən elmi tədqiqat işlərinin ictimaiyyət tərəfindən maraqla izlənildiyini qeyd etmişdir. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri namizədi Firudin Rzayev “Naxçıvan Bus-türk tayfaları” mövzusunda məruzə etmişdir. Məruzəçi Naxçıvan toponimlərində Bus-türk tayfalarının varlığını linqvistik baxımdan şərh etmiş, bu faktlar əsasında Bus-türk tayfalarının Naxçıvan ərazisində yaşadıqları barədə mülahizələrini irəli sürmüşdür. Sonda seminar iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verilmişdir.


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana
11.03.2006 [16:27]
ASPİRANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLƏCƏK

Martın 15-16-da Bakı Dövlət Universitetində aspirantların və gənc tədqiqatçıların XI respublika elmi konfransı keçiriləcəkdir. 18 bölmədə təşkil ediləcək konfransda fizika, riyaziyyat, kimya, kimya-texnologiya, biologiya, tarix, tibb və digər elm sahələri üzrə məruzələr dinləniləcək, qaliblər müəyyənləşdiriləcəkdir.


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana
11.03.2006 [10:21]
“FİLOLOQUN KİTABXANASI-100” SERİYASINDAN İKİNCİ KİTAB İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
Bakı Slavyan Universitetinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, burada rektor, professor Kamal Abdullayevin rəhbərliyi ilə həyata keçirilən “Filoloqun kitabxanası-100” layihəsi çərçivəsində ikinci kitab – məşhur dilçi alim E.Kaseriunun “Ümumi dilçiliyə giriş” əsəri nəşr etdirilmişdir. Bu əsərdə dilçiliyin aktual problemləri, onun fəlsəfə ilə sıx bağlılığı geniş şərh edilir, dünya dilçilik elmindəki cərəyanlar araşdırılır, dilin sistem və struktur əlamətləri açılıb göstərilir. Layihədə dünya ədəbi-fəlsəfi-filoloji fikrini ehtiva edən 100 seçmə əsərin orijinaldan dilimizə tərcüməsi və nəşri nəzərdə tutulur. “Ümumi dilçiliyə giriş” kitabının alman dilindən tərcüməçisi, ön sözün və qeydlərin müəllifi filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllidir.


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana
11.03.2006 [08:20]
YAŞAR QARAYEVİN 70 İLLİYİ QEYD OLUNUB
Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyətinin binasında görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaşar Qarayevin anadan olmasının 70 illiyinə həsr edilmiş yığıncaq keçirilmişdir. Əvvəlcə, iştirakçılar alimin elmi yaradıcılığına dair təşkil edilmiş sərgi ilə tanış olmuşlar. Məlumat üçün bildirək ki, sərgi f.e.n. Aybəniz Əliyeva-Kəngərlinin təşəbbüsü ilə Mərkəzi Elmi
Ətraflı>>>


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana
10.03.2006 [16:47]
“NURLAN” NƏŞRİYYATININ YENİ KİTABLARI
“Nurlan” nəşriyyatında İ.Hasanlının “Torpaq harayı”, B.Zeynalovun “Sarıcallının üfüqləri”, Eldar İsmayılın “Xatırla məni”, T.Cəlilovanın “I kursda ev oxusu”, T.Abdullayevin “Qələm dostlarımın xatirəsi”, Roza Qurbanovanın “Göte yaradıcılığında məhəbbət mövzusu”, Yavər Abbasovun “Ümumi fizika kursu”, Vaqif Hüseynovun “Mənə vaxt verin” (şeirlər), Sabir Şahtaxtının “Xəzəl oldu Xocalının Xəzangülü” və “Sönmüş inam” kitabları çap olun muşdur.


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana
10.03.2006 [12:44]
HƏMYERLİMİZİN ELMİ ARAŞDIRMALARI MARAQLA İZLƏNİLİR
Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun radiokimya laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri namizədi Vüqar Hüseynov Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Avstriyanın Zibesdorf şəhərindəki Radionuklidlərin Monitorinq Mərkəzində elmi tədqiqat işləri aparır. Həmyerlimizin radionuklidlərə dair araşdırmaları bir sıra ölkələrdə böyük maraq və diqqətlə izlənilir


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana
10.03.2006 [12:10]
AZƏRBAYCAN ALİMLƏRİ AVSTRİYADA ELMİ EZAMİYYƏTDƏ OLMUŞLAR
AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, kimya elmləri doktoru Adil Qəribov, direktor müavini, fizika-riyaziyyat elmləri namizədi İbrahim Qabulov Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Azərbaycanda radionuklidlərin monitorinq sisteminin inkişaf etdirilməsi layihəsi çərçivəsində Avstriyanın Zibesdorf şəhərindəki Radionuklidlərin Monitorinq Mərkəzində elmi ezamiyyətdə olmuşlar. Səfərdən məqsəd ölkəmizin sərhədyanı çaylarının radonuklidlərlə çirklənməsi dərəcəsini öyrənmək üçün keçirilmiş beynəlxalq ekspedisiyanın nəticələri ilə tanış olmaq idi


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana
9.03.2006 [14:10]
ALMANİYADA “ORİJİNALDAN TƏRCÜMƏLƏR” KİTABI ÇAP OLUNMUŞDUR
Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutu tərəfindən alman dilindən “Orijinaldan tərcümələr” kitabı çap olunmuşdur. Kitaba İohann Volfanq Höte, İohann Keistof Fridrix Şiller, Henrix Heyne, Bertold Brext, Günter Qrass kimi alman ədəbi klassiklərinin və müasirlərinin, eləcə də alman dilində yazıb-yaradan Şahnuz Rəşid, Zafer Şənocak kimi fars və türk mənşəli şairlərin şeir nümunələrindən tərcümələr daxil edilmişdir. Almaniyada yaşayıb-yaradan və müasir fars poeziyasında böyük nüfuz qazanmış Fərrux Fərruxzadənin şeirlərinə də kitabda xüsusi yer ayrılmışdır. Kitabın sonunda Avropanın həqiqət mübarizləri olmuş qadın yazıçılarının deyimləri verilmişdir. Kitab N.Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru, şair-publisist Nuridə Atəşi tərəfindən tərcümə olunmuşdur. İnstitut hazırda Azərbaycan klassiklərinin və müasir ədiblərinin əsərlərinin alman dilində antologiyası üzərində işləyir.


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana
9.03.2006 [14:00]
“TÜRKOLOGİYAYA GİRİŞ” KİTABI ÇAP OLUNMUŞDUR
“Nurlan” nəşriyyatında filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun “Türkologiyaya giriş” kitabı çap olunmuşdur. Təhsil Nazirliyinin elmi-metodik şurası tərəfindən dərslik kimi təsdiq olunmuş kitabda dillərin morfoloji təsnifi, türk dillərinin digər dil ailələri ilə qohumluğu, mövcud cərəyanlar barədə (Ural-Altay, Altay, skif dillər, Turan dilləri cərəyanları) məlumat verilmişdir. Dərslikdə türk dillərinin tarixinə, təsnifinə, quruluşuna dair mövcud fikirlərə xüsusi yer ayrılmışdır. Kitabda oğuz, qıpçaq, bulqar, karluq-uyğur, uyğur-oğuz, çuvaş və yakut dillər qrupuna daxil olan türk dillərinin hər birinə dair təhlillər aparılmış, türk xalqlarının əlifbaları, I Türkoloji qurultay haqqında da məlumat verilmişdir. Ali məktəblərin müəllim və tələbələri, magistrlər, elmi işçilər üçün nəzərdə tutulmuş dərsliyin redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovdur....


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana
9.03.2006 [13:53]
“AZƏRBAYCANIN ANTİK VƏ ORTA ƏSR ARXEOLOGİYASI PROBLEMLƏRİ” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
“Nafta–Press” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanın antik və orta əsr arxeologiyası problemləri” kitabı çapdan çıxmışdır. Tanınmış arxeoloq alim Ömər İsmizadənin 100 illiyinə həsr olunmuş məqalələr toplusunda alimin həyat və yaradıcılığından, Azərbaycanın antik və orta əsrlər arxeologiyasından bəhs edilir...


library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana
9.03.2006 [01:37]
"Nəşriyyat işinin əsasları" çapdan çıxıb
Bəhruz Axundovun və Mahmud Mahmudovun "Nəşriyyat işinin əsasları" adlı kitabı işıq üzü görüb. Kitabın elmi məsləhətçisi Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, əməkdar incəsənət xadimi şair-publisist Çingiz Əlioğludur. "Aspoliqraf" nəşriyyatında çapdan çıxan "Nəşriyyat işinin əsasları"nın elmi redaktorları filologiya elmləri namizədi Akif Rüstəmov, Bakı Dövlət Universitetinin jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi Ayaz Musayevdir...

[1     [2    [3    [4    [5    [6    [7    [8    [9    [10       -->>


Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları