Aprelin 6-da Beynəlxalq Mətbuat Mərkəzində Qiya Paçxataşvilinin tərcüməsində “Samed Vurqun. Qolos” (Səməd Vurğunun səsi) kitabının təqdimat mərasimi keçirilmişdir.
“Qafqaz-media” ictimai birliyinin sədri, “Qafqaz-pres” qəzetinin baş redaktoru Azadə Taleh beş tərcümə kitabının müəllifi, gürcü, Azərbaycan və rus dillərində yazan Qiya Paçxataşvilinin həyat və yaradıcılığı barədə məlumat Ətraflı
verərək, yeni tərcümə kitabının məziyyətlərindən danışmışdır.
Xalq şairinin 100 illik yubileyi ilə əlaqədar işıq üzü görən kitabın giriş sözündə bildirilir ki, bu günə qədər Səməd Vurğunun yaradıcılığına çox müəlliflər müraciət etmişlər. Bu, şairin yaradıcılığına hörmət və məhəbbətin təzahürüdür. Gürcü şairinin səyləri də bu baxımdan qiymətləndirilməlidir. Tərcüməçi kitabın nəşrə hazırlanması ilə bağlı məsələlərdən danışmış, onun işıq üzü görməsinə kömək edən, maliyyə dəstəyi göstərən insanlara minnətdarlığını bildirmişdir. Şairin qızı Aybəniz Vəkilova atası barədə xatirələrini danışmışdır. Axırda Q.Paçxataşvili jurnalistlərin suallarına cavab vermişdir.
7.04.2006 [9:35]
“YARIMÇIQ ƏLYAZMA” ROMANI RUSİYADA NƏŞR OLUNMUŞDUR
Kamal Abdullanın son dövr Azərbaycan ədəbiyyatında hadisə kimi qiymətləndirilən ”Yarımçıq əlyazma” romanı bu günlərdə Moskvanın “Xronikyor” nəşriyyatında işıq üzü görmüşdür. Xatırladaq ki, Azərbaycanda nəşr olunduğu vaxtdan roman ətrafında həm yerli, həm də xarici mətbuatda geniş müzakirələr getmişdir. Ötən il roman nüfuzlu “L.Harmattan” nəşriyyatının təşəbbüsü ilə Fransada da işıq üzü görmüş, bu ölkənin Azərbaycandakı səfirliyində kitabın təqdimat mərasimi keçirilmişdi.
“Yarımçıq əlyazma” “Çağdaş nəsr dünyası” seriyası ilə çapdan çıxmışdır. İki min nüsxə tirajla buraxılan kitaba məşhur ədəbiyyatşünas alim, filosof Lev Anninski ön söz yazmışdır. Romanı rus dilinə tanınmış sənətkar, rejissor Vaqif İbrahimoğlu tərcümə etmişdir.
5.04.2006 [9:21]
MƏRKƏZİ ELMİ KİTABXANANIN ƏMƏKDAŞLARI BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏKLƏR
7-12 sentyabr 2006-cı il tarixində Rusiya Dövlət Tarix Kitabxanasında "Kitabxana fondlarının komplektləşdirilməsi üzrə əməkdaşlıq: Şərq-Qərb" adlı beynəlxalq tədbir keçiriləcək. Seminar xarakterli tədbirin əsas məqsədi müasir dövrdə beynəlxalq kitab mübadiləsi yolu ilə fondların yeni nəşrlərlə təmin edilməsi məsələsini müzakirə etməkdir. Ənənəvi olaraq bu dəfə də MEK-nın əməkdaşları seminarda iştirak edəcəklər.
5.04.2006 [8:33]
RUSDİLLİ ŞAİRLƏRİN KİTABI ÇAP OLUNMUŞDUR
“İnsanlara məhəbbətlə” şeirlər məcmuəsi rus dilində çapdan çıxmışdır. Kitabın tərtibçisi və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Həsən Quliyevdir.
“Luç” Rus-Azərbaycan Ədəbi Əlaqələr Assosiasiyasının nəşri olan kitabda Azərbaycanın rusdilli şairlərinin – hazırda İsraildə yaşayan, lakin özünü yenə də bakılı sayan Mark Bernşteynin, yaşlı nəslə mənsub Valentina Əfəndiyevanın, Stanislav Savelyevin, Gennadi Salayevin, Yuri Məmmədovun, eləcə də gənc nəslin nümayəndələri Zaur Mehdiyevin, Tatyana Markovanın və digərlərinin paytaxtımız haqqında, duyğu və düşüncələrini əks etdirən şeirləri toplanmışdır.
5.04.2006 [8:19]
OSMANLI-SƏFƏVİ MÜHARİBƏSİNİN SƏBƏBLƏRİNİN TƏHLİLİNƏ AİD KİTAB ÇAPDAN ÇIXMIŞDIR
Fərəh Hüseynin “1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsi” kitabı rus dilində çap olunmuşdur.
XVI əsr Osmanlı tarixçisi İ.Rəhimizadənin əsərlərinin materialları əsasında yazılmış, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə çap olunmuş kitabda adıçəkilən müharibənin səbəbləri, gedişi və nəticəsi təhlil edilmişdir.
İ.Rəhimizadənin əsərlərindən çıxarışların da verildiyi kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü O.Əfəndiyev və tarix elmləri doktoru, professor Ş.Fərzəlibəylidir.
3.04.2006 [9:09]
"Molla Nəsrəddin" jurnalının tədqiqinin biblioqrafik göstəricisinin tərtibi AMEA MEK-ya tapşırılıb
Bu ilin aprel ayında Azərbaycanın ilk satirik jurnalı "Molla Nəsrəddin"in yüz illiyi tamam olur.
Mədəni həyatın və ədəbi ictimai fikrin inkişafında müstəsna yerini, milli özünüdərkin bərqərar olunmasındakı böyük əhəmiyyətini nəzərə alaraq ölkə Prezidenti İlham Əliyev 23 yanvar 2005-ci il tarixli sərəncamı ilə "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyinin qeyd edilməsini qərara almış və... Ətraflı
Azərbaycan Milli Elmlər Akademiyası, AR Təhsil Nazirliyi, AR Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi barədə göstəriş vermişdir. Tədbirlər planına "Molla Nəsrəddin" jurnalının tədqiqinin biblioqrafik göstəricisinin tərtibi də daxil edilmişdir. Məlumat üçün bildirək ki, sözügedən göstəricinin tərtibi Mərkəzi Elmi Kitabxanaya həvalə olunmuşdur.
3.04.2006 [9:00]
Mərkəzi Elmi Kitabxana Səməd Vurğunun bədii və elmi əsərlərinin yeni biblioqrafik göstəricisini nəşrə hazırlayacaq
Bu il görkəmli şairimiz Səməd Vurğunun 100 yaşı tamam olur. Bu münasibətlə Prezident İlham Əliyevin 7 fevral 2006-cı il tarixində imzaladığı sərəncamda Səməd Vurğunun 100 illik yubileyinin qeyd olunması nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, 2006-cı ilin mart aynıda Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər ...
Ətraflı
göstərən görkəmli şair Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) anadan olmasının 100 illiyi tamam olur. Azərbaycanın xalq şairi Səməd Vurğunun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alınır ki, Milli Elmlər Akademiyası, Mədəniyyət və Turzim Nazirliyi və Təhsil Nazirliyi Yazıçılar Birliyi ilə birlikdə Səməd Vurğunun 100 illik yubileyinə həsr olunan tədbirlər planı hazırlanıb həyata keçirsin. Bu münasibətlə Səməd Vurğunun bədii və elmi əsərlərinin yeni biblioqrafik göstəricisinin nəşri nəzərdə tutlub. Müvafiq nəşrin hazırlanması Mərkəzi Elmi Kitabxana tərəfindən həyata keçiriləcəkdir.
Prezident İlham Əliyev görkəmli Azərbaycan şairi Süleyman Rüstəmin (Süleyman Əliabbas oğlu Rustəmzadə) anadan olmasının 100 illiyinin qeyd olunması ilə də bağlı sərəncam imzalayıb. Azərbaycanın xlaq şairi Süleyman Rüstəmin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alınır ki, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Yazıçılar Birliyi ilə birlikdə Süleyman Rüstəmin 100 illik yubileyinə həsr olunan tədbirlər planı hazırlayıb həyata keçirsin.
31.03.2006 [12:07]
MEK-da “31- mart Azərbaycanlıların Soyqırımı Günü” adlı sərgi
Bu gün kitabxanamızda “31- mart Azərbaycanlıların Soyqırımı Günü” nə həsr olunmuş sərgi təşkil olundu. Sərgidə ermənilərin törətdikləri soyqırım ilə bağlı tarixi faktlardan, V-XVIII əsrləri əhatə edən soyqırımla bağlı ədəbiyyatlardan, ermənilərin Xocalıda xalqımıza qarşı törətdikləri cinayətlərndən, deportasiya və qaçqınlıq mövzularından bəhs edən kitablar və jurnallar nümayiş etdirildi. Burada nümayiş olunan kitablar arasında əsasən rus və ingiliscəyə çevrilmiş nəşrlər daha çox diqqət çəkdi. Ümumilikdə sərgini gün ərzində 700-dən artıq oxucu ziyarət etdi.
31.03.2006 [9:07]
SƏMƏD VURĞUNUN 100 KƏLAMI
Şair-tərcüməçi, publisist Giya Paçxataşvilinin böyük Azərbaycan şairi Səməd Vurğunun əsərlərindən seçib tərtib etdiyi “Aforizm dahilərin hikmətidir” adlı yeni miniatür kitabı çapdan çıxmışdır. Hələ 1987-ci ildə Səməd Vurğunun Azərbaycan dilində aforizmlər toplusu çapdan çıxmışdı. Lakin yeni nəşrin dəyəri ondadır ki, müdrik kəlamlar cəmiyyətimizdə nələrin çatmadığını və nələri xatırlatmaq lazım gəldiyini aydın dərk edən müasir şair tərəfindən seçilərək, tərcümə olunmuş və çapa hazırlanmışdır. Tərtibatçı Vətən sevgisini hər şeydən uca tutan S.Vurğunun əsərlərindən seçmələri diqqətə çatdırır və oxucunu qaynaqlara qaytarır. Qeyd etmək lazımdır ki, G.Paçxataşvilinin 2005-ci ildə çapdan çıxan “Səs” kitabına Səməd Vurğunun şeirləri və “Ölüm kürsüsü” poeması daxil olunmuşdur.
31.03.2006 [8:26]
Akademik Cəlal Əliyevin "Dağlıq Qarabağ Azərbaycanın qanı, canıdır" kitabı Moskvada çap olunmuşdur
AzərTAc xəbər verir ki, dünya şöhrətli seleksiyaçı alim, Milli Məclisin deputatı, əməkdar elm xadimi, akademik Cəlal Əliyevin «Dağlıq Qarabağ Azərbaycanın qanı, canıdır (tarixi replika)» kitabı Moskvada rus dilində çap olunmuşdur. Azərbaycanın təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş əzəli torpaqları - Dağlıq Qarabağa həsr edilmiş bu nəfis tərtibatlı kitabın naşiri rusiyalı yazıçı, şərqşünas, türkoloq, Azərbaycanşünas və tarixçi alim İqor Peçenevdir. Akademik Cəlal Əliyev Dağlıq Qarabağ haqqında yazdığı bu növbəti kitabında tarixə... Ətraflı>>>
29.03.2006 [22:26]
OQTAY RZANIN YENİ ŞEİRLƏR KİTABI
Şair-publisist, geologiya-mineralogiya elmləri namizədi Oqtay Rzanın “Rübai karvanı, dördlük çələngi” şeirlər kitabı “Qızıl Şərq” ASC-də çap olunmuşdur.
Kitabdakı bir və iki bəndlik misralarda torpağa, Vətənə, insana, gözəlliklərə məhəbbət əksini tapmışdır. Müəllif lirik-bədii, fəlsəfi-psixoloji, ictimai-siyasi düşüncələrini yığcam, nümunələrdə oxucuya çatdırmışdır.
Kitabda respublikamızın tanınmış ziyalılarının, alimlərinin
(akademik Akif Əlizadə, AMEA-nın müxbir üzvləri Kərim Kərimov, Ramiz Qurbanov, Vaqif Abbasov, şair İlyas Tapdıq və s.) Oqtay Rza haqqında ürək sözləri də verilmişdir.
29.03.2006 [9:10]
MƏNALI ÖMÜR YOLU [AĞƏLİ DADAŞOV-100]
1906-cı ilin gözəl bahar fəslində Bakıda fəhlə ailəsində Ağəli adlı bir körpə dünyaya gəlmişdi. Bu gün 100 illik yubileyi qeyd edilən Ağəli Dadaşov bütün mənalı ömrünü teatr sənətinə bağlamışdır. Ağəli 1925-ci ildə N.Nərimanov adına Sənaye Texnikomuna daxil olmuş, lakin oranı bitirməmiş, bir ildən sonra M.F. Axundov adına Teatr Texnikomuna qəbul edilmişdir. Bu, onun teatr sənəti yolunda atdığı ilk addım idi. Ağəli Dadaşov1930-cu ildə... Ətraflı>>>