ELMİ KONFRANS KEÇİRİLƏCƏK
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 2006-cı ilin oktyabr ayında böyük Azərbaycan şairi və mütəfəkkiri Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 880 illiyinə həsr olunmuş «Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri» adlı X Respublika elmi-konfransını keçirməyi planlaşdırır.
Konfransda Xaqaninin yaradıcılığının və əlyazma irsinin, eləcə də Azərbaycan elm və mədəniyyət tarixinə dair yazılı mənbələrin öyrəniiməsi ilə əlaqədar başqa problemlərə üstünlük veriləcəkdir.
18.04.2006 [9:12]
Mədəniyyət və Turizm Nazirliyi kitabxana sektorunun inkişafı ilə bağlı xüsusi proqram hazırlayır
“Kitabxanaların vəziyyətini yaxşılaşdırmaq üçün xüsusi proqram hazırlayırıq. Bu proqram çərçivəsində kitabxanalarda tədricən kitabxana və informasiya mərkəzlərinin yaradılması nəzərdə tutulub" -deyə Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev mətbuat nümayəndələrinə açıqlama verib. Xatırladaq ki, adıçəkilən proqram "Kitabxana işi haqqında" Qanundan sonra dövlət tərəfindən kitabxanaların inkişafına yönəlmiş ikinci böyük bir sənəddir.
14.04.2006 [9:19]
“AZƏRBAYCANIN ELM VƏ MƏDƏNİYYƏT XADİMLƏRİ” SERİYASINDAN YENİ KİTAB
AMEA-nın Fizika İnstitutunun hazırladığı “Firudin Haşımzadə. Biblioqrafiya” kitabı “Ləman” nəşriyyatında çap olunmuşdur.
“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında çıxmış biblioqrafiyada tanınmış alim, respublikamızda bərk cisim nəzəriyyəsi istiqamətinin yaranmasında müstəsna xidmətləri olan akademik F.Haşımzadənin həyat və yaradıcılığının əsas məqamları əks olunmuşdur.
13.04.2006 [23:05]
"Molla Nəsrəddin" tədqiqatçılarının əsərlərindən ibarət sərgi
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər davam edir. Yaxın günlərdə kitabxanada "Molla Nəsrəddin" jurnalını tədqiq edən görkəmli alimlərimizin əsərlərindən ibarət sərgi təşkil olunacaq. Məlumat üçün bildirək ki, sərgidə "Molla Nəsrəddin"in fədakar tədqiqatçıları, tanınmış ədəbiyyatşünas alimlər-professor Firudin Hüseynov, Abbas Zamanov, M.İbrahimov, professor Əziz Mirəhmədov, bu sahədə görkəmli və təcrübəli alim T.Həsənzadə, professor Əziz Şərif, professor Mircəlal Paşayev, filologiya elmləri doktoru Yaşar Qarayev, İsa Həbibbəyli və başqaları kimi görkəmli tədqiqatçıların əsərləri nümayiş olunacaq. Sərgidə xarici qonaqların da iştirakı gözlənilir
18.04.2006 [9:10]
“NOBEL İMPERİYASI” KİTABI AZƏRBAYCAN HƏQİQƏTLƏRİNDƏN BƏHS EDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində İsveç yazıçı-jurnalisti, xanım Brita Asbrinkin “Nobel imperiyası” kitabının təqdimat mərasimi olmuşdur.
Dövlət Komitəsinin II ərazi şöbəsi müdirinin müavini Tahir Hacıyev xanım Brita Asbrinkin 1997-1998-ci illərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Azərbaycandakı fəaliyyəti və kitabın ərsəyə gəlməsində komitənin rolu barədə məlumat vermişdir. Ətraflı
İsveçdəki Azərbaycan Akademik Birliyinin sədri Bəhram Atabəyli demişdir ki, mərasimdə Nobel qardaşlarının rəhbərliyi ilə Azərbaycanda çalışmış İsveç, alman və fin iş adamlarının nəvə-nəticələri də iştirak edirlər. Onların səfərindən məqsəd Azərbaycanla yaxından tanış olmaq və əlaqələri inkişaf etdirməkdir. Qonaqlar artıq bir neçə yerdə olmuş, nənə-babalarının çalışdıqları yerlərlərə baş çəkmişlər.
Sonra xanım Brita Asbrink kitabından danışmışdır. Bildirmişdir ki, 1997-98-ci illərdə Azərbaycanda çalışarkən Nobel qardaşları barədə məlumat toplamış və sonralar əldə etdiyi materiallar əsasında kitab yazmağa başlamışdır. İngilis və rus dillərində çap olunmuş kitabda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, 1903, 1905, 1907 və 1918-ci illərdə Azərbaycanda baş vermiş hadisələr, bolşeviklərin dəstəyi ilə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər və digər faktlar əksini tapmışdır. Kitabda Azərbaycan iqtisadiyyatının o vaxtkı inkişaf imkanları, xarici ekstremist qüvvələrin bu inkişafa törətdiyi əngəllər, Nobel qardaşlarının rəhbərliyi ilə çalışmış xarici iş adamlarının qarşılaşdıqları problemlər və onların xatirələri, ailələrinə yazdıqları məktublardan sitatlar da yer almışdır. Kitabı yazmaqda əsas məqsədlərdən biri də Azərbaycanı neft səltənəti kimi bir daha dünyaya tanıtdırmaqdır.
Sonra Nobel qardaşlarının rəhbərliyi ilə Azərbaycanda çalışmış alman, İsveç və fin iş adamlarının nəvə-nəticələri ölkəmizlə bağlı eşitdiklərindən bəhs etmiş, Bakıda gördüklərindən məmnunluqla söz açmışlar.
Riqo Ekland babasının 100 il əvvəl Azərbaycandan apardığı xalçanın ecazkarlığından, Vivira Ursula nənəsinin Bakıda ailə qurmasından və Azərbaycanla bağlı xatirələrindən danışmışlar. Nümayəndə heyətinin tərkibində olan jurnalistlər Azərbaycan həqiqətləri, xalqımızın qonaqpərvərliyi barədə mətbuatda geniş materiallar dərc edəcəklərini bildirmişlər.
14.04.2006 [9:20]
“HEYDƏR ƏLİYEV VƏ BƏRDƏ” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bərdədə “Heydər Əliyev və Bərdə” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə, ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.
Təqdimat mərasimi Heydər Əliyev muzeyində davam etdirilmiş, iştirakçılar muzeyin eksponatları ilə tanış olmuşlar. Rayon icra hakimiyyətinin başçısı, YAP rayon təşkilatının sədri İlham Ağayev “Heydər Əliyev və Bərdə” kitabının əhəmiyyətindən danışmış... Ətraflı
ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə 14 dəfə Bərdədə olduğunu, əməkçilərlə unudulmaz görüşlərini xatırlatmışdır. Kitabda ümummilli liderimizin Bərdə rayonunun sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açılır. Mərasimdə ulu öndərin “Qarabağın bütün guşələri, o cümlədən Bərdə mənim üçün doğma, daha əzizdir” fikri məhəbbətlə xatırlanmışdır.
Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Hümbət Əliyev, həkim Qurban Ağayev, müəllimə Minayə Nəbbat, məşhur sürücü-mexanik, Prezident təqaüdçüsü Tərlan Musayeva və başqaları “Heydər Əliyev və Bərdə” kitabının bərdəlilərə böyük töhfə olduğunu qeyd etmişlər
13.04.2006 [19:30]
"Əli və Nino" romanı Türkiyədə nəşr olunub
Azərbaycan tarixinin mürəkkəb bir dövründə - XX əsrin əvvəllərində baş vermiş maraqlı hadisələri bədii dillə əks etdirən məşhur "Əli və Nino" romanı bu yaxınlarda Türkiyədə nəşr olunub. "Kaknüs yayınları" nəşriyyat evinin çap etdiyi romanın müəllifi kimi görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli göstərilib. Romanı Türkiyə türkcəsinə Azad Ağayev və Əli Əkbər Əliyev çeviriblər. Mütərcimlər bu işi "Əli və Nino"nun Azərbaycan dilində Ətraflı
və rusca nəşrlərindən, müqayisəli yolla bəhrələnməklə, həyata keçiriblər Xatırladaq ki, "Əli və Nino" romanı bu vaxta qədər dünyanın əksər inkişaf etmiş ölkələrində, ən müxtəlif dillərdə və yüzminlərlə nüsxə tirajla nəşr edilib. İndinin özündə də böyük maraqla oxunan "Əli və Nino", heç şübhəsiz, türkiyəli oxucuların da rəğbət bəslədikləri əsərlərdəndir.
13.04.2006 [14:35]
ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRİ
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu anadan olmasının 150 illiyi münasibətilə klassik Azərbaycan şeirinin layiqli davamçılarından biri Əbdülxalıq Cənnətinin “Vətən təranəsi” adlı şeirlər toplusunu nəşr etdirmişdir.
Cənnətinin əsərlərinin bir sıra əlyazma nüsxələrinin, o cümlədən avtoqraflarının saxlandığı institutun əməkdaşları Sona Xəyal və Mustafa Mailoğlu kitabı çapa hazırlayarkən görkəmli şair və ədəbiyyatşünas Əlabbas Müznibin topladığı nümunələrdən istifadə etmişlər. Kitabın redaktoru filologiya elmləri doktoru Məmməd Adilovdur.
11.04.2006 [16:20]
"Süleyman Rüstəm-100" kitab sərgisi
AMEA Mərkəzi Elmi Kitabxanasının təşkil etdiyi “Süleyman Rüstəm – 100” adlı sərgidə böyük vətənpərvər və nəğməkar şair, Azərbaycan xalq şairi Süleyman Rüstəmin əsərlərindən “Bir az da məhəbbətdən”, “Qafurun ürəyi”, “Durna”, “Sülh nəğmələri”, “Bahar düşüncələri”, “Mənim günəşim” və digər kitabları, latın qrafikası ilə nəşr olunmuş “Seçilmiş əsərləri”nin 2 cildliyi və yaradıcılığından bəhs edən jurnallar nümayiş etdirildi.
...
10.04.2006 [15:20]
"Molla Nəsrəddin-100" sərgisi
MEK-nın təşkil etdiyi “Molla Nəsrəddin - 100” adlı sərgidə 1906-cı ildən sonrakı illərdə nəşr olunmuş “Molla Nəsrəddin” jurnalının nümunələri, İslam Ağayevin “Molla Nəsrəddin poetikası” və “Molla Nəsrəddinin tarixi hünəri” kitabları, Əziz Mirəhmədovun “Azərbaycan Molla Nəsrəddini” kitabı, Nadir Axundovun “Molla Nəsrəddin jurnalının nəşri tarixi” kitabı, Əziz Şərifovun “Molla Nəsrəddin necə yarandı” kitabı, A. Əliyevin “Mirzə Cəlil və Azərbaycan mətbuatı” kitabı və s., həmçinin Molla Nəsrəddinə həsr olunmuş jurnallar nümayiş etdirildi.
10.04.2006 [9:20]
Azərbaycanın təhsil naziri kitabxanaların ləğv edilməsinə qarşı çıxış edir
Azərbaycanın təhsil naziri Misir Mərdanov kitabxanaların ləğv edilməsinə qarşı çıxış edir. Bu barədə jurnalistlərə nazirin özü bildirib.
Cəmiyyətin maariflənməsində kitabxanaların rolunu qeyd edən nazir bəyan edib ki, bu gün kitabxanaların latın əlifbası ilə yazılmış kitablarla təmin olunması problemi tamamilə həll olunub. Hazırda nazirlik «Məktəb kitabxanalarının
... Ətraflı
fəaliyyətinin təkmilləşdirilməsi» üzrə xüsusi dövlət Proqramı üzərində işləyir.Proqramda məktəb kitabxanalarının maddi-texniki bazasının gücləndirilməsi, burada müasir informasiya texnologiyalarının tətbiqi, ixtisaslı kadrların hazırlanması və s. nəzərdə tutulur. M.Mərdanovun sözlərinə görə, proqramın layihəsi baxılmaq üçün hökumət və digər müvafiq qurumlara təqdim olunacaq. Proqramın dövlət hesabına mailyyələşdirilməsi nəzərdə tutulur.
10.04.2006 [9:19]
“Molla Nəsrəddin” jurnalının Təbrizdə nəşr olunmuş 8 sayının yeni versiyasının və jurnalın İnternet saytının təqdimatı olub
Jurnal və sayt Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşəbbüsü ilə hazırlanıb. Tədbirdə çıxış edən SAMF-nin rəhbəri, şair Musa Yaqub “Molla Nəsrəddin”in Azərbaycan mətbu həyatındakı rolundan danışıb... Ətraflı
yeni nəşrin jurnalın 100 illiyinə böyük töhfə olduğunu deyib: “Jurnalın Tiflis və Bakı nəşrləri, Mirzə Cəlilin bu dövr fəaliyyəti daha əhatəli tədqiq olunduğu, öyrənildiyi halda, bü dövrdə nəşr olunan Təbriz nəşrinin yeni və ciddi araşdırmaya ehtiyacı var”.
Jurnalı tərcümə edən və çapa hazırlayan Elmira Qasımova isə yeni nəşrdə Təbriz saylarının dilinin və orijinallığının saxlanıldığını qeyd edib, bildirib ki, latın qrafikası ilə nəşr olunan bu nömrələr oxucular üçün maraqlı mənbə olacaq.
Təqdim olunan www.mollanesreddin.azfreespeech.org ünvanlı saytda isə
jurnalın müxtəlif nömrələrində çap olunan karikaturalar, felyetonlar yerləşdirilib.
10.04.2006 [9:12]
XALQ ŞAİRİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS
AMEA-nın Naxçıvan bölməsində keçirilən növbəti elmi konfrans xalq şairi Səməd Vurğunun 100 illiyinə həsr olunmuşdur.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru Əbülfəz Quliyev şairin Azərbaycan ədəbiyyatında yeri, onun yaradıcılığı barədə məlumat vermişdir.
Tədbirdə “Səməd Vurğunun lirikası”, “Səməd Vurğun və Naxçıvan teatrı”, “Qüdrətli sözdən görünən zaman”, “Vaqif” və “Aygün” əsərləri haqqında düşüncələr” məruzələri dinlənmişdir.
Aprelin 8-də Kitab Klubunun sərgi salonunda yazıçı Elçin Həsənovun detektiv janrında qələmə aldığı və “MBM” nəşriyyatında çap olunmuş “Katana” (rus dilində) əsərinin təqdimat mərasimi keçirilmişdir.Klubun direktoru Elxan Rzayev Yazıçılar Birliyinin üzvü Elçin Həsənovun “Müvəffəqiyyətin təməli”, “Jurnalistin qətli”, “Cəlladlar və qurbanlar”, “Həyatdan sonra ölüm”
Ətraflı
və s., ümumilikdə, 15 kitabın müəllifi olduğunu söyləmiş, onun detektiv janrında yazdığı yeni əsərinin məziyyətlərindən danışmışdır. Bildirilmişdir ki, klubun rəhbərliyi geniş oxucu kütləsini gənc, istedadlı yazıcı və şairlərimizin yaradıcılığı ilə tanış etmək məqsədi ilə, onların əsərlərini öz maliyyə vəsaiti hesabına çap etmək qərarına gəlmişdir və E.Həsənovun yeni əsəri bu proqram çərçivəsində ilk kitabdır. Digər çıxış edənlər E.Həsənovun təkcə detektiv janrında deyil, tarixi-fəlsəfi mövzularda da əsərlər yazdığını söyləmiş, arzu və təkliflərini diqqətə çatdırmışlar. Sonda müəllif yaradıcılıq planlarından danışmış, jurnalistlərin suallarına cavab vermiş, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
10.04.2006 [9:09]
“AZƏRBAYCANDA NƏŞRİYYAT İŞİNİN PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI” MÖVZUSUNDA NƏZƏRİ-PRAKTİK KONFRANS KEÇİRİLƏCƏK
Kitab Klubunun direktoru Elxan Rzayev AzərTAc-a bildirmişdir ki, aprelin 21-də nəşriyyat və poliqrafiya müəssisələri rəhbərlərinin iştirakı ilə “Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları” mövzusunda nəzəri-praktik konfrans keçiriləcəkdir. Kitab Klubunda təşkilat komitəsinin geniş iclası keçirilmişdir... Ətraflı
Konfransın gündəliyini müəyyənləşdirmək üçün aprelin 7-də Kitab Klubunda təşkilat komitəsinin geniş iclası keçirilmişdir. İclasda ölkəmizdə nəşriyyat işinin və kitab bazarının problemlərini, kitab reklamı, o cümlədən kollektiv reklam kampaniyalarının keçirilməsi, ümumi internet səhifəsinin yaradılması məsələsində saxtakarlığa qarşı mübarizədə, istehsalat prosesində, eləcə də kitab bazarının öyrənilməsi və kitab satışı şəbəkəsinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq məsələlərini və sair məsələləri konfransın müzakirəsinə çıxarmaq təklif olunmuşdur
10.04.2006 [9:00]
“DOĞMA EVDƏN BAŞLANIR - VƏTƏN” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Fariz Turanın “Doğma evdən başlanır - Vətən” kitabı “Çaşıoğlu” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmışdır.
Kitabda maraqlı tarixi keçmişi, zəngin memarlıq abidələri, dünya şöhrətli Dilboz atları, səsi-sorağı ölkələrə yayılmış misilsiz xalçaları, yetişdirdiyi yuzlərcə görkəmli şəxsiyyətləri, füsunkar təbiət mənzərələri ilə seçilən qədim Qazax mahalı - bugünkü Qazax və Ağstafa ... Ətraflı
rayonları haqqında ensiklopedik məlumatlar verilmişdir. Kitabın elmi redaktoru və ön sözün müəllifi, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov “Azərbaycanı tanıdaq və sevdirək” devizi ilə yazılmış bu kitabı bütün nəsillər üçün maraq kəsb edəcək, yetişməkdə olan gəncliyə örnək ola biləcək toplu kimi səciyyələndirmişdir.
10.04.2006 [8:43]
"MƏKTƏBLİNİN İZAHLI LÜĞƏTİ” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Məmmədxan Soltanovun və Aida Quliyevanın “Məktəblinin izahlı lüğəti” kitabı çapdan çıxmışdır. Əvvəlki nəşrlərdən daha çox tədris xarakteri daşıması ilə fərqlənən lüğətə, bütövlükdə, on minə yaxın söz daxil edilmiş, burada son dövrlərin minə yaxın yeni sözü öz şərhini tapmışdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fil.e.d professor Afad Qurbanovdur.
10.04.2006 [8:37]
“AZƏRBAYCAN NƏŞRLƏRİ“ JURNAL-KATALOQUN NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
“Azərbaycan nəşrləri” jurnal-kataloqun növbəti - 7-ci nömrəsi çapdan çıxmışdır.
“Kitab klubu” məhdud məsuliyyətli cəmiyyət tərəfindən hazırlanmış topluda 2006-cı ilin birinci rübündə “Azərbaycan”, “Elm”, “Nurlan”, “Səda”, “Adiloğlu”, “QAPP-Poliqraf”, “Çaşıoğlu” və digər nəşriyyatlarda çap olunmuş siyasi, elmi, publisistik, dini, bədii, uşaq ədəbiyyatı və s. kitablar haqqında qısa məlumat verilmişdir.
10.03.2006 [8:29]
İNSTİTUT ABŞ DÖVLƏT DEPARTAMENTİNİN QRANTINI UDMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu ABŞ Dövlət Departamentinın nəzdində fəaliyyət göstərən Elm və Texnologiyalar Mərkəzinin 200 min ABŞ dolları məbləğində qrantını udmuşdur.
İnstitutdan bildirmişlər ki, həmin vəsait aşqarlar kimyası sahəsində elmi araşdırmaların nəticələrinin istehsalatda tətbiqinə, yeni tədqiqatların aparılmasına və müasir avadanlığın alınmasına sərf ediləcəkdir.
10.04.2006 [8:26]
NEFT SƏNAYESİ ÜÇÜN SƏMƏRƏLİ ELMİ NƏTİCƏLƏR MÜZAKİRƏ OLUNACAQ
Aprelin 17-də Milli Elmlər Akademiyasında Milli Elm Fondunun təşkilatçılığı ilə neft sənayesi üçün səmərəli elmi nəticələrin müzakirəsinə həsr olunmuş tədbir keçiriləcəkdir. Tədbirdə tanınmış alimlər və ayrı-ayrı neft şirkətlərinin mütəxəssisləri iştirak edəcək, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılacaqdır
10.04.2006 [7:10]
RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU BEYNƏLXALQ ELMİ MƏRKƏZLƏRLƏ ƏMƏKDAŞLIQ EDİR
AMEA Radiasiya Problemləri İnstitutunda aparılan tədqiqat işləri bir sıra nüfuzlu beynəlxalq elmi qurumlar tərəfindən ardıcıl surətdə izlənir və maraqla qarşılanır. İnstitut Latviyanın Polimerlər Mexanikası İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İtaliyanın Paduya, Almaniyanın Karlsrue universitetləri ilə əlaqələr qurmuş, birgə layihələr üzərində işləmək barədə razılaşmalar əldə olunmuşdur.