Аzərbaycan Milli Elmlər Akademiyası
  
Ünvanımız:
Bakı şəh., H.Cavid pr.31
Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9-dan 17-dək işləyir.



İstifadə olunan mənbələr:

AzərTac | DayAz | Science.az |APA

library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana


Nobel

18.04.2006 [9:10]
“NOBEL İMPERİYASI” KİTABI AZƏRBAYCAN HƏQİQƏTLƏRİNDƏN BƏHS EDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində İsveç yazıçı-jurnalisti, xanım Brita Asbrinkin “Nobel imperiyası” kitabının təqdimat mərasimi olmuşdur. Dövlət Komitəsinin II ərazi şöbəsi müdirinin müavini Tahir Hacıyev xanım Brita Asbrinkin 1997-1998-ci illərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Azərbaycandakı fəaliyyəti və kitabın ərsəyə gəlməsində komitənin rolu barədə məlumat vermişdir.
Ətraflı


Heydər Əliyev
14.04.2006 [9:20]
“HEYDƏR ƏLİYEV VƏ BƏRDƏ” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bərdədə “Heydər Əliyev və Bərdə” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə, ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə əklil və gül-çiçək dəstələri qoymuşlar. Təqdimat mərasimi Heydər Əliyev muzeyində davam etdirilmiş, iştirakçılar muzeyin eksponatları ilə tanış olmuşlar. Rayon icra hakimiyyətinin başçısı, YAP rayon təşkilatının sədri İlham Ağayev “Heydər Əliyev və Bərdə” kitabının əhəmiyyətindən danışmış...
Ətraflı


Əli və Nino
13.04.2006 [19:30]
"Əli və Nino" romanı Türkiyədə nəşr olunub
Azərbaycan tarixinin mürəkkəb bir dövründə - XX əsrin əvvəllərində baş vermiş maraqlı hadisələri bədii dillə əks etdirən məşhur "Əli və Nino" romanı bu yaxınlarda Türkiyədə nəşr olunub. "Kaknüs yayınları" nəşriyyat evinin çap etdiyi romanın müəllifi kimi görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli göstərilib. Romanı Türkiyə türkcəsinə Azad Ağayev və Əli Əkbər Əliyev çeviriblər. Mütərcimlər bu işi "Əli və Nino"nun Azərbaycan dilində
Ətraflı


əlyazmalar
13.04.2006 [14:35]
ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRİ
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu anadan olmasının 150 illiyi münasibətilə klassik Azərbaycan şeirinin layiqli davamçılarından biri Əbdülxalıq Cənnətinin “Vətən təranəsi” adlı şeirlər toplusunu nəşr etdirmişdir. Cənnətinin əsərlərinin bir sıra əlyazma nüsxələrinin, o cümlədən avtoqraflarının saxlandığı institutun əməkdaşları Sona Xəyal və Mustafa Mailoğlu kitabı çapa hazırlayarkən görkəmli şair və ədəbiyyatşünas Əlabbas Müznibin topladığı nümunələrdən istifadə etmişlər. Kitabın redaktoru filologiya elmləri doktoru Məmməd Adilovdur.


Süleyman Rüstəm
11.04.2006 [16:20]
"Süleyman Rüstəm-100" kitab sərgisi
AMEA Mərkəzi Elmi Kitabxanasının təşkil etdiyi “Süleyman Rüstəm – 100” adlı sərgidə böyük vətənpərvər və nəğməkar şair, Azərbaycan xalq şairi Süleyman Rüstəmin əsərlərindən “Bir az da məhəbbətdən”, “Qafurun ürəyi”, “Durna”, “Sülh nəğmələri”, “Bahar düşüncələri”, “Mənim günəşim” və digər kitabları, latın qrafikası ilə nəşr olunmuş “Seçilmiş əsərləri”nin 2 cildliyi və yaradıcılığından bəhs edən jurnallar nümayiş etdirildi. ...



Molla Nəsrəddin
10.04.2006 [15:20]
"Molla Nəsrəddin-100" sərgisi
MEK-nın təşkil etdiyi “Molla Nəsrəddin - 100” adlı sərgidə 1906-cı ildən sonrakı illərdə nəşr olunmuş “Molla Nəsrəddin” jurnalının nümunələri, İslam Ağayevin “Molla Nəsrəddin poetikası” və “Molla Nəsrəddinin tarixi hünəri” kitabları, Əziz Mirəhmədovun “Azərbaycan Molla Nəsrəddini” kitabı, Nadir Axundovun “Molla Nəsrəddin jurnalının nəşri tarixi” kitabı, Əziz Şərifovun “Molla Nəsrəddin necə yarandı” kitabı, A. Əliyevin “Mirzə Cəlil və Azərbaycan mətbuatı” kitabı və s., həmçinin Molla Nəsrəddinə həsr olunmuş jurnallar nümayiş etdirildi.


Azərbaycanın təhsil naziri kitabxanaların ləğv edilməsinə qarşı çıxış edir
10.04.2006 [9:20]
Azərbaycanın təhsil naziri kitabxanaların ləğv edilməsinə qarşı çıxış edir
Azərbaycanın təhsil naziri Misir Mərdanov kitabxanaların ləğv edilməsinə qarşı çıxış edir. Bu barədə jurnalistlərə nazirin özü bildirib. Cəmiyyətin maariflənməsində kitabxanaların rolunu qeyd edən nazir bəyan edib ki, bu gün kitabxanaların latın əlifbası ilə yazılmış kitablarla təmin olunması problemi tamamilə həll olunub. Hazırda nazirlik «Məktəb kitabxanalarının ...
Ətraflı


Cəlil Məmmədquluzadə-molla nəsrəddin
10.04.2006 [9:19]
“Molla Nəsrəddin” jurnalının Təbrizdə nəşr olunmuş 8 sayının yeni versiyasının və jurnalın İnternet saytının təqdimatı olub
Jurnal və sayt Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşəbbüsü ilə hazırlanıb. Tədbirdə çıxış edən SAMF-nin rəhbəri, şair Musa Yaqub “Molla Nəsrəddin”in Azərbaycan mətbu həyatındakı rolundan danışıb...
Ətraflı


Səməd Vurğun
10.04.2006 [9:12]
XALQ ŞAİRİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS
AMEA-nın Naxçıvan bölməsində keçirilən növbəti elmi konfrans xalq şairi Səməd Vurğunun 100 illiyinə həsr olunmuşdur. Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru Əbülfəz Quliyev şairin Azərbaycan ədəbiyyatında yeri, onun yaradıcılığı barədə məlumat vermişdir. Tədbirdə “Səməd Vurğunun lirikası”, “Səməd Vurğun və Naxçıvan teatrı”, “Qüdrətli sözdən görünən zaman”, “Vaqif” və “Aygün” əsərləri haqqında düşüncələr” məruzələri dinlənmişdir.


katana
10.04.2006 [9:11]
ELÇİN HƏSƏNOVUN DETEKTİV JANRINDA YENİ KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Aprelin 8-də Kitab Klubunun sərgi salonunda yazıçı Elçin Həsənovun detektiv janrında qələmə aldığı və “MBM” nəşriyyatında çap olunmuş “Katana” (rus dilində) əsərinin təqdimat mərasimi keçirilmişdir.Klubun direktoru Elxan Rzayev Yazıçılar Birliyinin üzvü Elçin Həsənovun “Müvəffəqiyyətin təməli”, “Jurnalistin qətli”, “Cəlladlar və qurbanlar”, “Həyatdan sonra ölüm”
Ətraflı


şəkil tapılmayıb

10.04.2006 [9:09]
“AZƏRBAYCANDA NƏŞRİYYAT İŞİNİN PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI” MÖVZUSUNDA NƏZƏRİ-PRAKTİK KONFRANS KEÇİRİLƏCƏK
Kitab Klubunun direktoru Elxan Rzayev AzərTAc-a bildirmişdir ki, aprelin 21-də nəşriyyat və poliqrafiya müəssisələri rəhbərlərinin iştirakı ilə “Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları” mövzusunda nəzəri-praktik konfrans keçiriləcəkdir. Kitab Klubunda təşkilat komitəsinin geniş iclası keçirilmişdir...
Ətraflı


Dogma el
10.04.2006 [9:00]
“DOĞMA EVDƏN BAŞLANIR - VƏTƏN” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Fariz Turanın “Doğma evdən başlanır - Vətən” kitabı “Çaşıoğlu” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmışdır. Kitabda maraqlı tarixi keçmişi, zəngin memarlıq abidələri, dünya şöhrətli Dilboz atları, səsi-sorağı ölkələrə yayılmış misilsiz xalçaları, yetişdirdiyi yuzlərcə görkəmli şəxsiyyətləri, füsunkar təbiət mənzərələri ilə seçilən qədim Qazax mahalı - bugünkü Qazax və Ağstafa ...
Ətraflı


mekteb
10.04.2006 [8:43]
"MƏKTƏBLİNİN İZAHLI LÜĞƏTİ” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Məmmədxan Soltanovun və Aida Quliyevanın “Məktəblinin izahlı lüğəti” kitabı çapdan çıxmışdır. Əvvəlki nəşrlərdən daha çox tədris xarakteri daşıması ilə fərqlənən lüğətə, bütövlükdə, on minə yaxın söz daxil edilmiş, burada son dövrlərin minə yaxın yeni sözü öz şərhini tapmışdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fil.e.d professor Afad Qurbanovdur.


jurnal

10.04.2006 [8:37]
“AZƏRBAYCAN NƏŞRLƏRİ“ JURNAL-KATALOQUN NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
“Azərbaycan nəşrləri” jurnal-kataloqun növbəti - 7-ci nömrəsi çapdan çıxmışdır. “Kitab klubu” məhdud məsuliyyətli cəmiyyət tərəfindən hazırlanmış topluda 2006-cı ilin birinci rübündə “Azərbaycan”, “Elm”, “Nurlan”, “Səda”, “Adiloğlu”, “QAPP-Poliqraf”, “Çaşıoğlu” və digər nəşriyyatlarda çap olunmuş siyasi, elmi, publisistik, dini, bədii, uşaq ədəbiyyatı və s. kitablar haqqında qısa məlumat verilmişdir.


departament

10.03.2006 [8:29]
İNSTİTUT ABŞ DÖVLƏT DEPARTAMENTİNİN QRANTINI UDMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu ABŞ Dövlət Departamentinın nəzdində fəaliyyət göstərən Elm və Texnologiyalar Mərkəzinin 200 min ABŞ dolları məbləğində qrantını udmuşdur. İnstitutdan bildirmişlər ki, həmin vəsait aşqarlar kimyası sahəsində elmi araşdırmaların nəticələrinin istehsalatda tətbiqinə, yeni tədqiqatların aparılmasına və müasir avadanlığın alınmasına sərf ediləcəkdir.


neft

10.04.2006 [8:26]
NEFT SƏNAYESİ ÜÇÜN SƏMƏRƏLİ ELMİ NƏTİCƏLƏR MÜZAKİRƏ OLUNACAQ
Aprelin 17-də Milli Elmlər Akademiyasında Milli Elm Fondunun təşkilatçılığı ilə neft sənayesi üçün səmərəli elmi nəticələrin müzakirəsinə həsr olunmuş tədbir keçiriləcəkdir. Tədbirdə tanınmış alimlər və ayrı-ayrı neft şirkətlərinin mütəxəssisləri iştirak edəcək, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılacaqdır


amea

10.04.2006 [7:10]
RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU BEYNƏLXALQ ELMİ MƏRKƏZLƏRLƏ ƏMƏKDAŞLIQ EDİR
AMEA Radiasiya Problemləri İnstitutunda aparılan tədqiqat işləri bir sıra nüfuzlu beynəlxalq elmi qurumlar tərəfindən ardıcıl surətdə izlənir və maraqla qarşılanır. İnstitut Latviyanın Polimerlər Mexanikası İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İtaliyanın Paduya, Almaniyanın Karlsrue universitetləri ilə əlaqələr qurmuş, birgə layihələr üzərində işləmək barədə razılaşmalar əldə olunmuşdur.

[1     [2    [3    [4    [5    [6    [7    [8    [9    [10       -->>


Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları