Azərbaycan Milli Elmlər Akademiyası
  
  
"DÜNYA ELEKTRON KİTABXANASI"

------------------------------------------------------
"Avropa mədəniyyət kitabxanasi"

--------------------------------------------------------------
ELEKTRON KITABXANA

-----------------------------------------------------------------
AVTOREFERATLAR

-----------------------------------------------------------------
Elektrik və Elektronik Mühəndislər İnstitutunun Rəqəmsal Kitabxanası
IEEE (İnstitute of Electrical and Electronics Engineers) 170 dövlətdən 400.000 çox üzvü olan ABŞ-da fəaliyyət göstərən 125 illik keçmişə sahib olan nüfuzlu Elektrik və Elektronik Mühəndislər İnstitutu ( http://www.ieee.org ) tərəfindən Azərbaycanın akademik, dövlət və elmi-tədqiqat institutları və universitetləri üçün IEEE Xplore Rəqəmsal Kitabxanasına sınaq abunə həyata keçirilir. Abunə 30 noyabr 2012-ci il tarixindən başlamışdır. Bu sınaq abunə Azərbaycanın akademik, dövlət və elmi-tədqiqat institutları və universitetlərinin müəllim, tələbə və elmi işçi heyətinə 1 ay ərzində açıq olacaq və 30 dekabr 2012-ci il tarixində sona çatacaq. Sınaq abunə dövrü ərzində sizin və həmkarlarınızın bütün IEEE jurnallarından, dövri nəşrlərindən, IEEE konfranslarının materiallarına və aktiv standartlarından məhdudiyyətsiz istifadə imkanınız olacaq. Müəyyən olunmuş tarixdə, sınaq abunədən istifadə üçün zəhmət olmasa http://ieeexplore.ieee.org səhifəsinə daxil olun. Bu səhifə sizin IP ünvanınıza uyğunlaşdırılacaq və beləliklə heç bir istifadəçi adı və şifrəsi lazım olmayacaq.

-----------------------------------------------------------------

KİV-nin əsas nəşrlərinin arxivi, rus dilində verilənlər bazası.Saytda 15 il ərzində bütün dünyada informasiya agentliklərində və KİV-də getmiş 500 min ən yaxşı məqalələrin tam mətnləri toplanmışdır. Buradan dünyanın və Rusiyanın 2000 aparıcı kitabxanasının saytlarına daxil olmaq pulsuzdur və vaxt məhdudiyyəti yoxdur. Eyni zamanda saytda istifadəçilərə verilənlər bazası formasında keyfiyyətli şəkildə vahid xəbərlər çarxı da təqdim olunur.
-----------------------------------------------------------------
Mərkəzi Elmi Kitabxananın fəaliyyəti
Nizamnamə, hesabatlar
-----------------------------------------------------------------
Mərkəzi Elmi Kitabxananın elmi əsərləri
-----------------------------------------------------------------
Biblioqrafik göstəricilər
Mərkəzi Elımi Kitabxanada şəxsi və ümumi biblioqrafik göstəricilən hazırlanaraq nəşr etdirilməsi işi davam edir.

-----------------------------------------------------------------
Kitabxana YUNESKO ilə əməkdaşlıq edir
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan
-----------------------------------------------------------------
Mərkəzi Elmi Kitabxana Avropa Elmi Kitabxanalar Assosiasiyasının tamhüquqlu üzvüdür.
www.libereurope.eu/userlist
-----------------------------------------------------------------
Dünyanın 15 ən gozəl kitabxanası

--------------------------------------------------------------
Maraqlı faktlar
Elm və texnikaya dair ən son yeniliklər. Maraqlı faktlar, ixtiralar, elmi araşdırmalar...
-----------------------------------------------------------------
AMEA INTERNETDƏ

Azərbaycan Milli Elmər Akademiyası
AMEA RH Humanitar və ictimai elmlər bölməsi
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq Institutu
AMEA İnformasiya Texnologiyaları İnstitutu
AMEA Samaxı Astrofizika Rəsədxanası
AMEA Hüseyn Cavidin ev muzeyi
AMEA Mərkəzi Elmi Kitabxanası
AMEA Mərdəkan Dendrarisi
AMEA Geologiya İnstitutu
AMEA Nəbatat bağı

XÜSUSİ LİNKLƏR

AMEA-nın fəxri üzvləri
AMEA-nın həqiqi üzvləri
AMEA-nın müxbir üzvləri
AMEA-nın sabiq Prezidentləri
Dilmanc maşın tərcüməsi sistemi
Azərbaycan Qadınlarının Milli Konfederasiyası

Partnyorlar:

------------------------------------------------------
   

------------------------------------------------------
Ünvanımız:
Bakı şəh., H.Cavid pr.31
Tel: 510-34-37
  Kitabxana şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9-dan 17-dək işləyir.elektron poçt: biblio_az@yahoo.com; mail@csl-az.com; aliyeva-kangarly@csl-az.com

------------------------------------------------------







Online xidmət
library, kitabxana, kitab, mərkəzi elmi kitabxana



[02.09.2013 ]
PRESS-RELISE
  23-26 oktyabr 2013-cü il tarixində Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində “Qafqazda çoxmədəniyyətlilik və tolerantlıq” mövzüsünda III Beynəlxalq Qafqaz elmi konfransı keçiriləcəkdir. İ.Cavahashvili adına Tiflis Dövlət Universitetinin Humanitar elmlər fakültəsi, Qafqazşünaslıq və Dilçilik institutlarının təşkilatçılığı ilə təşkil olunacaq konfransın  əsas məqsədi,  bu sahədə mövcud biliklərin təkmilləşməsi və dərinləşməsi, yeni biliklərin yaradılması, dini ayrı-seçkilik problemi ilə bağlı risklər, ona qarşı mübarizənin  region üzrə öyrənilməsi, konkret və fundamental xarakterli elmi müzakirələrin açılması və bu kimi məsələlərlə bağlı tədqiqat aparan alimlərin inteqrasiyasının təmin olunmasıdır. Konfransda Qafqaz xalqlarının çoxəsrlik dil, mədəni müxtəlifliyi və dini tolerantlığını özündə əks etdirən aşağıdakı mövzulara aid məsələlər müzakirə olunacaqdır :  
1. Qafqaz: orijinallıq və şəxsiyyət;  
2. Qafqazda insan hüquqları məsələsinə yanaşmalarda xalqların ənənəvi mədəniyyəti;  
3. Qafqazda dil, mədəni müxtəliflik və tolerantlıq;  
4. Qafqaz çoxmədəniyyətliliyi və dünya qloballaşması.
Elmi tədbirdə Azərbaycan  Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının doktorantı Təranə Mirzəyeva da iştirak edəcəkdir. Gənc tədqiqatçı  konfransda  “Bakı-Tblisi-Ceyhan Neft kəməri regional təhlükəsizliyin obyekti kimi” adlı məruzə ilə çıxış edəcəkdir.
Konfransda  həmçinin,  MDB və  bir  sıra Avropa  ölkələrindən  gənc və qocaman  alim və tədqiqatçıların  iştirakı  nəzərdə  tutulmuşdur.  






Aybeniz Aliyeva Kengerli,Aybeniz Eliyeva Kengerli      İyunun 27-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncama əsasən görkəmli şərqşünas alim, akademik Vasim Məmədəliyevin 70 illik yubileyinə həsr olunmuş "Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları" mövzusunda 2 günlük konfrans öz işinə başladı. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanası alimin həyat və yaradıcılığından bəhs edən ədəbiyyatdan, müxtəlif nəşr növlərindən, fotoşəkil və virtual görüntülərdən ibarət geniş sərgi təşkil etmişdi. Qeyd edək ki, təşkil olunan sərgi konfransın daha da maraqlı və təmtəraqlı olmasına şərait yaratdı. Buna görə də Akademiya rəhbərliyi və konfransın təşkilatçıları Mərkəzi Elmi Kitabxanaın rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər.



    Aybeniz Aliyeva Kengerli,Aybeniz Eliyeva Kengerli     İyunun 21-də Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Qloballaşma prosesləri və Azərbaycan elmi” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Konfransda Akademiya rəhbərliyi, İnstitut direktorları və təşkilat rəhbərləri, habelə bir sıra ölkələrdən gəlmiş xarici qonaqlar və gənc alimlər iştirak edirdilər.
Bu münasibətlə Mərkəzi Elmi Kitabxana tərəfindən ümummilli lider H.Əliyevin həyat və və dövlət xadimi kimi hərtərəfli fəaliyyətindən bəhs edən kitablardan ibarət geniş ədəbiyyat sərgisi təşkil edilmişdi.. Qeyd edək ki, nümayiş etdirilən sərgi konfransın mövzusu baxımından əyaniliyi təmin etməklə onun daha da maraqlı və rəngarəg olmasına şərait yaratdığı üçün AMEA-nın prezidenti, vitse-prezidentlər, həmçinin qonaqlar keçirilən sərgidən razılıqlarını ifadə etdilər.  



MSO Mayın 31-də AMEA-da görkəmli iqtisadçı alim, akademik Əhməd Mahmudovun 90 illik yubileyi münasibətilə konfrans keçirildi. Konfransda AMEA-nın prezidenti Akif Əlizadə, vitse-prezidentlər, Milli Məclisin üzvləri, iqtisadçı alimlər və digər ziyalılar iştirak edirdilər.
Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanası Akademiyanın vestibülündə geniş və maraqlı sərgi təşkil etmişdi. Sərgidə alimin əsərlərindən ibarət kitablar, qəzet və jurnallarda dərc olunmuş məqalələri, habelə haqqında yazılmış kitablar, dövri nəşrlərdə, qəzetlərdə gedən məqalələr, o cümlədən həyat və elmi fəaliyyətini əks etdirən fotoşəkillər, virtual görüntülər və film nümayiş etdirilirdi. Sərgidə həmçinin akademik Ə.Mahmudovun həyat və fəaliyyətinə həsr olunmuş yeni kitabların təqdimatı da keçirildi.
Qeyd edək ki, belə bir sərginin təşkil olunması görkəmli alimin yubileyi ilə əlaqədar keçirilən tədbirin daha da əyani və təntənəli olmasına şərait yaratdı.  



Aybeniz Aliyeva Kengerli,Aybeniz Eliyeva Kengerli Kitabxananın direktoru, f.ü.e.d Aybəniz Əliyeva-Kəngərli  tədbiri giriş sözü ilə açaraq bildirdi ki, may ayı bayramlarla dolu bir aydır. Belə ki, bu günlərdə xalqımız ümummili lider Heydər Əliyevin 95 illik yubileyini təntənəli şəkildə qeyd etdi. Mərkəzi Elmi Kitabxana bu münasibətlə Respublikamızın 10-dan çox nazirlik və təşkilatlarında geniş sərgilər təşkil edərək ulu öndərin zəngin irsinin yayılmasında öz təhfəsini verdi. Mayın 28-i də xalqımızın böyük rəğbətlə qarşıladığı, qeyd etdiyi günlərdən biridir. Məhz həmin gün Azərbaycanda müsəlman şərqində ilk dəfə demokratik respublikanın yarandığı gündür. Qısa müdət ərzində yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti  milətimizin yaddaşında böyük iz buraxmış, xalqımızın müstəqil, azad, demokratik bir dövlətdə yaşamaq arzusu nəhayət  XX əsrin 90-cı illərində gerçəkləşmişdir. Lakin yenidən parçalanma təhkükəsi ilə üz-üzə qalan respublikamız, ümummilli liderimiz H.Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükədən xilas olmuş, müstəqil, dayanıqlı bir dövlətə çevrilmişdir. Hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının  Prezidenti cənab İ.Əliyevin gərgin səyi nəticəsində dövlət müstəqilliyimiz daha da möhkəmləndirilmiş və dünya dövlətləri arasında özünə layiqli yer tutmuşdur. Sonra tədbir iştirakçıları sərgiylə tanış oldular. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən. yaradılmasından, demokratik respublikaya rəhbərli edən hökumət nümayəndələrinin həyat və fəaliyyətlərindən bəhs edən 300-dən çox ədəbiyyat, fotoşəkillər və film nümayiş etdirilirdi. Qeyd edək ki, sərgi 15 gün müddtində davam etdiriləcəkdir.



Mayın 23-də Mərkəzi Elmi kitabxanada Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli ilə“EmeraldeJournals”elektron bazasının əməkdaşları- Türkiyə və Mərkəzi Asiya üzrə biznes-menecer Mine Tonta və Yaxın Şərq, Cənubi Afrika və Mərkəzi Asiya üzrə regional menecer Jordi Caralt arasında görüş keçirildi. Əvvəlcə qonaqlar baza haqqında məlumat verərək istənilən elm sahəsində geniş axtarış imkanları və informasiya verən bu elektron kitabxananın elmi tədqiqatçılar üçün dəyərli mənbə olacağını bildirdilər.
MEK-nın direktoru A.Ə.Kəngərli rəhbərlik etdiyi kitabxanın artıq bir neçə bu kimi bazalara çıxışının olduğunu dedi və “EmeraleJournals”la da əməkdaşlığın Kitabxananın bu  istiqamətdə həyata keçirdiyi fəaliyyətə bir daha təkan verəcəyini bildirdi. Görüşün nəticəsi olaraq Mərkəzi Elmi Kitabxana ilə “EmeraldeJournals” arasında qarşılıqlı əməkdaşlı haqqında razılıq əldə olundu.
Qeyd edək ki, bugünlərdə MEK tərəfindən elmi tədqiqatçıların sözügedən bazaya çıxışı təmin ediləcəkdir. 



Aybeniz Aliyeva Kengerli,Aybeniz Eliyeva Kengerli Aybeniz Aliyeva Kengerli,Aybeniz Eliyeva Kengerli    Mayın 21-də Mərkəzi Elmi Kitabxanada Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 fevral 2013-cü il tarixli sərəncamına əsasən görkəmli dövlət xadimi, milli mübarizəmizin yorulmaz mücahidi Əlimərdan bəy Topçubaşovun 150 illi yubileyinə həsr olunmuş “Əlimərdan bəy Topçubaşov və məfkurə mücadillələri “ adlı elmi sessiya keçirildi.
Sesiyanı giriş sözü ilə açan MEK-nın direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli Xalq Cümhuriyyəti Parlamentinin sədri  olmuş Ə.Topçubaşovun Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini özündə birləşdirməklə xalqımızın tarixi nailiyyəti kimi meydana çıxan Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun beynnəlxalq aləmin subyekti  olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərin qurulmasında böyük xidmətlərindən danışdı.
Sonra  kulturologiya üzrə fəlsəfə doktoru, dosent Fatimat Məmmədova “Ə.Topçubaşovun nəzəri görüşləri” və filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva “Ə.Topçubaşov və XX əsrdə ədəbi hərəkat” mövzularında çıxış edərək Topçubaşovun ədəbi və siyasi ideoloji düşüncələrini önə çəkdilər.
Çıxışlar başa çatdıqdan sonra sessiya iştirakçıları görkəmli dövlət xadiminin ictimai-siyasi, ədəbi-elmi irsinə həsr olunmuş ədəbiyyat sərgisinə və filmə baxdılar. Sərgidə Azərbaycan və xarici dillərdə 100-dən çox ədəbiyyat, fotoşəkillər, videomateriallar nümayiş olunurdu.      



Aybeniz Aliyeva Kengerli,Aybeniz Eliyeva KengerliBu il ulu öndər, dahi Heydər Əliyev şəxsiyyətinin 90 illik yubileyi tamam olur.       Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.    
  Aybeniz Aliyeva Kengerli,Aybeniz Eliyeva Kengerli Aybeniz Aliyeva Kengerli,Aybeniz Eliyeva Kengerli  Mayin 7-də Mərkəzi Elmi Kitabxana ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə şəklində keçirdiyi “Heydər Əliyev iris və onun tədqiqi” adlı növbəti sərgini Azərbaycan Respublikasının Vergilər Nazirliyində təşkil etmişdi. Sərgidə vergilər nazirinin müavini, III dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov və Nazirliyin kollektivi iştirak edirdi.  
Əvvəlcə Mərkəzi Elmi Kitabxannaın direktoru, filologiya üzrə elmlər doktoru  Aybəniz Əliyeva-Kəngərli açılış nitqi söyləyərək keçirilən sərginin məqsədini açıqladı. O, bildirdi ki, sərgidə nümayiş etdirilən ümummili liderin həyat və ictimai-siyasi  fəaliyyətini,  zəngin dövlətçilik, azərbaycançılıq irsini əks etdirən bu kitablar Mərkəzi Elmi Kitabxanada yaradılan “Heydər Əliyev irsinin təbliği” şöbəsinin fonduna daxildir. Şöbə haqqında ətraflı məlumat verən A.Ə.Kəngərli qeyd etdi ki,  ümummilli liderin irsini təbliğ edən bu şöbə hələ 2003-cü ildən fəaliyyət göstərməyə başlayan “Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası”nın   əsasında yaradılmışdır. Belə ki,    




<< Əvvəlki    1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21    Sonrakı>>




Elekton resurslar
Məlumat bazaları
Azərbaycanşunaslıq
Azərbaycanda neft
Azərbaycanın alim qadınları
Azərbaycanın kitab abidələri
Avtoreferatlar

Əlavə məlumatlar
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Bütün elmlər üzrə ədəbiyyat

107 yaşli internet istifadəçisi
107 yaşli internet istifadəçisi

Avstraliyanın Kvinslənd ştatının 107 yaşlı sakini Oliviya Reyli İnternetin ən ahıl istifadəçisi titulunu almışdır. Ostrelian Assoşieyted Press agentliyinin məlumatına görə, yaşı 100-ü ötməsinə baxmayaraq, nənə özünün elektron səhifəsini açmışdır. Şəbəkə jurnallarının,  ətraflı...

Türkiyə alimləri boy uzatmanın sirlərini tapdılar
Türkiyə alimləri boy uzatmanın sirlərini tapdılar

İzmirdəki “Doqquz Sentyabr” Universitetinin alimləri insan boyunun uzadılması sahəsində başa çatdırdıqları 2 layihəni Avropa Patent Agentliyinə təqdim etmişlər. Layihələrə əsasən, boy ayaq sümüklərinə bərkidilən və komanda pultu ilə uzaqdan idarə   ətraflı

Ehramlarla bağlı növbəti fırıldaq
Misir ehramları-Piramidalar

Həvas Misirdə çox tanınmış adamdır. O, şahzadə Diana, yaxud Bill Klintonla birgə şəkillərinin və Kleopatra ilə qol-boyun təsvir olunduğu karikaturanın yerləşdirildiyi şəxsi saytında arxeoloji qazıntılardan danışır. Ehramların tikintisində iştirak edənlərin adlarını məhz  ətraflı...

Çörçill ruslardan niyə qorxurmuş
Çörçill ruslardan niyə qorxurmuş

Böyük Britaniyanın Baş naziri Uinston Çörçill elektronika mütəxəssisinə hökumətin iqamətgahına nəinki gəlməyi, hətta burada görünməyi belə qadağan etmişdi. Çünki Mİ-5 xəbərdarlıq etmişdi ki, sovet casusları bu mütəxəssisdən Baş nazirin eşitmə aparatına xəlvəti dinləmə ətraflı...

Hərf səhvləri nə ilə nəticələnirmiş
Hərf səhvləri nə ilə nəticələnirmiş

Odessa qəzetlərindən birində tacqoyma mərasimi haqqındakı xəbərdə “korona” (“tac”) əvəzinə, “vorona” (“qarğa”) yazılmış və belə bir cümlə alınmışdı: “Mitropolit İmperator həzrətlərinin başına qarğa qoyulmuşdur”. Ertəsi gün düzəliş verən qəzetin, necə dəyərlər ətraflı...


Elektron kağız istehsal edən zavod
Qədim Hindistan universiteti və onun kitabxanası
Rumıniya kitabxanalarına pulsuz İnternet
47 ildən sonra qaytarılan kitab
Ginnesin rekordlar kitabından unikal fotolar
Sehirli və müəmmalı Vanqa

Exsklüziv

AMEA Mərkəzi Elmi Kitabxanasının portalı
“World Summit Award-2007” müsabiqəsinin "Elektron elm"
nominasiyası üzrə qalibi elan olunub



---------------------------------------------------
Ölkəmizdə kitabxana işinin inkişaf strategiyası
Bu günlərdə respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamı Azərbaycan kitabxana ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır.
ətraflı
---------------------------------------------------
Yeni dövrün kitabxanası: günün tələbi və görülən işlər
Kitaba, mütaliəyə, informasiya almağa marağı olan hər bir şəxs, heç şübhəsiz ki, internetlə təmin olunmuş və kifayət qədər operativ xidmət göstərən informasiya mərkəzinə-kitabxanaya daim ehtiyac duyur.
ətraflı
---------------------------------------------------
Dünyanın ən boyük elektron kitabxanaları
Dünyanın ən böyük kitabxanalarından biri olan ABŞ Konqres Kitabxanasında 2007-ci ilin məlumatlarına görə 142 milyon kitab və sənədlərdən 10%-i rəqəmsəlləşdirilib. İlk növbədə burada 1923-cü ilədək olan kitablar elektron formaya salınmışdır ki, bu da onlar üzərində müəlliflik hüququnun olmaması ilə bağllıdır. Hər gün kitabxanada 75-dən 200-dək sənəd skanerləşdirilir. Mütəxəssislərin hesablamalarına görə kitabxananın bütün fondunun rəqəmsəlləşdirilməsi üçün bir neçə onillik tələb olunur. 2000-ci ilin dekabrında Birləşmiş Ştatların Konqresi bütün materialların gələcək nəsillərə çatdırılması üçün rəqəmli formada saxlanmasının vacibliyi haqqında qərar qəbul etmişdir (Public Law 10b-554).
ətraflı
---------------------------------------------------
Dünyanın 10 ən oxunan kitabı
Ginnes rekordlar kitabının mütəxəssisləri bütün dövrlərin və xalqların 10 ən populyar kitabının siyahısını hazırlayıblar. Kitab nəşri başlayan dövrdən bəri Bibliya dünyada ən çox dərc olunan kitab sayılır. Bu günə kimi Bibliya kitabının ümumi tirajı 6 milyard nüsxəni keçib
ətraflı
---------------------------------------------------
Ən sakit peşə sahibi kitabxanaçıdır
İngiltərənin Mançestr Universitetinin alimləri hansı peşə sahibinin stresə daha çox məruz qaldığını 10 ballıq şkala dərəcəsində yoxlamışlar. Məlum olmuşdur ki, ən çox stres şaxtaçılarda (8,3 bal), polislərdə (7,7 bal), inşaatçı və jurnalistlərdə (7,5 bal), diş həkimlərində (7,3 bal) təsadüf edilir. Ən sakit peşə sahibi kitabxanaçılar və muzey işçiləri (2,8 bal) sayılır
---------------------------------------------------
© 2004-2008 | AMEA Mərkəzi Elmi Kitabxanası | Bütün hüquqlar qorunur | E-mail:mail@csl-az.com | Saytın materiallarından istifadə edərkən hiperisnad mütləqdir