Kitabxana YUNESKO ilə əməkdaşlıq edir Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan
-----------------------------------------------------------------
Maraqlı faktlar Elm və texnikaya dair ən son yeniliklər. Maraqlı faktlar, ixtiralar, elmi araşdırmalar...
-----------------------------------------------------------------
Ünvanımız:
Bakı şəh., H.Cavid pr.31
Tel: 510-34-37
Kitabxana şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9-dan 17-dək işləyir.elektron poçt: biblio_az@yahoo.com; mail@csl-az; aliyeva-kangarly@csl-az.com
Kitab füzulişünas alim Gülşən
Əliyeva-Kəngərlinin Füzuli poetikası, ədəbiyyatımızda Füzuli təsiri,
füzulişünaslıqla bağlı müasir tədqiqatların toplusudur. Kitaba həmçinin alimin
araşdırmaları haqqında bəzi məqalə və resenziyalar da daxil edilib. Azərbaycan ədəbiyyatı
tarixinə, dünya lirik şeirinin
zirvəsi olan Füzuli poeziyasına dərin sevgi ilə
yazılmış kitab fəlsəfi-poetik fikirlər çələnginə bənzəyir.
Kitab Azərbaycan kitab mədəniyyətinin
mühüm bir istiqaməti olan folklor kitabının qaynaqları, təşəkkülü və inkişafı
prosesinin tədrisinə həsr olunmuşdur. Burada ilkin- ibtidai yazıyaalınmalarda bəsit
şəkildə təzahür edən, erkən orta əsrlərdən XIX əsrə qədər əlyazma kitab halında
mövcud olan Azərbaycan folklor kitabının əsas tarixi-mədəni səciyyəsi və ən
mühüm nümunələri üzərində dəyərləndirmələr
aparılmışdır. XIX əsrin sonlarından çap kitabına keçidlə əlaqədar fərdi təşəbbüs
və elmi təşkilati fəaliyyət formasında həyata keçirilən Azərbaycan folklor
kitabının əsas istiqamət və mərhələləri, ən mühüm nəşrlərin səciyyəvi xüsusiyyətləri
və s. bu kimi çoxsaylı elmi problemlər əsərin əsas məğzini təşkil edir. Azərbaycan
folklor kitabının müasir vəziyyəti və inkişaf perspektivlərinin təhlilinə də kitabda
geniş yer verilmişdir.
Yanvar ayının 18-də Mərkəzi Elmi Kitabxanada “20 Yanvar” faciəsinin 22-ci ildönümünə həsr olunmuş «Qanlı yanvar» mövzusunda konfrans-sərgi keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzi Elmi Kitabxananın direktor müavini Firəngiz Hüseynova açdı. O, bildirdi ki, “20 Yanvar” hadisəsi faciə olmaqla yanaşı, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsidir. F.Hüseynova tədbir iştirakçılarına sərgi haqqında məlumat verərək, belə sərgilərin Kitabxanada ənənəvi olaraq keçirildyini dedi. Sonra tədbir iştirakçıları, xüsusilə gənclər “20 Yanvar” faciəsi haqqında öz qara xatirələrini paylaşdılar. Kitabxananın əməkdaşları- Rəna Kazımova,Günay Allahverdiyeva, Nurgül Rəhimova, Ofeliya Seyidəliyeva çıxış edərək bu hadisənin onların uşaqlıq dövrünə təsadüf etdiyini, lakin xatirələrində dərin iz buraxdığını, onların müstəqil, azad ölkədə yaşamaları üçün canlarını fəda etmiş şəhidlərimizin əziz ruhları qarşısında baş əydiklərini və müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmaqları ilə fəxr etdiklərini dedilər. Sonra tədbir iştirakçıları sərgiyə baxdılar. Sərgidə, “20 Yanvar” faciəsindən bəhs edən Azərbaycan, rus, Qərbi Avropa və Şərq dillərində 50-dən artıq müxtəlif adda ədəbiyyat nümayiş edilirdi. Tədbir iştirakçıları Aydın Balayev və Rasim Mirzənin birgə yazdıqları «20 Yanvar hadisələri», Hacı Qüdrət Əbdülsəlimzadənin «Nikbin faciə (Qanlı Yanvar düşüncələri)», «20 yaşlı Yanvar», «Qanlı yanvardan 15 il keçdi», Rafiq Səməndərin «Şəhidlər», Qulu Kəngərlinin «Qara yanvar şəhidləri”, Abdulla Qurbaninin «Şəhidlər dastanı» və s. bu mövzuda olan kitablarla daha yaxından tanış oldular və öz düşüncələrini, təəssüratlarını bölüşdülər. Eyni zamanda, sərgidə “20 Yanvar” faciəsini əks etdirən fotoşəkillər, slaydlar, videokadrlar, sənədli film də nümayiş etdirildi. Tədbirdə respublikamızda fəaliyyət göstərən xeyli sayda mətbuat və media nümayəndələri qələmə və lentə alındı.
18 yanvar 2012-ci il tarixdə Mərkəzi Elmi Kitabxanada "20 Yanvar" faciəsinin 22-ci ildönümünə həsr olunmuş konfrans-sərgi keçiriləcək. Tədbir saat 12:00-da başlanacaq.
Ünvan: H.Cavid 31. AMEA MEK, III mərtəbə, sərgi zalı
Oxucuların,
xüsusilə də şərqşünas alimlərin nəzərinə çatdırırıq ki, ABŞ-ın Azərbaycandakı səfirinin
xanımı Zeyno Baranın “İslam vətəndaşları: müsəlmanların Qərbə inteqrasiyasının
gələcəyi” adlı kitabı müəllif tərəfindən AMEA MEK-ə hədiyyə edilmişdir. Xanım
Zeyno Baranın Emmet Tuohi ilə birlikdə ərsəyə gətirdiyi bu kitab 2011-ci ildə
Nyu-Yorkun “Kontinium” nəşriyyatında çap edilmişdir. Kitabda müəllif din və
dövlət arasındakı münasibətlər, Avropa və ABŞ-da islamçılığın yüksəlişi və
inkişafı və bu ölkələrin islamın inkişafında ciddi strateji təhlükə ilə üz-üzə
gəlməsi, dövlətə və ayrı-ayrı fərdlərə aid olan şəriət qanunu adlanan
islamçılığın bir çox islam ölkələrində siyasi ideoloji-islamizmə keçməsi
haqqında məsələləriişıqlandırır.
2011-ci ildə Macarıstanın paytaxtı
Budapeşt şəhərində Naxçıvan Dövlət Universitetiniz rektoru, akademik, millət
vəkili İsa Həbibbəylinin tərtib etdiyi
və ön söz yazdığı “Seçilmiş hekayələr”
kitabı macar dilində çap edilmişdir. Azərbaycanın Macarıstandakı səfirliyi ilə
Naxçıvan Dövlət Universiteti arasındakı əməkdaşlığa əsasən ərsəyə gələn bu
kitabda görkəmli Azərbaycan ədəbi mütəfəkkiri C.Məmədquluzadənin on hekayəsi
toplanmışdır. Budapeştdəki ELTE Universitetinin müəllimi, 1969-cu ildə BDU-nun
Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmiş, tanınmış azərbaycanşünas
Mariya Keneşi kitabı tərcümə etmiş və ona ön söz yazmışdır. Kitabda görkəmli
alman rəssamı Oskar İvanoviç Şmerlinqin “Molla Nəsrəddin” jurnalına çəkdiyi
karikaturalardan istifadə olunması burada yer alar hekayələrin personajları,
onun məzmunu barədə macar oxucusunda
aydın təsəvvür yaradır. Bu kitabın dərc olunması həm görkəmli ədibimizin ədəbi
irsinin, həm Azərbaycan ədəbiyyatının, həm də XX əsrin əvvəllərində Azərbaycan
demokratik düşüncəsinin dünyada tanıdılması baxımından akademik İ.Həbibbəylinin
göstərdiyi təqdirəlayiq xidmətdir.
Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tanınmış alim, Əməkdаr еlm хаdimi, BMT yаnındа Bеynəlхаlq İnfоrmаsiyаlаşdırmа Аkаdеmiyаsının akademiki, Bakı Dövlət Universitetinin Kitаbхаnаşünаslıq kаfеdrаsının müdiri, tarix elmləri doktoru, professor Abuzər Xələfovun 80 illik yubileyi ilə əlaqədar konfrans keçirildi. Tədbirdə Azərbaycanın tanınmış elm adamları, həmçinin respublikamızda fəaliyyət göstərən kitabxanaların rəhbər və əməkdaşları, alimin yetirmələri iştirak edirdilər.
Konfransı giriş sözü ilə AMEA prezidenti Mahmud Kərimov açaraq alimin Azərbaycanda kitаbхаnаşünаslıq elminin bir elm kimi təşəkkül tapmasında, inkişaf etdirilməsi istiqamətində yorulmaz fəaliyyətindən danışdı. O bildirdi ki, alimin gərgin əməyi nəticəsində kitаbхаnаşünаslıq elmi digər elmlər sırasında özünə yer tapmış, ölkəmizdə önəmli peşələrdən birinə çevrilmişdir.
Tədbiri kitabxananın direktoru, fil.e.d. Aybəniz Əliyeva-Kəngərli açaraq Azərbaycanın son 30 ilinin Heydər Əliyevin adı ilə bağlı olduğunu söylədi. O, Azərbaycan dövlətçiliyinin yaranmasında ümummilli liderin misilsiz rolu və fəaliyyətinin olduğunu diqqətə çatdırdı. Natiq MEK-də H.Əliyevin siyasi və dövlət xadimi kimi zəngin irsini əks etdirən “H.Əliyev irsinin təbliği şöbəsi”nin yaradıldığını və şöbənin bu sahədə geniş fəaliyyət göstərdiyini qeyd etdi. A. Əliyeva-Kəngərli bildirdi ki, şöbə yalnız kitabxana daxilində deyil, respublikamızın müxtəlif regionlarında, şəhər və rayonlarında, təşkilat və qurumlarda, həmçinin ölkədən kənarda da H.Əliyev irsinin təbliği istiqamətində silsilə tədbirlər həyata keçirir. Tədbirdə, t.e.d. Qasım Hacıyev “Xalqdan güc alan-xalqa arxalanan lider”, fil.e.d. Gülşən Əliyeva “Zaman, şəxsiyyət və cəmiyyət” mövzusunda məruzələrlə çıxış edərək ulu öndərin Azərbaycan elminin, mədəniyyətinin inkişafı istiqamətində gördüyü xidmətlərdən bəhs etdilər. Məruzəçilər ümummilli liderin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, elm, təhsil və mədəniyyət sahəsində H.Əliyevin strategiyasını ardıcıl şəkildə həyata keçirdiyini vurğuladılar. Tədbirdə H.Əliyevin çoxşaxəli, titanik fəaliyyətini əks etdirən və onun zəngin irsinin tədqiqinin nəticələri olan 1000-dən çox ənənəvi və virtual formada ədəbiyyat sərgiləndi. Sonda tədbir iştirakçılarına “Heydər Əliyev epoxası” adlı sənədli film nümayiş etdirildi.
Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının Kiyev şəhərində keçirdiyi D.S.Lixaçev mükafatı uğrunda konkursun nəticələrinə əsasən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz-Əliyeva-Kəngərli “Milli kitab mədəniyyəti kontekstində Azərbaycan folklor kitabının öyrənilməsinə bəxş etdiyi qiymətli xəzinəyə görə” Diplomuna layiq görülmüşdür. A.Əliyeva-Kəngərli eyni zamanda Ukrayna Milli Elmlər Akademiyası tərəfindən qiymətli hədiyyə ilə də mükafatlandırılmışdır.
Mərkəzi Elmi Kitabxana İberiya-Qafqaz seriyasından olan bu ikicildli kitabın surətini əldə etmişdir. Kitablar beynəlxalq akademik ittifaq, Beynəlxalq Poliqrafiya Komitəsi və Beynəlxalq Diplomatik Komissiya tərəfindən Elizabet Lalu, Jan Pyer Mahe və Mark Smitin rəhbərliyi altında, Cost Gibert, həmçinin Gürcüstan Elmlər Akademiyasının üzvü Zaza Aleksidze və digər redaktor heyəti tərəfindən 2007-cu ildə Belçikanın Brepols nəşriyyatında çap olunmuşdur. Nəşrin dayandırılması ilə bağlı çap formasının əldə etdilməsi mümkün olmadığından gürcü həmkarlarımızın köməkliyi ilə kitabların surəti əldə edilmişdir.
Avstraliyanın Kvinslənd ştatının 107 yaşlı sakini Oliviya Reyli İnternetin ən ahıl istifadəçisi titulunu almışdır. Ostrelian Assoşieyted Press agentliyinin məlumatına görə, yaşı 100-ü ötməsinə baxmayaraq, nənə özünün elektron səhifəsini açmışdır. Şəbəkə jurnallarının,
ətraflı...
İzmirdəki “Doqquz Sentyabr” Universitetinin alimləri insan boyunun uzadılması sahəsində başa çatdırdıqları 2 layihəni Avropa Patent Agentliyinə təqdim etmişlər. Layihələrə əsasən, boy ayaq sümüklərinə bərkidilən və komanda pultu ilə uzaqdan idarə ətraflı
Həvas Misirdə çox tanınmış adamdır. O, şahzadə Diana, yaxud Bill Klintonla birgə şəkillərinin və Kleopatra ilə qol-boyun təsvir olunduğu karikaturanın yerləşdirildiyi şəxsi saytında arxeoloji qazıntılardan danışır. Ehramların tikintisində iştirak edənlərin adlarını məhz ətraflı...
Böyük Britaniyanın Baş naziri Uinston Çörçill elektronika mütəxəssisinə hökumətin iqamətgahına nəinki gəlməyi, hətta burada görünməyi belə qadağan etmişdi. Çünki Mİ-5 xəbərdarlıq etmişdi ki, sovet casusları bu mütəxəssisdən Baş nazirin eşitmə aparatına xəlvəti dinləmə ətraflı...
Odessa qəzetlərindən birində tacqoyma mərasimi haqqındakı xəbərdə “korona” (“tac”) əvəzinə, “vorona” (“qarğa”) yazılmış və belə bir cümlə alınmışdı: “Mitropolit İmperator həzrətlərinin başına qarğa qoyulmuşdur”. Ertəsi gün düzəliş verən qəzetin, necə dəyərlər
ətraflı...
Ölkəmizdə kitabxana işinin inkişaf strategiyası
Bu günlərdə respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamı Azərbaycan kitabxana ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır.
ətraflı ---------------------------------------------------
Yeni dövrün kitabxanası: günün tələbi və görülən işlər
Kitaba, mütaliəyə, informasiya almağa marağı olan hər bir şəxs, heç şübhəsiz ki, internetlə təmin olunmuş və kifayət qədər operativ xidmət göstərən informasiya mərkəzinə-kitabxanaya daim ehtiyac duyur.
ətraflı ---------------------------------------------------
Kitablarımız İstanbul kitab sərgisində Kitabın bəşər övladına bəxş etdiyi yüksək mənəvi - əxlaqi, ictimai, elmi töhfələri saysız-hesabsızdır. Yüksək kulturoloji əhəmiyyət kəsb edən kitab maddi-mənəvi sərvət kimi xalqın, millətin potensialını üzə çıxarır, tariximizi yaşadır.
ətraflı ---------------------------------------------------
Dünyanın 10 ən oxunan kitabı Ginnes rekordlar kitabının mütəxəssisləri bütün dövrlərin və xalqların 10 ən populyar kitabının siyahısını hazırlayıblar. Kitab nəşri başlayan dövrdən bəri Bibliya dünyada ən çox dərc olunan kitab sayılır. Bu günə kimi Bibliya kitabının ümumi tirajı 6 milyard nüsxəni keçib
ətraflı ---------------------------------------------------
Ən sakit peşə sahibi kitabxanaçıdır İngiltərənin Mançestr Universitetinin alimləri hansı peşə sahibinin stresə daha çox məruz qaldığını 10 ballıq şkala dərəcəsində yoxlamışlar. Məlum olmuşdur ki, ən çox stres şaxtaçılarda (8,3 bal), polislərdə (7,7 bal), inşaatçı və jurnalistlərdə (7,5 bal), diş həkimlərində (7,3 bal) təsadüf edilir. Ən sakit peşə sahibi kitabxanaçılar və muzey işçiləri (2,8 bal) sayılır
---------------------------------------------------