Ünvanımız:
Bakı şəh., H.Cavid pr.31
Tel: 438-60-17
Kitabxana şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9-dan 17-dək işləyir.
Azərbaycan yeni dövrdə.
XIX yüzillik-XX yüzilliyin əvvəli
1801-ci ildə Rus imperiyası Şərqi Gürcüstan ərazilərini özünə birləşdirərək Qafqaz canişinliyini yaradır. Bunun ardınca 1802-ci ildə rus generalı P.D.Sisianov Azərbaycanı Rusiyaya qatmaq məqsədi ilə hərbi əməliyyatlara başlayır.
19-cu yüzilliyin II yarısında Şimali Azərbaycanın iqtisadi həyatı Rusiyada kapitalist münasibətlərinin inkişafı ilə sıx əlaqəli idi. Bu baxımdan ölkədə ən iti surətlə neft hasilatı və sənayesi inkişaf edirdi. Artıq 1872-ci ildə neft hasilatında icarə üsulu tətbiq edilməyə başlayır ki, bu da həmin sahədə kapitalist münasibətlərinin inkişafına güclü təkan verir.
20-ci yüzilliyin əvvəllərində Şimali Azərbaycan neft sahəsində dünyada birinci yerdə idi. 1901-ci ildə o dünya neft hasilatının 50%, Rusiya neftinin isə 95 % təmin edirdi. Ölkədə kapitalist münasibətlərinin inkişafı ilə paralel kustar sənətkarlıq da mövcud idi.
20-ci yüzilliyin əvvəlində Cənubi Azərbaycanda yaşayan əhalinin vəziyyəti ağır olaraq qalırdı. Bu da cəmiyyətin demək olar ki, bütün təbəqələrində getdikcə artan narazılığa səbəb olurdu.
1908-ci lin dekabrın 12-də İranın paytaxtı Tehranda bir qrup tacir döyülərək həbs edilmişdir. Bu fakt kütləvi çıxışların başlanmasına səbəb oldu. Həmin gün 1905-ci-1911-ci illər İran inqilabının başlanması hesab olunur.