Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




Azərbaycan elektron kitabxanaların inkişaf dalğasında

   

İllər əvvəl

1971-ci ildə professor Maykl Hart milyonlarla ABŞ dollarına başa gələn "Qutenberq" layihəsini realizə etməyə başladı. Bununla da Hart tarixdə ilk dəfə olaraq "Qutenberq layihəsi" adlı ilk elektron kitabxananı yaratdı. Elektron kitabxananın ilk mətnləri də elə Hartın özü tərəfindən kompüterin yaddaşına daxil edildi. "ABŞ-ın müstəqillik bəyannaməsi və konstitusiyası", "Qanunlar haqqında Bill", "İncil" və "Tövrat" Hartın elektron kitabxanasının ilk nəşrləri oldu. 1992-94-cü illərdə ABŞ-da və Avropada ilk dəfə olaraq elmi əsaslar üzərində elektron kitabxanaların yaradılması işinə start verildi. Bunun ardınca Rusiyada alternativ kitabxanalar meydana gəldi. Azərbaycanda isə ilk elektron kitabxana yaratmaq təşəbbüsləri 80-ci illərin sonlarında Azərbaycan Milli Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri laboratoriyasının əməkdaşları tərəfindən atılıb. Məhz bu laboratoriyada musiqi alətlərinin elektron kitabxanası yaradılıb.

İllər sonra

Bu gün isə İnternetdə onlarla azərbaycan dilli elektron kitabxana mövcuddur. Lakin onların arasında ən çox diqqət çəkən “Heydər Əliyev İrsi” adlanan Beynəlxalq elektron kitabxanadır. Qlobal şəbəkədə fəaliyyət göstərən kitabxana Azərbaycan xalqının ümummilli lideri, müasir dövrün görkəmli siyasi xadimi, prezident Heydər Əliyevin irsinə həsr edilib. Elektron kitabxananın səhifələrində böyük siyasətçinin əsərlərinin, çıxışlarının mətnləri ilə tanış olmaq, Heydər Əliyev irsinin ən maraqlı məqamlarına rast gəlmək mümkündür. İndiyədək "Heydər Əliyev irsi" adlı Beynəlxalq Elektron Kitabxananın materiallarından müxtəlif dillərin daşıyıcıları istifadə edə biliblər. Buraya, ingilis, fransız, alman dilləri ilə yanışı, qəliz semantikaya malik, urdu, ərəb, fars və gürcü dilləri də daxildir. Lakin indi bu dillərin sırasına yapon və çin dillərinin də əlavə olunması kitabxananın ziyarətçi kontingentinin rəngarəngliyini daha da artırıb. Heydər Əliyevin əsərlərinin müxtəlif dillərdə nəşri politoloqlar, iqtisadçılar, jurnalistlər və Azərbaycanın ən yeni tarixi və inkişafı, keçmişi və gələcəyi ilə maraqlanan bütün insanlar üçün faydalıdır. Bu nöqteyi-nəzərdən kitabxananın hansı üstünlüklərə sahib olduğunu bilmək o qədər də çətin deyil. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Asəf Nadirovun sədrliyi ilə Vurğun Süleymanovun ( layihənin rəhbəri) Çingiz Abdullayevin (yazıçı, publisist, hüquq elmləri doktoru) Azərbaycan MEA-nın akademiki Teymur Bünyadovun, Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanovun və Bakı Slavyan Universitetinin prorektoru, professor Asif Hacıyevin araya-ərsəyə gətirdiyi “Heydər Əliyev İrsi” adlı elektron kitabxana nəinki azərbaycandilli internet resursları, hətta başqa veb-səhifələr və virtual kitabxanalarla müqayisədə daha fərqli məziyyətlərə malikdir. Bu gün Azərbaycanda kitabxana işi, kitabxanaların avtomatlaşdırılması və bunun nəticəsində irihəcmli informasiyalarla zəngin elektron kitabxanaların yaradılması işi ötən illərə nisbətən daha sürətlə inkişaf edir. Artıq məlumdur ki, ötən 10 il ərzində həmyerlilərimiz qlobal şəbəkəyə 7000-dən artıq internet resursu yerləşdirib. Təqdirəlayiq haldır ki, həmin resurslar arasında 100-dən artıq sayt bu və ya digər formada elektron kitabxana, elektron mətn, müxtəlif janrlı ədəbiyyat və informasiya çeşidini özündə cəmləyir. Əslində, kitabxanalarla informasiya texnologiyalarının vəhdətindən irəli gələn bütün bu uğurları sadaladıqca sadalamaq mümkündür. Lakin bunları nəzərinizə çatdırmaqda başqa bir məqsəd də var. Azərbaycan 14 ildir ki, müstəqildir və müstəqil ölkədə digər sahələr kimi kitabxana işi də durmadan inkişaf edir, informasiya cəmiyyəti qurulur, milli şəbəkə infrastrukturu formalaşır. Göstərdiyimiz bu uğurlar isə heç şübhəsiz ki, dövlətin dəstəyi olmadan reallaşa bilməz. Əgər Azərbaycanda kitabxana işi Şah İsmayılın dövründə formalaşıbsa, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə inkişaf edib, çiçəklənib, hüquqi bazaya malik olub, insan fəaliyyətinin ən humanist bir sahəsi kimi layiqli qiymətini alıb. Ümummilli lider Heydər Əliyev ömrünün uzun illərini xalqının, millətinin azad, hürr, firavan, alnıaçıq, keçmişi, bu günü, gələcəyi təmiz yaşaması uğrunda mübarizəyə həsr etdiyi kimi, gənclik illərini də təhsilə, elmə, mütaliəyə sərf edib. Görünür onda kitaba, kitabxanaya, mütaliəyə olan həvəs və hörmət də məhz buradan qaynaqlanıb. Heydər Əliyev hələ Naxçıvanda Pedaqoji Texnikumda təhsil alarkən onda kitaba olan maraq hədsiz dərəcədə güclü olduğundan müəllimləri daim onunla fəxr edir, onun zəkasına, yaddasaxlama qabiliyyətinə heyran qaldıqlarını gizlətmirdilər. Həmin zamanlar Heydər Əliyevə dərs demiş, çox hörmətli müəllimimiz Lətif Hüseynzadə o illəri belə xatırlayır: "…Naxçıvanda bir kitabxana var idi. Orada çox zəngin ədəbiyyat cəmləşmişdi. Əlirza kişidən soruşanda ki, Heydər nə edir, deyirdi ki, bütün günü kitabxanada olur. O, hər sahədə fərqlənirdi. Bədii qiraət müsabiqələrində, idman yarışlarında birinci olurdu" Bəli, birinci olmaq daim Heydər Əliyevə yaraşıb. Heydər Əliyev Azərbaycanda kitabxana işinin hüquqi bazasını formalaşdıran, şəxsi kitabxanasından milli kitabxanaya kitab hədiyyə edən, kitabxana işi haqqında ən doğru fikri söyləməklə yaddaşımızda kitabxana anlayışının yeni milli tərifini formalaşdıran, 70 illik Sovet imperiyasının siyasi məngənəsindən çıxdıqdan sonra dilimizə əvvəlki statusunu qaytaran və bu statusda kitabxanalarımızın fondunu zənginləşdirəcək latın qrafikalı əlifba ilə milyonlarla ədəbiyyatın çapına təkan verən, informasiya cəmiyyətinin qurulmasına və informasiyaya əlyetərliyinin təmin olunmasına daha çox calışan birinci, öndər, unudulmaz Prezidentdir. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır. Və heç şübhəsiz ki, bu gün Heydər Əliyevin adını daşıyan beynəlxalnq elektron kitabxana məhz onun vaxtilə elmimizə, təhsilimizə verdiyi töhfənin nəticəsidir. Heydər Əliyevin kitabxana işinə qayğısı, diqqəti dağılmaqda olan kitabxanaçılıq ənənələrinin, fəaliyyətlərinin tarixində dönüş nöqtəsi, qurtuluş məqamı olmuşdur. Heydər Əliyev daim kitabxana işini diqqət mərkəzində saxlamış və vaxtını az olmasına baxmayaraq, vaxtaşırı kitabxana ictimaiyyəti ilə görüşməyə, onların probemləri və qayğıları ilə bölüşməyə sərf etmişdir. Tarixi bir faktı diqqətinizə çatdırım: "…1975-ci ildə uzun müddət Sabunçu rayonunun deputatı olmuş ümummilli lider Heydər Əliyev 1904-cü ildə yaradılmış və M.Şəhriyarın adını daşıyan uşaq kitabxanasına gəlmiş, kitabxananın işi ilə yaxından maraqlanmış, kitabxanaya üzv yazılmışdır. Ötən il 100 illiyini qeyd edən kitabxananın kollektivinin qərarı ilə böyük öndər Heydər Əliyevə "Fəxri oxucu" adı verilmişdir." Əslində bütün bunları sadalamaqda bir məqsədim var: o da Heydər Əliyevin Azərbaycanın tərəqqisinə, elminə və təhsilinə, mədəniyyətinə və tarixinə olan qayğısını bir daha ifadə etməkdir.

Sonda

Qədim Hindistanda belə bir deyim vardı: “Ənənə davam edərsə ənənəyə çevrilir”. Dövlət başçısı İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" imzaladığı müvafiq sərəncamda yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitələrilə yayılması, latın qrafikasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın yaradılması nəzərdə tutulur. Deməli, yaxşı ənənələr davam edir və Azərbaycan elektron, virtual kitabxanaların inkişaf dalğasında daim öndə və birincilər sırasında olacaq.

Cavid Cəfərov



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları