Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




Əməkdaşların əsərləri, məqalələri, çıxışları, məruzələri

A.Məmmədova: Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının əsas iş prosesləri və əməliyyatları üçün

N O R M A L A R        <---[sənədi yüklə]

    Muasir kitabxana menecmentinin ən mühüm funksiyalarından biri əməyin normalaşdırılmasıdır. Kitabxanalarda həyata keçirilən proses və əməliyyatların normaları müvafiq iş növləri üzrə əmək kollektivlərinin fəaliyyətinin təşkili və tənzinlənməsinə dair hüquqi sənəddir. Kitadxanalarda əməyin elmi təşkilinə dair mühüm nəzarət vasitəsi olan normalar (normativ sənədlər) hər bir kollektivin işçi qrupunun və işçinin qarşısında qoyulan peşə tələblərinin kəmiyyət və keyfiyyət göstəriciləridir. Bu normativ sənədlər məcmuəsi Mərkəzi Elmi Kitabxananın bütün şöbələrinin iştirakı ilə çox böyük zəhmət, diqqət və səbr tələb edən işin nəticəsidir. Hazırlıq dövründə kitabxananın yüksək ixtisaslı, təşəbbüskar işçilərindən təşkil olunmuş «Əməyin Elmi Təşkili» (ƏET) komissiyasının rəhbərliyi altında eksperimentlərin aparılması üçün iş proqramı tərtib edilib həyata keçirilmişdir. Əməyin normalaşdırılmasının əsas məqsədi – işin yerinə yetirilməsi üçün vaxt sərfinin təyin olunması əsasında kitabxananın bütün sahələrində işin düzgün təşkili və beləliklə, əməyin səmərəliliyinin artırılmasıdır. Başqa sözlə desək, işi düzgün təşkil etdikdə eyni ştat tərkibi və eyni vaxt sərfində daha yüksək nəticələr əldə etmək olar. Köhnə normaların nəzərdən keçirilməsi və yeni normaların tətbiqi kitabxanaçıların özlərinin yaradıcılıq axtarışlarının, peşə dünyacörüşlərinin genişlənməsi, ixtisasının, peşə və ümumi mədəniyyətinin səviyyəsi ilə bilavasitə əlaqədardır. Kitabxanada əməyin təşkili və planlaşdırılması məsələlərinin düzgün həlli müəyyən vaxt müddətində görülən işin dəqiq normalarını təyin etmədən mümkün deyil. Əmək normaları əsasında aşağıdakılar təyin edilir: ayrı-ayrılıqda hər bir işçinin və kollektivin ümumi işdə iştirakının ölçüsü, işçilərin sayı, ayrı-ayrı ixtisaslar üzrə işlərin növləri arasında kəmiyyət nisbəti, adamların düzgün yerləşdirilməsi və onların səmərəli surətdə qarşılıqlı əlaqəsi, işin düzgün ritmi, əməyin stimullaşdırılması, adamların fiziki və zehni inkişaf xüsusiyyətlərini nəzərə alaraq sanitar-gigiyena və estetik şəraitlərin yaradılması və s., həmçinin şəraitdən asılı olaraq eyni iş növünün əl üsulu və texniki vasitələrlə görülməsi zamanı fərqli normalar və s. Kitabxanada əməyin elmi təşkilinə (ƏET) daxildir: işin məqsədəuyğun təşkili, planlaşdırılması, uçotu; kitabxanalarda texnoloji proseslərin və əməliyyatların səmərələşdirilməsi; iş yerlərinin təşkilinin, əməyin normalaşdırılmasının təkmilləşdirilməsi; iş şəraitinin yaxşılaşdırılması; kllektivdə təşəbbüskarlıq və yaradıcılıq meyllərinin inkişafı və s. ƏET-nin əsasını əməyin normalaşdırılması təşkil edir. Normalaşdırma hər şeydən əvvəl işin elmi əsaslarla planlaşdırılması, əməkdaşların ayrı-ayrı sahələr üzrə düzgün yerləşdirilməsi üçün lazımdır. Vaxt normaları müəyyən əməliyyat dairəsi olan işçilər üçün təyin edilir. Kitab fondlarının komplektləşdirilməsi, ədəbiyyatın kitabxana və biblioqrafik cəhətdən işlənilməsi, nəşriyyat fəaliyyəti, tərcümələrin edilməsi, çap məhsullarının surətinin çıxarılması və s. işlər bu şərtlərə cavab verir. Məlum olduğu kimi əmək məhsuldarlığının inkişafı, onun ehtiyatlarının artması iş vaxtına qənaət edilməsi nəticəsində mümkündür. Buna bir tərəfdən iş vaxtından səmərəli istifadə etmək, itkiyə yol verməmək hesabına, digər tərəfdən isə eyni vaxt çərçivəsində yüksək əmək nailiyyəti qazanmaq yolu ilə nail olunur. Əsaslandırılmış normaların keyfiyyətlə yerinə yetirilməsi mütəxəssisin peşəkarlığının mühüm meyarıdır. Məgmuənin normativ hissəsində aşağıdakı məlumatlar toplanıb: əməliyyatın adı, işin məzmunu, işin həcminin ölçü vahidi, iş həcminin ölçü vahidinin norması, bir saat ərzində məhsulun norması. «Qeyd» bu və ya digər proses və ya əməliyyatın təşkilati-texniki şərtlərinin xüsusiyyətləri qeyd olunur. Məcmuənin hazırlanmasının birinci mərhələsində işin təşkilinin vəziyyəti öyrənilmiş, təhlil edilmiş, mövcud ehtiyatlar aşkarlanmış və kitabxanada ƏET-nin istiqamətləri müəyyənləşdirilmişdir. Müşahidələr, tədqiqatlar aparılmış, işin təşkilinin təhlili üçün mühüm olan bütün məlumatlar toplanmışdır. Qarşıda qoyulan vəzifələrdən asılı olaraq xronometraj, iş gününün şəkli və s. üsullar tətbiq edilmişdir. İşin ikinci mərhələsində yeri gəldikcə iş metodlarının, proseslərin, texniki vasitələrin və s. tətbiqindəki dəyişikliklər üzrə təcrübələr aparılmışdır. Tədqiqatlar nəticəsində alınmış məlumatların əsasında əməyin təkmilləşdirilməsi üzrə təkliflər işlənib hazırlanmışdır. İşin üçüncü mərhələsində planın təsdiqi ilə əlaqədar tədbirlər həyata keçirilmişdir. Şöbələrdə işçilərə təlimat verilmiş, onlara işin yeni üsulları öyrədilmişdir, həmçinin tətbiq edilmənin gedişi ilə əlaqədar müşahidələr aparılmış, kitabxanada əvvəl qəbul edilmiş əməyin normalaşdırılması üzrə dəyişikliklər edilmişdir. Öz təbiətinə görə dəyişkən oldüğüna görə ƏET-nə birdəfəlik təşkil edilmiş və bərqərar olunmuş fəaliyyət kimi baxmaz olmaz. ƏET üzrə tədbirlərin mütəmadi olaraq yeniləşməsi və müasir informasiya texnologiyalarının nailiyyətlirənə uyğunlaşması hər bir kitabxananın daimi vəzifəsidir. Şübəsiz ki yeni normaların tətbiq edilməsi kitabxanaçıların özlərinin yaradıcılıq axtarışından, onların peşə səviyyəsindən, ixtisasının artırılmasından və ümumi mədəniyyətinin inkişafı səviyyəsindən asılıdır. Təqdim edilən bu vəsait 1992-ci ildə tərtib edilmiş «Normalar»ın müasir səviyyədə, AMEA-nın kitabxana sistemində baş vermiş struktur dəyişikliklərinə uyğun surətdə yenidən işlənmiş, təkmilləşdirilmiş və əlavələr edilmiş ikinci nəşridir. Guman edilir ki, müasir dövrdə Azərbaycanda kitabxana işinin təkmilləşdirilməsi vəzifələrinə uyğun olaraq belə bir məçmuənin meydana gəlməsi ölkənin digər elmi kitabxanalarında da əmək proseslərinin normalaşdırılması işində faydalı olacaqdır. Bu sahədə yeni təşəbbüs olan həmin məcmuə şübəsiz ki, nöqsansız deyildir. Hazırda kitabxana işində getdikcə dərinləşən informasiyalaşdırma prosesləri, müasir kommunikasiya – informasiya texnologiyalarının tətbiqinin geniş vüsət alması, kitabxanalarda həyata keçirilən bir çox əməliyyatların normativ göstəricilərində əsaslı kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olacaq və həmin göstəricilərin təkmilləşməsi zərurətini mütəmadi olaraq gündəmə gətirəcəkdir. Bu haqda informasiya – mütəxəssislərinin təklif və tövsiyələri Mərkəzi Elmi Kitabxana tərəfindən minnətdarlıqla qarşılanacaqdır.



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları