Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




AMEA MEK VƏ İRAN İSLAM RESPUBLİKASININ AZƏRBAYCANDAKI
SƏFİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
«AZƏRBAYCAN-İRAN ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR ZALI»


AZƏRBAYCAN-İRAN ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR ZALI          Dekabr ayının 21-də AMEA MEK və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində «Azərbaycan-İran elmi-mədəni əlaqələr zalı»nın açılış mərasimi keçirildi. Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Əfşar Süleymani, AMEA-nın prezidenti Mahmud Kərimov və bir sıra qonaqlar iştirak edirdilər. Rəsmi açılış mərasimindən sonra Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli çıxış edərək qonaqları salamladı. Natiq öz çıxışında layihə barədə ətraflı məlumat verdi. Bildirildi ki, «Azərbaycan-İran elmi-mədəni əlaqələr zalı» iki ölkə arasındakı elmi-mədəni əlaqələrin, elmi təcrübə mübadilələrinin, elmi maarifləndirmə işlərinin daha da inkiaf etirilməsi və dərinləşməsi, iranşünaslıqla məşğul olan alimlərin zəruri elmi informasia ilə təmin olunması, onlar üçün müasir tələblərə cavab verən elmi kommunikasiyaların yaradılması, AMEA Şərqşünaslıq İnstitutunun tematikasına uyğun olaraq elm və tədris ədəbiyyatının vahid mərkəzdə toplanması və onların hamı üçün əlyetər olması, şərq dilləri, eləcə də fars dili və ədəbiyyatı mütəxəssislərinin müvafiq ədəbiyyata, audiovizual və multimedia vasitələrinə olan tələblərinin ödənilməsi məqsədilə yaradılmışdır. Daha sonra çıxış edən Mahmud Kərimov layihənin yekunlaşması münasibətilə hər iki tərəfi təbrik etdi. O, bu qəbildən olan elmi-mədəni əlaqələrin davam etməsini tarixi bir məntiqin nəticəsi kimi səciyyələndirdi. Bildirildi ki, Azərbaycan İran İslam Respublikası və Şərq ölkələri ilə münasibətlərin inkişafına daim mühüm önəm verir. Ümummilli lider Heydər Əliyevin yeritdiyi balanslaşdırılmış siyasi kursu uğurla davam etdirən prezident İlham Əliyev İranla da qonşuluq, dostluq münasibətlərinin davam etdirilməsində maraqlı olduğunu daim bəyan edib. Məhz bunun nəticəsi kimi, artıq İranla Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişaf yolları üzərində iş davam etdirilir. Bu gün Azərbaycanla İran arasında siyasi, iqtisadi, elmi, mədəni, humanitar və digər sahələrdə münasibətlər sürətlə inkişaf edir. İki ölkə arasında əməkdaşlığın genişlənməsi İslam dünyasının problemlərinə birgə münasibət bildirməklə qarşıya çıxan məsələlərin həllində xalqlarımıza kömək edir. Öz çıxışında səfir Əfşar Süleymani də layihənin əhəmiyyətindən və iki dost xalq arasında tarixi əlaqələrdən danışdı. O, bildirdi ki, Azərbaycanla İran həm də qədim dostluq əlaqələri ilə bağlıdır. «Tarixi keçmişimiz, dərin köklərə malik olan dostluq, qardaşlıq əlaqələrimiz, adət və ənənələrimizin eyniliyi, yaxud bir-birinə bənzərliyi, bir dinə mənsub olmağımız və nəhayət, qonşuluq şəraitində yaşamağımız bizi həmişə yaxınlaşdırıb və birləşdiribdir» deyən səfir layihənin həyata keçirildiyi 1 il ərzində «Azərbaycan-İran elmi-mədəni əlaqələr zalı»na mindən artıq elmi tutumlu kitabın, audio və video materialların, CD-lərin hədiyyə olunduğunu bildirdi. Xatırladaq ki, layihə çərçivəsində məhz səfirlik tərəfindən zal əhəmiyyətli dərəcədə təmir olunmuş və kompüterləşdirilmişdir. Burada 40-dan artıq oxucu yeri yaradılmışdır. Həmin oxucular İnternetə qoşulmuş kompüterlər vasitəsilə iranlı həmkarları ilə vürtual elmi kommunikasiyalar yaradacaq, fikir mübadiləsi apara biləcək. Zalın fondu kitabxananın Şərq fondunun bir hissəsi kimi oxucuların istifadəsinə veriləcək. Qeyd etmək lazımdır ki, artıq 35 ildir Mərkəzi Elmi kitabxanada Şərq ölkələri ilə beynəlxalq ədəbiyyat mübadiləsi aparan, Şərq ölkələrində nəşr edilmiş çap və elektron elmi ədəbiyyatla fondları komplektləşdirən, mühafizəsini təşkil edən və ədəbiyyatın elmi kataloqlaşdırılması ilə elmi işlənməsini yerinə yetirən Şərq ədəbiyyatı şöbəsi fəaliyyət göstərir və bir çox öləkələrin 25-ə yaxın universiteti, kitabxanası ilə sıx əməkdaşlıq edir. Bu şöbənin fəaliyyəti nəticəsində isə kitabxanaın Şərq ədəbiyyatı fondu mütəxəssislər üçün qiymətli və əvəzsiz məxəzlərdən birinə çevrilib. Burada Şərqə aid nadir elmi kitablar, məcmuələr, dövrü mətbuat nüsxələri, həmçinin arxiv fondu mühafizə olunur. Şərq ədəbiyyatı fondu həmçinin Şərq xalqlarının qədim və yeni tarixini, mənbəşünaslıq, dilçilik, ədəbiyyatşünaslıq və incəsənətə dair nəşrləri, eləcə də alim-səyyahların əsərlərini özündə əks etdirir.


Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları