Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




Azərbaycan-Fransa elmi-mədəni əlaqələr zalı

    Azərbaycan-Fransa elmi-mədəni əlaqələr zalı 2002-ci il martın 18-də Mərkəzi Elmi Kitabxana ilə Fransanın Azərbaycandakı Səfirliyi arasında olan birgə əməkdaşlıq əsasında yaranmışdır. Zal fransız dilli oxucular arasında Fransa ədəbiyyatının, tarixinin, dilinin təbliğini genişləndirmək missiyasını həyata keçirir. Azərbaycan-Fransa elmi-mədəni əlaqələr zalı İnternetə çıxışı olan kompüter dəsti, televizor, kompakt disklərlə təmin olunmuşdur. Kitabxananın fransız dilli hər vir oxucusu ücünİnternetə çıxışı olan kompüter dəsti vasitəsi ilə fransaya dair məlumat toplamaq, istənilən fransız radiosunu dinləmək, peyk antenası vasitəsilə fransız kanallarını izləmək imkanı yaradılmışdır

2005-ci ildə görülən işlər:   |   Nigar Babaxanova

   Fransa –Azəbaycan elmi-mədəni əlaqələr zalı Fransa və Azərbaycan arasında əlaqələri genişləndirmək məqsədilə aşağıdakı istiqamətlərdə iş aparır.
    1. AMEA-nın elmi əməkdaşlarına və MEK-nın oxucularına Fransaya dair operativ informasiya ötürmək.
    2. MEK-nın oxucularına internetdə fransız dilində və Fransaya dair pulsuz axtarış imkanı yaratmaq.
    3. Axtarışın rahat və operativ olması üçün məlumat bazaları və Fransaya dair Veblioqrafiya ( sayt göstəricisi) yaratmaq .
    4. Fransanın bütün kanallarını MEK-nın Fransa-Azərbaycan elmi-mədəni əlaqələr zalında izləmək.
    5. Fransa-Azərbaycan arasında elmi-mədəni əlaqələri genişləndirmək, Azərbaycanı Fransada və Fransanı Azərbaycanda təbliğ etmək məqsədilə tədbirlər keçirtmək.
    6. Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət şöbəsilə sıx əlaqələr yaradaraq kitaxananın fondunu müxtəlif sənədlərlə ( CD-çap, video kasset, kitab, jurnal və qəzetlərlə) zənginləşdirmək.
    7. Jorj Sand adına müasir fransaya dair mediateka ilə əməkdaşlıq apararaq birgə konfranslar və sərgilər təşkil etmək.

    Cari ildə Fransa –Azəbaycan elmi-mədəni əlaqələr zalına 522 oxucu müraciət etmişdir. Onlardan 475 –nə dərhal operativ xidmət göstərilmişdir. Bu oxuculardan 115 fransa kitabxanalarına dair məlumat, 69 fransız dilinin öyrənilməsi haqqında, 97 fransız kanallarını izləməyə dair, 119 fransaya dair tədqiqat aparanlara yararlı məlumatlar, 110 Fansada təhsil almaq haqqında, 112 nadir fransız nəşrləri ilə bağlı tələblər olmuşdur.
    2005-ci ilin mart ayında Respublikanın təhsil ocaqlarında keçirilən frankafoniya günlərində Fransa –Azəbaycan elmi-mədəni əlaqələr zalı yaxından iştirak etmişdir. Bu tədbirlə bağlı sərgilər təşkil etmiş, tədbir keçirtmişdir.Bundan başqa, cari ildə MEK-na elektron kataloq yaratmaq məqsədilə İRBİS proqramı almış və bu proqramı həyata keçirməyə başlamışdır. Fransa –Azəbaycan elmi-mədəni əlaqələr zalının əməkdaşları da bu proqramda MEK-nın fondunda fransız dilində və fransaya dair olan materialların kataloqunu hazırlamağa başlayıblar.
    Bundan başqa Fransanın Azərbaycandakı səfirliyi nəzdnində fəaliyyət göstərən Jorj Sand adına müasir Fransaya dair mediateka MEK-nı yeni kitablarla, elektron nəşrlərlə təmin etmişdir. Eyni zamanda MEK-nın əməkdaşları Jorj Sand adına müasir Fransaya dair mediatekada keçirilən tədbirlərdə, konfranslarda, seminarlarda iştirak etmişdir.
    Cari ildə Fransa –Azəbaycan elmi-mədəni əlaqələr zalına müraciət edən oxucularının sayı artdığına görə MEK-nın təşəbbüsü ilə zalın yeri dəyişdirilmiş daha geniş otağa köçürülmüşdür. Hal-hazıda otağın təchizatı üzrə iş aparılır.



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları