Aspiranturaya qəbul qaydaları
Mərkəzi Elmi Kitabxana
İstiqamət: Kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq; kitabşünaslıq.
Aspiranturaya qəbul haqqında ərizə aşağıdakı əlavələrlə elmi müəssisə rəhbərlərinin adına verilir:
1.Kadrların şəxsi-qeydiyyat vərəqi (3x4sm ölçüdə 4 ədəd fotoşəkil ilə birlikdə);
2.Tərcümeyi-hal;
3. İş yerindən xasiyyətnamə;
4. Elmi işlərin, ixtiraların və elmi hesabatların siyahısı; çap olunmuş elmi işləri və ixtiraları olmayan şəxslər seçdikləri ixtisas üzrə elmi məruzə (referat) təqdim edirlər;
5.Ali məktəbi bitirmək haqqında diplomun surəti və qiymət cədvəlindən çıxarış;
6.Əmək kitabından çıxarış;
7. Bilavasitə ali məktəbi bitirdikdən sonra aspiranturaya daxil olmaq istəyənlər üçün ali təhsil müəssisə (fakültə) Elmi Şurasının tövsiyyə-zəmanəti (xasiyyətnamə ilə birlikdə);
8. Pasport və ali məktəbi bitirmək haqqında diplomun əsli aspiranturaya qəbul olmaq istəyən şəxs tərəfindən şəxsən təqdim edilir.
Aspiranturaya qəbul olmaq istəyənlər ali məktəblərdə qüvvədə olan proqram həcmində müsabiqə qəbul imtahanları verirlər:
a) ixtisas fənni üzrə;
b) fəlsəfə üzrə;
v) xarici dillərdən biri üzrə (ingilis, fransız, alman).
İngilis, alman və fransız dilləri üzrə ali təhsil müəssisələrini bitirmiş şəxslər xarici dildən imtahan verdikdə aldığı ixtisas üzrə yox, ikinci xarici dildən qəbul imtahanı verməlidirlər.
Aspiranturaya qəbul imtahanları bir təqvim ili müddətində etibarlıdır.
Aspiranturaya ərizə və sənədlərin qəbulu elan dərc edilən gündən etibarən bir ay müddətində qəbul edilir.
Qəbul imtahanları oktyabr ayında keçirilir.
Aspiranturaya qəbul imtahanlarına buraxılmış şəxslərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün əmək haqqı saxlanılmaqla iş yerindən 30 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Namizədlik imtahanlarını tamam, yaxud qismən vermiş şəxslər qəbul komissiyasının qərarı ilə müvafiq qəbul imtahanlarından azad edilirlər, bu şərtlə ki, həmin imtahanların verilmə müddəti 5 ildən artıq olmasın.
İstehsalatdan ayrılmaqla təhsil alan bütün aspirantlar təqaüdlə təmin olunurlar.
Qəbul olunanlar yataqxana ilə təmin olunmurlar.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti