|
|
Həmsədr:Millət vəkili Məlahət Həsənova

AMEA bölməsi İdarə Heyətinin sədri fil.e.n. Aybəniz Əliyeva-Kəngərli

AMEA bölməsi üzrə İdarə Heyətinin sədri fil.e.n. Aybəniz Əliyeva-Kəngərli
 Həmkarlar təşkilatının sədr müavini, qrup rəhbəri, tex.e.n. Elza Salahova
|
|
Azərbaycan Qadınlarının Milli
Konfederasiyasının Fəxri Prezidenti Mehriban Əliyeva
Azərbaycan Qadınlarının
Milli Konfederasiyasının
üzvlərinə müraciət:
Hörmətli qadınlar! Əziz xanımlar!
Sevindirici haldır ki, bu günlərdə ölkəmizin nüfuzlu qadın təşkilatları bir araya gələrək Azərbaycan Qadınlarının Milli Konfederasiyasını yaratmışlar. Bu münasibətlə sizin hər birinizi təbrik edir, Azərbaycan Qadınlarının Milli Konfederasiyasının gələcək fəaliyyətinə uğurlar arzulayıram.
Əziz qadınlar!
Azərbaycan qadını hər zaman cəmiyyətin bütün sahələrində özünə məxsus yer tutmuş, tarixin ən çətin və həlledici anlarında həmişə öz sözünü deməyi bacarmış, tarixdə şərəfli bir yol keçərək XXI əsrə qədəm qoymuşdur.
Bu da bir həqiqətdir ki, üçüncü minillikdə dünyada gedən qlobal ictimai-siyasi proseslər, eləcə də beynəlxalq qadın hərəkatının yeni keyfiyyət mərhələsinə qədəm qoyması dünya qadınlar birliyi qarşısında böyük və məsul vəzifələr qoymuş, qadınların cəmiyyətdəki mövqeyinin daha da gücləndirilməsini zəruri etmişdir. Ümid edirəm ki, ölkəmizin hər bir bacarıqlı qadınına açıq olan Azərbaycan Qadınlarının Milli Konfederasiyası cəmiyyətimizdə məhz bu vəzifələrin də həyata keçirilməsində böyük rol oynayacaqdır.
Hörmətli qadınlar!
Bügün ölkəmizin yaşadığı tarixi və məsuliyyətli bir məqamda qadınlarımızın bir araya gələrək, öz qüvvə və bacarıqlarını cəmiyyətdə mövcud olan problemlərin həllinə səfərbər etməsi təqdirəlayiqdır. Torpaqlarımızın bir hissəsinin hələ də işğal altında olması, dövlətimizin Qarabağ probleminin sülh yolu ilə həll edilməsi sahəsində cəhdlərinin hələ ki bir nəticə verməməsi, bu səbəbdən ölkə daxilində yaranmaqda olan ictimai siyasi gərginlik və dünyada cərəyan edən siyasi proseslər hər bir Azərbaycan qadınını narahat etməyə bilməz. Məhz bu ümummilli maraqlar azərbaycan qadınlarının bir daha sayıq olmasını və birliyini tələb edir.
Əziz qadınlar!
Fürsətdən istifadə edib, məni Azərbaycan Qadınlarının Milli Konfederasiyasınin Fəxri Prezidenti seçdiyinizə görə sizin hər birinizə öz səmimi minnətdarlığımı bildirirəm. İnanıram ki, Azərbaycan Qadınlarının Milli Konfederasiyası ölkəmizdə qadın hərəkatının daha da genişlənməsinə, vətəndaş cəmiyyəti quruculuğuna və dövlətimizin inkişafına öz töhfəsini verəcək, bütün cəmiyyət üçün həmrəylik və milli birlik rəmzinə çeviriləcək və öz fəaliyyətilə dövlətimizin gündən-günə qüdrətlənməsi işinə xidmət edəcəkdir.
|
| |
|

Azərbaycan Qadınlarının Milli
Konfederasiyasının Təsis Konfransının
iştirakçıları adından - 33 təşkilat
Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti,
UNESCO - nun Xoşməramlı Səfiri,
xanım Mehriban Əliyevaya
Çox hörmətli Mehriban xanım!
Məlumdur ki, XX əsr bir çox tarixi hadisələrlə Azərbaycan xalqının yaddaşında silinməz izlər qoymuşdur. Bunlardan biri də, Azərbaycan qadınlarının ictimai-siyasi həyata gəlişi və bu sahədə böyük nailiyyətlər əldə etməsidir.
Azərbaycan qadını tarixin ən çətin və həlledici anlarında həmişə öz sözünü deməyi bacarmış və bütün sınaqlardan alnıaçıq çıxmışdır. XX əsrin sonunda da Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə qadınlarımızın da böyük əməyi olmuşdur. Azərbaycan qadınları bu gün ölkəmizdə gedən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, demokratiyanın inkişafında fəal iştirak edir, öz bilik və bacarıqlarını dövlətimizin güclənməsinə və inkişafına yönəldirlər.
Qeyd etmək lazımdır ki, 1993-cü ildən Azərbaycan qadınlarının ictimai-siyasi fəaliyyəti daha da sürətlə inkişaf etməyə başladı. Bu prosesə 1995-ci ildə Pekində keçirilən qadınların IV Ümumdünya Konfransı da böyük təkan vermişdi. Azərbaycanda qadınlarla bağlı Milli Mexanizm yaradılmış, qadın problemlərinin həlli institutlaşmış və dövlət qadın siyasəti bərqərar olmuşdu. Bu bir həqiqətdir ki, müasir dövrdə Azərbaycanda qadın hərəkatının inkişafında qadın təşkilatlarının da xüsusi rolu olmuşdur. Bu gün Azərbaycanda fəaliyyət göstərən çoxsaylı qadın təşkilatları cəmiyyətin müxtəlif sahələrində mövcud olan problemlərin həllində və eləcə də ölkəmizin haqq səsinin beynəlxalq aləmə çatdırılmasında böyük rol oynayırlar.
Bu günlərdə Nyu-Yorkda qadınların IV Ümumdünya Pekin Konfransının 10 illiyinə həsr edilmiş, BMT-nin Qadınların Statusu üzrə Komissiyasının
49-cu Sessiyası öz işini başa çatdırmışdır. Sessiya Pekindən sonrakı 10 il ərzində gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nailiyyətləri müzakirə edərək Pekin Fəaliyyət Platformasını dünya qadın hərəkatının gələcək fəaliyyət planı kimi bir daha təsdiq etmişdi. Sessiyanın yekun sənədlərində etiraf edildi ki, sabit inkişaf, sülh, kollektiv təhlükəsizlik, insan haqlarının təmin edilməsi, həmçinin yoxsulluğun, zorakılığın və ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması cəmiyyətdə gender bərabərliyinin əldə edilməsi ilə birbaşa bağlıdır. BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 49-cu Sessiyası bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da qadın hərəkatı qarşısında keyfiyyətcə yeni və mahiyyətcə qlobal xarakterli vəzifələr qoymuşdur. Bu vəzifələrin həyata keçirilməsi isə qadın hərəkatının bütün resurslarının səfərbər edilməsini, onun daha yüksək səviyyədə təşkilatlanmasını və konsolidasiyasını zərurət hesab edir. Bu məqsədə çatmağın əsas şərti hamını öz arxasınca apara biləcək, cəmiyyətdə böyük nüfuza malik olan güclü liderin olmasıdır.
Hörmətli Mehriban xanım!
Sizin respublikamızda, eləcə də beynəlxalq aləmdə əldə etdiyiniz nailiyyətlərin nəticəsidir ki, Azərbaycan qadınları Sizin simanızda öz liderini görürlər. Bu gün bir qrup müxtəlif siyasi baxışlı, tanınmış qadın təşkilatları ümummilli maraqlar naminə bir araya gələrək Azərbaycan Qadınlarının Milli Konfederasiyasını təsis etmiş və Sizi yekdilliklə Milli Konfederasiyasının Fəxri Prezidenti seçmişlər. Biz, Azərbaycan Qadınlarının Milli Konfederasiyasının təsisçiləri Sizdən xahiş edirik ki, «Fəxri prezident» təklifini qəbul edəsiniz. Biz inanırıq ki, Azərbaycan qadınları Sizin rəhbərliyinizlə yeni-yeni nailiyyətlər əldə edərək daha böyük uğurlar qazanacaqlar.
Bakı şəhəri, 01 aprel 2005-ci il
|
|
|
|
 | |
|
|