Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




"AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ VƏ HEYDƏR ƏLİYEV KİTABXANASI"

Haqqında

          Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında biblioqrafik-informasiya proseslərinin avtomatlaşdırılmasından əldə olunan ən böyük nailiyyətlərdən biri ölkəmizin layiqli yetirməsi, Azərbaycan Respublikasının prezidenti, dünya müstəvisində tanınan ictimai-siyasi xadim Heydər Əliyev və Azərbaycan dövlətçiliyi kitabxanasının yaradılması olmuşdur. Kitabxananın Web – səhifəsinə cənab H.Əliyevin şərəfli həyatını və dönməz siyasi fəaliyyətini əks etdirən məlumat bazaları yerləşdirilmişdir. Burada həmçinin, prezidentin şəxsiyyəti ilə bağlı, yazılan, onun diplomatik fəaliyyətini özündə cəmləyən yüzlərlə ədəbiyyatın biblioqrafik göstəriciləri də oxucuların xidmətinə verilmişdir. Kitabxanada elektron kataloqu yaradılmış, kitabları aşağıdakı parametrlərə görə axtarmaq mümkündür:
- Müəllifinə görə
- Nəşr ilinə görə
- Adına görə
          Kitabxanada H.Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul olunan qanunlar, prezidentin verdiyi sərəncamlar, fərmanlar və göstərişlərin də elektron variantı hazırlanmışdır. Gələcək perspektivdə qarşımıza qoyduğumuz ən ümdə məsələlərdən biri bu kitabxananı elektron kitabxanaya çevirməkdir. Belə ki, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi kitabxanasında sənədlərin mətnləri ilə onların kataloqları fiziki cəhətdən ayrılmışdır. Baxmayaraq ki, bütün kataloqlar elektronlaşdırılmışdır bu yenə də elektron kitabxana demək deyildir. Çünki yaratdığımız kitabxanada sənədlərin ancaq axtarış elektron üsulları həyata keçirilir, ilkin sənədlər fonddan tapılır və kağız formasında oxucuya verilir. Şəbəkə mühitində isə onları birbaşa almaq mümkün deyildir. Elektron kitabxanalar isə internetin elektron informasiya resursları və qismən CD-ROM versiyasının almaqla müəyyən profil (mövzu) əsasında formalaşdırılır. Burada həm sənədin əsli həm də onun axtarış əlamətləri vahid halda fayl formasında təşkil edilir. İstənilən anda onu kompüter ekranında oxumaq, çap edib almaq, digər kitabxanalara ötürmək mümkündür. Elektron kitabxanalar milli, ərazi və qlobal kompüter şəbəkələrinin tərkib hissəsidir, nisbi müstəqil kitabxanalardır.
          Ümidvarıq ki, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi kitabxanasının xidmət səviyyəsi, oxucu çərçivəsi günbəgün genişlənəcək və gələcək nəsillərə bu dahi şəxsiyyətin parlaq kimliyi barədə ətraflı məlumat verəcəkdir. Çünki Mərkəzi Elmi Kitabxananın əməkdaşları kitabxananı yaradarkən məhz bu meyarları əldə əsas götürmüş, Azərbaycan xalqını öz yenilməz və uzaqgörən liderini hər zaman yad etməyə səsləmiş, tarixin zəngin salnaməsində parlaq iz buraxmış H.Əliyev şəxsiyyətini bütün dünyada tanıtmağı qarşıya məqsəd qoymuşdur

Kitabxananın açılış mərasimindən

      Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və ümumdünya diplomatiyası qarşısındakı xidmətlərinə böyük tədqiqatlar, cild-cild kitablar həsr olunub. Bütün bu zəngin ədəbiyyatın bir yerə toplanıb gənc nəslə və dövlətçiliyin nəzəri-praktik problemləri ilə məşğul olan mütəxəssislərə, ictimai-siyasi xadimlərə çatdırılmasına böyük ehtiyac duyulurdu. Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanasında yaradılmış «Heydər Əliyev və Azərbaycan dövlətçiliyi» zalı məhz bu ehtiyacı öndəmək məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin zəngin irsinə, siyasi-diplomatik fəaliyyətinə həsr olunmuş ədəbiyyata artan oxucu tədqiqatçı marağını və tələbatı nəzərə alaraq AMEA Mərkəzi Elmi Kitabxanasının nəzdində «Heydər Əliyev» və «Azərbaycan dövlətçiliyi» kitabxanası yaradılmışdır. Bu 80 yaşlı bilik məbədinin möhtərəm prezidentimizin 80 illiyinə bir töhfəsidir. Əsası 1923-cü ildə qoyulmuş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti elmi işçilərə xidmət etmək məqsədilə kitabxana yaratmaq təşəbbüsü ilə çıxış etdi. Az bir müddətdə bu sahədə xeyli iş görüldü. Respublikanın bütün elmi müəssisələrindən və kitabxanalarından ədəbiyyat alındı. Tezliklə kitabxana qiymətli elmi kitablar və əlyazmalarla zənginləşdi. Artıq 1926-cı ildə kitabxananın fondunda 20 mindən çox kitab və əlyazması var idi. Kitabxana SSRİ EA Zaqafqaziya filialı nəzdində fəaliyyət göstərən zaman onun fondu artaraq 46,5 min nüsxəyə çatmışdı. Qiymətli kitabların əldə edilməsi filialın görkəmli alimlərinə tapşırılmışdı. 30-cu illərdə kitabxana artıq formalaşmağa başlamışdı. 1933-cü ildə, kitabxanada Şərq şöbəsinin təşkil edilməsi, onun Azərbaycan elminə xidmət imkanlarını xeyli artırdı. Tezliklə kitabxanada Şərq dillərində 15000-dən artıq nadir kitablar toplanmışdı. 1945-ci ildə müstəqil Elmlər Akademiyası yaranan vaxt kitabxana artıq elmi-metodik təminat mərkəzinə çevrilmişdi. Bu gün isə Akademiya Kitabxanası şəbəkəsinin tərkibində bir Mərkəzi Elmi Kitabxana və 27 filial kitabxanası fəaliyyət göstərir. Mərkəzi Elmi Kitabxananın fondunda 3 milyona yaxın kitab vardır. Kitabxana 30 570 nəfər oxucuya xidmət edir. MEK indi öz işini müasir standartlara uyğun qura bilmişdir. Kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondlarının elektron daşıyıcalara köçürülməsi, Azərbaycan elminin internet vasitəsilə təbliği və informasiya – kompüter texnologiyasının tətbiqi məsələləri bu gün Mərkəzi Elmi Kitabxananın əsas vəzifəsinə çevrilmişdir. Bütün sahələrdə olduğu kimi, elm və mədəniyyət sahəsində də qazanılmış uğurlar möhtərəm Prezidentimiz Heydər Əçliyevin diqqət və qayğısının ifadəsidir, onun müdrik siyasətinin məntiqi nəticəsidir. MEA-nın Mərkəzi Elmi Kitabxanası bir sıra çətinliklərə baxmayaraq, öz fəaliyyətini respublikada elmin, biliyin zənginləşməsinə yönəltmişdir. Heydər Əliyev Mirzə Fətəli Axundov adına Respublika Kitabxanasında görüşü zamanı demişdir: «Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət, xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.» Möhtərəm prezidentin sözlərində böyük bir həqiqət vardır. Axı kitabxana biliklərinin yayılmasında, insanların ümummədəni, intellektual və peşə səviyyəsinin ardıcıl yüksəldilməsində elmi –texniki tərəqqinin sürətləndirilməsində böyük əhəmiyyət kəsb edir. Həm informasiya ehtiyatlarının tərkib hissəsi, həm də milli sərvət olan kitabların cəmiyyətdəki rolu get gedə artır. Bu baxımdan Mərkəzi Elmi Kitabxanada yeni guşənin, Heydər Əliyev guşəsinin yaradılması heç də təsadüf deyildir. İndi Heydər Əliyev imzası kitabxana kataloqunda ən geniş şəkildə əksini tapır. Onun ayrı-ayrı problemlərə, respublika həyatının müxtəlif sahələrinə dair kitabları hədsiz-hesabsızdır. Xüsusən, son illərdə onun imzasına imzalar içinldə daha çox təsadüf etmək olur. Hörmətli prezidentimizin hər bir monoqrafiyası, hər bir toplusu, kitabxana fonldunu zənginləşdirir. Geniş oxucu kütləsi tərəfindən məhz bu ədəbiyyata, bu qiymətli mənbələrə olan böyük maraq və tələbat kitabxana rəhbərliyini belə bir addım atmağa – Heydər Əliyevin ölməz irsini bir yerdə, bir şöbədə, kitabxana içində bir kitabxanaya toplamağa sövq etmişdir. «Azərbaycan dövlətçiliyi kitabxanası» adlandırılan bu kiçik lakin məna və məzmun cəhətdən zəngin fondun tematikası rəngarəngdir. Hər tematikanın başlığı möhtərəm prezidentimizin kəlamlarından götrülmüşdür. «Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir» başlılı bölməsində professor Nizami Xudiyevin «Heydər Əliyev və Azərbaycan dili», akademik Fərəməz Maqsudovun «Heydər Əliyevin və Azərbaycan elmi», «Təhsil millətin gələcəyidir», «Zəmanəmizin böyük azərbaycanlısı», «Heydər Əliyevin və milli mentalitet fəlsəfəsi», «Heydər Əliyev və Bakı Dövlət Universiteti» və sair kitablar öz əksini tapmışdır. «Azərbaycan dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir» guşəsində «Heydər Əliyev» adlı fotoalbomlar, «Azərbaycan mənim ürəyimdir», «Lider, dövlət, cəmiyyət», «Azərbaycan 1993», «Müsətqilliyimiz əbədidir» üçcildliyi, «Azərbaycan Beynəlxalq aləmdə», «Yeni Azərbaycanın qurucusu» və digər maraqlı toplu və monoqrafiyalar oxucuların ixtiyarına verilmişdir. «Mədəniyyət bəşəriyyətin toplandığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir», «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir», «Orduya qayğı, hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir» və başqa bölmələrdə möhtərəm prezidentin öz əsərləri, topluları və onun haqqında yazılmış müxtəlif monoqrafiyalar nümayiş etdirilir. Bu fundamental əsərlərin hər biri Azərbaycanın müxtəlif problemlərinə toxunur və oxucuda o problemə dair tam təsəvvür yaradır. Məsələn, «Heydər Əliyev mədəni irsimizin keşiyində» fotoalbomunu götürək. Albomu vərəqlədikcə, gözümüzün önündə nələr, kimlər canlanmır. İstər sovet dövründə, istərsə də müstəqilliyimiz dövründə Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, Azərbaycan incəsənətinə böyük qayğısı görünür. Kiminin döşünə Sosialist Əməyi Qəhrəmanı qızıl ulduzunu taxır, kimini hərarətlə qucaqlayıb öpür, incəsənət xadimlərini, müğənniləri təbrik edir. «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» bölməsi də dövlət başçısının kəlamları ilə adlandırılır. Bu sahədə neçə-neçə qiymətli monoqrafiyalar, elmi işlər işıq üzü görüb. Hər biri də poliqrafiya cəhətdən yüksək keyfiyyətli, rəngarəngdir. «Heydər Əliyevin neft strategiyası», «Davos: qlobal iqtisadiyyatın işıqları», «Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı», «Azərbaycan nefti dünya sənayesində» və başqa bu kimi nəşrlər Heydər Əliyev guşəsinə bir rövnəq verir. «Yurdda sülh, cahanda sülh uğrunda», «Qayıdış», «Avropa Şurası və Azərbaycan», «Azərbaycan - ABŞ dostluq və tərəfdaşlıq yollarında», «Azərbaycan – Çin: dostluq sərhədlər aşır» beş cildlik «Azərbaycan beynəlxalq aləmdə» və digər kitablar Heydər Əliyev zalını zənginləşdirir. Kitablardan başqa burada dövrü mətbuat orqanlarından «Səs», «Aktual», «Press media», «Elm», «İki sahil» qəzetlərinin, «XXI əsr Lider», «Azərbaycan təbiəti» jurnallarının Heydər Əliyevə həsr olunan xüsusi buraxılışları da nümayiş etdirilir. Mayın 6-da Heydər Əliyevin anadan olmasının 80 illiyi ərəfəsində «Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası»nın açılışında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov möhtərəm Prezidentimizin elmə, Akademiyaya qayğısının ən bariz nümunəsi, Respublika Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusunun verilməsidir. Bu Akademiyanın fəaliyyətini artırmış, onun qarşısında yeni vəzifələr qoymuşdur. Heydər Əliyev kitabxanasının açılışı da bu sahədə atılan ilk addımdır. Bu Heydər Əliyevin 80 illik yubileyi ərəfəsində çox böyük məna kəsb edir. Təntənəli mərasimdə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Qadın Problemləri Üzrə Dövlət Komitəsinin sədri professor Zəhra Quliyeva, türkiyəli alim, hazırda Azərbaycan EA Mərkəzi Elmi Kitabxanasında elmi-tədqiqat işləri ilə məşğul olan, kitabxananın zəngin fondundan dönə-dönə bəhrələnənLəman xanım Güngördü çıxış edərək, öz ürək sözlərini və xeyirxah arzularını bildirdilər. Sonra akademiyanın adlı-sanlı elm adamları zalda təşkil edilmiş kitab sərgisi ilə və kompüterdə Heydər Əliyev haqqında məlumat bazası ilə tanış oldular.


Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları