POLPRED.COM KİV-nin əsas nəşrlərinin arxivi, rus dilində verilənlər bazası.Saytda 15 il ərzində bütün dünyada informasiya agentliklərində və KİV-də getmiş 500 min ən yaxşı məqalələrin tam mətnləri toplanmışdır. Buradan dünyanın və Rusiyanın 2000 aparıcı kitabxanasının saytlarına daxil olmaq pulsuzdur və vaxt məhdudiyyəti yoxdur. Eyni zamanda saytda istifadəçilərə verilənlər bazası formasında keyfiyyətli şəkildə vahid xəbərlər çarxı da təqdim olunur.
Saytdan istifadə etmək istəyənlər AMEA MEK-nın avtomatlaşdırma şöbəsinə müraciət edə bilərlər. Ünvan: AMEA MEK, 4-cü mərtəbə, otaq 433.
-----------------------------------------------------------------
Kitabxana YUNESKO ilə əməkdaşlıq edir Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan
-----------------------------------------------------------------
Mərkəzi Elmi Kitabxana Avropa Elmi Kitabxanalar Assosiasiyasının tamhüquqlu üzvüdür. www.libereurope.eu/userlist
-----------------------------------------------------------------
Maraqlı faktlar Elm və texnikaya dair ən son yeniliklər. Maraqlı faktlar, ixtiralar, elmi araşdırmalar...
-----------------------------------------------------------------
Ünvanımız:
Bakı şəh., H.Cavid pr.31
Tel: 510-34-37
Kitabxana şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9-dan 17-dək işləyir.elektron poçt: biblio_az@yahoo.com; mail@csl-az.com; aliyeva-kangarly@csl-az.com
15 may saat 11:00-da Mərkəzi Elmi Kitabxanada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Türk Akademiyasının türkologiya elminin aktual məsələlərinə həsr olunmuş nəşrlərinin təqdimat mərasimi keçiriləcək. Ünvan: H.Cavid pr.31. AMEA MEK, II mərtəbə, konfrans zalı
Tədbiri giriş sözü ilə MEK-in direktoru f.e.d. Aybəniz Əliyeva-Kəngərli açdı. O, ulu öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən, özündən sonra qoyub getdiyi siyasi, ictimai, mədəni irsdən danışaraq, bu irsin onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dedi. Sonra AMEA-nın müxbir üzvü Teymur Kərimli “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, f.e.d. professor Gülşən Əliyeva “Heydər Əliyevin əbədi irs təlimi Azərbaycançılıq kontekstində” mövzusunda çıxış edərək Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, musiqisinin və s. inkişafı, dünya millətləri tərəfindən tanınması və qəbul edilməsi yolundakı yorulmaz fəaliyyətindən danışdılar. Daha sonra t.e.d. Qasım Hacıyev “Heydər Əliyev və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi” mövzusunda danışaraq bildirdi ki, məhz ümummilli lider Heydər Əliyevin apardığı gərgin və dərin düşünülmüş, qətiyyətli siyasəti nəticəsində Qarabağ probleminin həlli Azərbaycan kontekstindən çıxaraq beynəlxalq problem kimi tanındı və bir çox dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın Qarabağ ərazisinin ermənilər tərəfindən işğal olunması faktını təsdiq etdilər. Natiq əmin olduğunu bildirdi ki, onun apardığı bu uğurlu siyasəti davam etdirən cənab İlham Əliyevin fəaliyyəti nəticəsində Qarabağ torpaqları mütləq işğaldan azad ediləcək. Çıxışlardan sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxdılar.
May
ayının 7-də AMEA-nın Rəyasət Heyətində görkəmli alim, akademik Ziya Bünyadovun
90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə AMEA-nın
rəhbərliyi, institut rəhbərləri ilə yanaşı, ölkəmizin tanınmış ziyalıları,
rəhbər vəzifəli şəxsləri, həmçinin bir sıra xarici qonaqlar iştirak edirdi. Bu
münasibətlə ənənəvi olaraq Mərkəzi Elmi Kitabxana tərəfindən alimin həyat və
yaradıcılığını əks etdirən ədəbiyyat və fotoşəkillərdən ibarət geniş sərgi
təşkil olunmuşdu. Sərgidə alimin özünün yazmış olduğu və haqqında yazılmış əsərlər,
məqalələr və s. ədəbiyyat nümunələri nümayiş etdirilrdi. Belə bir sərginin
təşkil olunması keçirilən tədbirin daha da maraqlı olmasını səbəb oldu.
Tədbiri giriş sözü ilə Mərkəzi Elmi Kitabxananın direktoru f.e.d. Aybəniz Əliyeva-Kəngərli açdı. O, arıq 20 ildir ki Şuşanın mənfur Ermənistan dövləti tərəfindən işğal edildiyini, həm Şuşanın, həm də Azərbaycanın işğal olunmuş bütün ərazilərinin erməni tapdağından azad edisməsi üçün Respublika Prezidenti cənab İlham Əliyevin yorulmadan çalışdığını dedi. Aybəniz xanım hamıya gələcəkdə Şuşanın işğal gününü yox, Şuşanın özündə onun işğaldan azad olunması günlərini qeyd etməyi arzuladı.Sonra tədbirdə iştirak edən AMEA-nın Tarix İnstitutunun "Qarabağ tarixi" şöbəsinin müdiri t.e.d. Qasım Hacıyev çıxış etdi. O, Şuşanın tarixi haqqında danışaraq onun Azərbaycanın qədim tarixə malik şəhərlərindən biri olduğunu olduğunu və inkişaf edərək mədəniyyət, incəsənət, elm mərkəzinə çevrildiyini dedi və buna görə də cənab Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi olaraq şuşalıların öz tarixi torpaqlarına qayıdacaqlarına əmin olduğunu bildirdi. Tədbirdə iştirak edənlər də çıxış edərək belə bir tədbirin keçirilməsini gənclər arasında vətənpərvərlik hissinin artırılması yolunda atılan addım olduğunu deyərək, bu fəaliyyətinə görə Kitabxanın direktoru Aybəniz xanım başda olmaqla bütün kollektivə minnətdarlıqıarını bildirdilər.Çıxışlardan sonra iştirakçılar sərgiyə baxdılar. Sərgidə Şuşadan bəhs edən 200-dək kitab, jurnal, qəzet, fotoşəkillər və s. nümayiş etdirilirdi. Qeyd edək ki, sərgi 15 gün müddətində davam edəcək.
Aprelin 25-də AMEA-da Akademiyanın 2011-ci
ilin yekunlarına dair hesabatı keçirildi. Hesabatda AMEA-nın rəhbərliyi,
institut rəhbərləri, bir çox əməkdaşları ilə yanaşı, millət vəkilləri və digər
dəvət olunmuş qonaqlar iştirak edirdilər. Hesabatı dinləmək üçün AMEA-ya gəlmiş
Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev əvvəlcə
ayrı-ayrılıqda institut və təşkilatların, o cümlədən Mərkəzi Elmi Kitabxananın
fəaliyyətini əks etdirən sərgilərlə maraqlandı. Kitabxanın direktoru f.e.d
Aybəniz Əliyeva-Kəngərli cənab Ramiz Mehdiyevə 2011-ci il ərzində kitabxanada görülmüş
işlər, aparılan fəaliyyət haqqında məlumat verərək, çap olunmuş əsərləri,
biblioqrafiyaları, elektron resursları, qazanılmış uğurları əks etdirən əyani
vəsaitləri ona təqdim etdi. Cənab R.Mehdiyev görülmüş işlərdən razı qaldığını
bildirdi və kitabxana əməkdaşlarına uğurlar dilədi.
Akademiyanin ümumi hesabatında Mərkəzi Elmi
Kitabxanın fəaliyyəti yüksək qiymətləndirildi..
Tədbiri giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru f.e.d. Aybəniz Əliyeva-Kəngərli akademik Zərifə xanım Əliyevanı Azərbaycanın ən görkəmli qadınları ilə bir sıraya qoyaraq, onun intellektual keyfiyyətləri özündə birləşdirən alim, böyük elmi axtarışlarla dolu ömür yolu keçmiş ictimai xadim, yüksək mənəvi keyfiyyətləri qoruyan görkəmli həkim, gözəl ana, vəfalı ömür gün yoldaşı kimi rəğbət qazandığını dedi. İnsanlara olan humanizm duyğusunu seçdiyi peşəsində xüsusilə əks etdirdiyini vurğulayan Aybəniz xanım Zərifə xanım Əliyevanın göz həkimi kimi insanlara nur bəxş etməsini tarixin ona böyük tale və missiya olaraq verdiyini söylədi. Sonra çıxış edən f.e.d., professor Gülşən Əliyeva İridologoya elminin banisi, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğunu vurğuladı. Azərbaycanın əməkdar elm xadimi, parlaq alim və eyni zamanda həssas, qayğıkeş pedaqoq,
Bu günlərdə Kitabxanın Qərb ədəbiyyatı şöbəsinin səyi ilə Almaniyanın Azərbaycandakı səfirliyi vasitəsilə bu ölkədə Azərbaycana dair dərc olunmuş kitablar əldə edilmişdir. Onları sizə təqdim edirik. Ulbossin Aimbetova və Məqsəd Musabəyovun şərqşünas alim Yohannes Rau ilə birgə əməkdaşlığı sayəsində nəşr olunan «Bani: Heydər Əliyev insan və dövlət xadimi kimi» kitabı 2012-ci il Almaniyanın Frankfurt şəhərinin «Peter Lanq» nəşriyyatında işıq üzü görmüşdür. Əsər oxucuları Sovet elitasının görkəmli xadimi, müsəlman əsilli siyasətçi, müstəqil Azərbaycan Respublikasının banisi ilə tanış edir. Burada Heydər Əliyev şəxsiyyətinin nailiyyətləri, onun ideoloji-siyasi baxışları öz əksini tapmışdır. Həmçinin əsərin ərsəyə gəlməsi ilə bağlı gizli arxiv metarerillarından da istifadə olunmuşdur. Əsasən 1985-1990-cı illərdə Sovet İttifaqında və 1989-1993-cü illərdə Azərbaycanda baş verən proseslər və Heydər Əliyevin bu məsələlərdə rolu açıqlanmışdır.
Rolf Kunşun «Xocalı: Azərbaycana qarşı erməni təcavüzü», Rüdiqer Kipkenin «Erməni-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi», Kerstin Plevenin «Qadın liderliyi», Ahmad Omid Yazdaninin «Alman-Azərbaycan türkcəsində sözlüyü» kitabları ilə ətraflıda tanış ola bilərsiniz
Kitabda ilk dəfə olaraq geniş şəkildə türk xalqları ədəbiyyatının (Türkiyə türk, özbək, türkmən, qazax, qırğız,tatar) yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarlarının həyat və yaradıcılıqları tədqiq və təhlil olunmuşdur.Kitabdan mütəxəssislər və filologiya fakültəsinin tələbələri istifadə edə bilərlər. Kitabın elmi redaktoru f.e.d,professor Himalay Qasımov, rəyçiləri akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü,f.e.d.,pr.Nizami Cəfərov, f.e.d.,pr. Gövhər Baxşəliyeva, f.e.d.,pr.Aydın Abıyev, fil.ü.f.d., dosent Arif Əmrahoğlu, fil.ü.f.d.,dosent Yaşar Rzayev, fil.ü.f.d Təranə Əzimovadır. Qeyd edək ki, kitab Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hulusi Kılıcın köməkliyi ilə ərsəyə gəlmişdir.
Kitabxanaya 650-dən artıq müxtəlif elm sahələri üzrə ədəbiyyat daxil olmuşdur. Kitablar Kitabxananın sərgi zalında nümayiş etdirilir. Onlardan bir neçəsi haqqında məlumatları diqqətinizə çatdırırq. Tarix bölməsində sərgilənən M.S.Nemətin “ Azərbaycanın Epiqrafik Abidələri Toplusu” kitabında Azərbaycanda bədii metalişləmə sənətinin müxtəlif növləri olan mis qabların, Azərbaycan muzeylərində və şəxsi kolleksiyalarda külli miqdarda saxlanılan mis əşyaların kitabələrlənin əlaqəsi haqda söhbət açılır. Qabların haşiyələrində, xonçalar içərisində kəlmələrdə işlənən hərflərin formasına uyğun bəzək motivləri təşkil olunması, həmçinin insan və müxtəlif heyvan təsvirlərinin, nəbati, həndəsi naxışlarla bəzədilməsi qanunauyğunluqlarından danışılır. Kitab tarixçilər, filosoflar, sənətşünaslar və geniş kütlə üçün nəzərdə tutulub. Nümayiş etdirilən kitablardan biri də Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” kitabıdır ki,
Sərgi ilə tanış olmaq istəyənlər hər gün saat 10:00-dan 17:00-dək Kitabxananın sərgi zalına gələ bilərlər.
Ünvan: H.Cavid pr.31.AMEA MEK, III mərtəbə, sərgi zalı.
Görkəmli ədəbiyyatşünas alim, Dövlət Mükafatı
laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, akademik Məmməd
Cəfər Zeynalabdin oğlu Cəfərovun biblioqrafıyası 1939-2010-cu illərdə Azərbaycan, rus və xarici dillərdə nəşr
olunmuş kitab, monoqrafıya, dövri mətbuatda çıxan elmi-tənqidi və ədəbi-publisistik
məqalələri əhatə edir.
Biblioqrafıyada alimin həyat və fəliyyətini əks etdirən
oçerk, həyatmıtı əsas tarixləri verilmişdir. "Azərbaycanm elm və mədəniyyət
xadimləri Məmməd Cəfər Cəfərov haqqında" bölməsində görkəmli alimlər - Mirzə
İbrahimov, Budaq Budaqov, Fuad Qasımzadə, Bəkir Nəbiyev, Kamal Talıbzadə, Bəxtiyar
Vahabzadə, İsa Həbibbəyli, Abbas Zamanov, Əbülfəz Quliyev, Azadə Rüstəmova,
İnqilab Kərimov, Əziz Mirəhmədov, Məhərrəm Cəfərli, Kamran Əliyev, Pənah Xəlilov,
Yavuz Axundlu, Gülşən Əliyeva, Elçin, Qılman İlkin, Əzizə Cəfərzadə, Anarın
akademik haqqında fikirləri öz əksini tapmışdır.
"Əsərlərinin.
biblioqrafıyası" bölməsində alimin kitabları, dərslikləri, bədii əsərləri,
dövrü mətbuat və məcmuələrdə çıxan dəyərli elmi-publisistik məqalələri öz əksini
tapmışdır. Həmçinin biblioqrafıyaya alimin redaktə etdiyi əsərlər,
dissertantlara elmi rəhbərlik, həyat və yaradıcılığı haqqında ədəbiyyatı əks
etdirən bölmələr də daxil edilmişdir.
Avstraliyanın Kvinslənd ştatının 107 yaşlı sakini Oliviya Reyli İnternetin ən ahıl istifadəçisi titulunu almışdır. Ostrelian Assoşieyted Press agentliyinin məlumatına görə, yaşı 100-ü ötməsinə baxmayaraq, nənə özünün elektron səhifəsini açmışdır. Şəbəkə jurnallarının,
ətraflı...
İzmirdəki “Doqquz Sentyabr” Universitetinin alimləri insan boyunun uzadılması sahəsində başa çatdırdıqları 2 layihəni Avropa Patent Agentliyinə təqdim etmişlər. Layihələrə əsasən, boy ayaq sümüklərinə bərkidilən və komanda pultu ilə uzaqdan idarə ətraflı
Həvas Misirdə çox tanınmış adamdır. O, şahzadə Diana, yaxud Bill Klintonla birgə şəkillərinin və Kleopatra ilə qol-boyun təsvir olunduğu karikaturanın yerləşdirildiyi şəxsi saytında arxeoloji qazıntılardan danışır. Ehramların tikintisində iştirak edənlərin adlarını məhz ətraflı...
Böyük Britaniyanın Baş naziri Uinston Çörçill elektronika mütəxəssisinə hökumətin iqamətgahına nəinki gəlməyi, hətta burada görünməyi belə qadağan etmişdi. Çünki Mİ-5 xəbərdarlıq etmişdi ki, sovet casusları bu mütəxəssisdən Baş nazirin eşitmə aparatına xəlvəti dinləmə ətraflı...
Odessa qəzetlərindən birində tacqoyma mərasimi haqqındakı xəbərdə “korona” (“tac”) əvəzinə, “vorona” (“qarğa”) yazılmış və belə bir cümlə alınmışdı: “Mitropolit İmperator həzrətlərinin başına qarğa qoyulmuşdur”. Ertəsi gün düzəliş verən qəzetin, necə dəyərlər
ətraflı...
Ölkəmizdə kitabxana işinin inkişaf strategiyası
Bu günlərdə respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamı Azərbaycan kitabxana ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır.
ətraflı ---------------------------------------------------
Yeni dövrün kitabxanası: günün tələbi və görülən işlər
Kitaba, mütaliəyə, informasiya almağa marağı olan hər bir şəxs, heç şübhəsiz ki, internetlə təmin olunmuş və kifayət qədər operativ xidmət göstərən informasiya mərkəzinə-kitabxanaya daim ehtiyac duyur.
ətraflı ---------------------------------------------------
Dünyanın ən boyük elektron kitabxanaları Dünyanın ən böyük kitabxanalarından biri olan ABŞ Konqres Kitabxanasında 2007-ci ilin məlumatlarına görə 142 milyon kitab və sənədlərdən 10%-i rəqəmsəlləşdirilib. İlk növbədə burada 1923-cü ilədək olan kitablar elektron formaya salınmışdır ki, bu da onlar üzərində müəlliflik hüququnun olmaması ilə bağllıdır. Hər gün kitabxanada 75-dən 200-dək sənəd skanerləşdirilir. Mütəxəssislərin hesablamalarına görə kitabxananın bütün fondunun rəqəmsəlləşdirilməsi üçün bir neçə onillik tələb olunur.
2000-ci ilin dekabrında Birləşmiş Ştatların Konqresi bütün materialların gələcək nəsillərə çatdırılması üçün rəqəmli formada saxlanmasının vacibliyi haqqında qərar qəbul etmişdir (Public Law 10b-554).
ətraflı ---------------------------------------------------
Dünyanın 10 ən oxunan kitabı Ginnes rekordlar kitabının mütəxəssisləri bütün dövrlərin və xalqların 10 ən populyar kitabının siyahısını hazırlayıblar. Kitab nəşri başlayan dövrdən bəri Bibliya dünyada ən çox dərc olunan kitab sayılır. Bu günə kimi Bibliya kitabının ümumi tirajı 6 milyard nüsxəni keçib
ətraflı ---------------------------------------------------
Ən sakit peşə sahibi kitabxanaçıdır İngiltərənin Mançestr Universitetinin alimləri hansı peşə sahibinin stresə daha çox məruz qaldığını 10 ballıq şkala dərəcəsində yoxlamışlar. Məlum olmuşdur ki, ən çox stres şaxtaçılarda (8,3 bal), polislərdə (7,7 bal), inşaatçı və jurnalistlərdə (7,5 bal), diş həkimlərində (7,3 bal) təsadüf edilir. Ən sakit peşə sahibi kitabxanaçılar və muzey işçiləri (2,8 bal) sayılır
---------------------------------------------------